Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş Qərar nəzərə alınmaqla, 15.03.2022-ci il tarixdən
etibarən müvafiq vergi orqanlarında vətəndaşların qəbulu aşağıdakı qaydada həyata keçiriləcəkdir:
1) Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərdən
mərkəzlərin iş rejimi nəzərə alınmaqla onlayn növbəyə yazılmadan;
Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı (+99412) 403-88-84
nömrəsi və ya office.qeydiyyat@taxes.gov.az e-poçt ünvanına müraciət etməklə məlumat əldə edə bilərsiniz.