BANKLARLA ELEKTRON MÜBADİLƏ (YALNIZ BANK TƏŞKİLATLARI ÜÇÜN!)

 
Vergi ödəyicilərinə daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Milli Bankı, Vergilər Nazirliyi və bank idarələri arasında hesabların açılması və hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara təqdim edilən şəhadətnamə-dublikatların və sərəncamların elektron mübadiləsinə başlanılmışdır. Elektron məlumat mübadiləsi Milli Bankın XÖKHS sistemi üzərindən aparılır. Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron məlumat mübadiləsini hüquqi cəhətdən tənzimləyən “Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və banklar arasında elektron sənəd mübadiləsi haqqında KOLLEKTİV SAZİŞ” imzalanmışdir. Sazişdə bank idarələrinin elektron mübadiləyə qoşulma mexanizmi müəyyənləşdirilmiş və Saziş XÖHKS sisteminin üzvü olan bütün banklar üçün açıqdır.


Elektron məlumat mübadiləsi haqqıda Kollektiv Sazişə qoşulmaq üçün ilk növbədə bank idarəsi tərəfindən Vergilər Nazirliyinə yazılı müraciət edilir. Bank idarəsinin texniki imkanları sazişin şərtlərinə uyğun olduğu halda bank tərəfindən Kollektiv Sazişə qoşulmaq haqqında müvafiq Protokol imzalanaraq Milli Banka və Vergilər Nazirliyinə təqdim edilir.


Hal-hazırda Vergilər Nazirliyi ilə elektron məlumat mübadiləsi haqqında Kollektiv Sazişə qoşulmuş bankların siyahısına buradan baxa bilərsiniz.