İSTİFADƏÇİ TƏLİMATLARI

 
       
   
Proqramın istifadəçi təlimatı ilə İnternet Vergi İdarəsinin Yardım bölməsində tanış ola bilərsiniz.
 
     
    Elektron qaimə-fakturaların tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodlarını buradan əldə edə bilərsiniz.  
    Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları   
     
   
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarına dəyişikliklər edilmiş, həmin qaydaların 2.3.10.-cu yarımbəndində elektron qaimə-fakturada əks etdirilməli məlumatların siyahısına əmtəənin qlobal identifikasiya nömrəsi (GTİN) anlayışı əlavə edilmişdir.Əmtəənin qlobal identifikasiya nömrəsinin (GTİN) mərhələli şəkildə ölkə ərazisində tətbiqinin ilkin mərhələsi olaraq, 1 yanvar 2023-cü il tarixdən aksizli malları elektron qaimə-faktura əsasında təqdim edən vergi ödəyiciləri tərəfindən ”malın (işin, xidmətin) kodu” ilə yanaşı ”Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN)” məlumatlarının doldurulmasının məcburi tətbiq edilməsi nəzərdə tutulmuşdur.Əmtəənin qlobal identifikasiya nömrəsinin (GTİN) qeyd edilməsi məcburi olan mal kodlarının siyahısını buradan əldə edə bilərsiniz.
 
    Əmtəənin qlobal identifikasiya nömrəsinin (GTİN) qeyd edilməsi məcburi olan mal kodlarının siyahısı   
     
   

Elektron Qaimə-Faktura fayllarının  formatı və nümunələr (Yenilənmə Tarixi: 23.11.2023)

Elektron qaimə-fakturasının tərtibatını özlərinin daxili informasiya sistemləri vasitəsilə avtomatik həyata keçirmək istəyində olan vergi ödəyiciləri  Qaimə fayllarının  xml-formatı ilə buradan tanış ola bilərlər.
XML fayl hazırlanarkən xüsusi simvollar (&, ", ', <, >) uyğun qarşılığı (&amp;, &quot;, &apos;, &lt;, &gt;) ilə əvəz edilməlidir.
XML faylının doğrulunun yoxlanılması məqsədilə XSD yoxlamasıdan keçirilir. Bu zaman XML hazırlanan iş yerindən http://www.w3.org/2001/XMLSchema, http://xerces.apache.org, http://www.w3.org/2005/xpath-functions keçidlərinə giriş icazəsi olmalıdır.