Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan və ya Rəqəmsal İD-dən aşağıdakı kimi istifadə olunur:
Hüquqi şəxsin rəhbəri/təmsilçisi və “səlahiyyətləndirilən şəxslər” qeyd edilən elektron imza vasitələrinə malik olmalıdırlar
Sonra Rəhbər/Təmsilçi, “səlahiyyətləndirilən şəxslər”ə İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə daxil olaraq İdarəertmə səhifəsi vasitəsilə səlahiyyətlər verməlidir
Bundan sonra “səlahiyyətləndirilən şəxslər”, ona verilmiş səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilər
Bu xidmətdən istifadə etmək üçün öncə gücləndirilmiş elektron imza (e-İmza İD kartı və ya Asan İmza (Mobil İmza)) sertifikatını əldə etmək lazımdır.
Əgər Sizin gücləndirilmiş elektron imza (e-İmza İD kartı və ya Asan İmza (Mobil İmza)) sertifikatınız varsa, növbəti səhifədə müvafiq bölməni seçin və əməliyyatınızı həyata keçirin.
Sürətli və Adi qeydiyyat xidmətlərindən istifadə etmək üçün sistemə gücləndirilmiş elektron imza (E-İmza / Asan İmza) ilə daxil olmaq lazımdır.
Bir prosedurla qeydiyyat (e-İmza /Asan İmza olmadan): Bu xidmətdən istifadə etmək üçün sistemə Mobil nömrə və FİN kodla bağlı bölmədən daxil olmaq lazımdır.
1 iyul 2014-cü il tarixindən etibarən "Elektron hökumət" (www.e-gov.az) portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması" xidməti yerləşdirilmişdir.
Bu xidmətdən istifadə etmək üçün öncə Asan İmza (Mobil İmza) sertifikatını əldə etmək lazımdır.
Əgər Asan İmza (Mobil İmza) sertifikatınız varsa, Sizi "Elektron hökumət" portalının giriş səhifəsinə yönləndiririk.
Yeni istifadəçi kodunu 2 üsulla əldə etmək olar:
1-Vergi orqanına getmədən İnternet üzərindən qeydiyyatdan keçməklə (“müqaviləsiz” istifadəçi kodu)
2-Bilavasitə vergi orqanına müqavilə bağlamaq üçün müraciət etməklə (“müqaviləli” istifadəçi kodu - bunun üçün vergi orqanına getmək tələb olunur)
Sual
:
İstifadəçi kodu, parol və şifrəni necə əldə etmək olar ?
Cavab
:
İstifadəçi kodu, parol və şifrəni 2 üsulla almaq olar:
1. Vergi orqanına getmədən İnternet üzərindən (“müqaviləsiz” istifadəçi kodu)
2. Bilavasitə vergi orqanına müraciət etməklə (Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamaqla - “müqaviləli” istifadəçi kodu)
Sual
:
“Müqaviləsiz” istifadəçi kodu ilə “müqaviləli” istifadəçi kodu arasında fərq nədir?
Cavab
:
“Müqaviləsiz” istifadəçi kodu məhdud hüquqludur və onunla yalnız “Onlayn kargüzarlıq” alt sistemindən istifadə etməklə məktub, ərizə (o cümlədən, Fiziki şəxsin onlayn qeydiyyatı), şikayət və s. kimi yazışmalar aparmaq olar.
Sual
:
“Müqaviləsiz” istifadəçi kodunun hüquqlarını necə artırmaq olar?
Cavab
:
Bunun üçün Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb bağlı zərfdə mövcud İstifadəçı koduna uyğun yeni Şifrə və Parol almaq lazımdır.
Sual
:
İstifadəçi kodunu yalnız vergi ödəyicilərimi ala bilər?
Cavab
:
Xeyr. İstifadəçi kodu istənilən vətəndaş və ya vergi ödəyisi tərəfindən alına bilər. Vətəndaşlar “müqaviləli” və ya “müqaviləsiz” istifadəçi kodu, Vergi ödəyicisi isə yalnız müqaviləli istifadəçi kodu ala bilər.
Sual
:
Fərdi sahibkarın onlayn qeydiyyatı nə üçün nəzərdə tutulub?
Cavab
:
Fərdi sahibkarın onlayn qeydiyyatı sistemi, vətəndaşlara vergi orqanına getmədən İnternet üzərindən VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89-№-li qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edirlər.
Elektron qaimə-fakturaları göndərmək üçün vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsinə (o cümlədən, Asan İmza) malik olmalıdır.
Elektron qaimə-fakturaların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilir:
“Onlayn rejimdə” - vergi ödəyicisi İnternet Vergi İdarəsi portalında “GİRİŞ” düyməsini sıxmaqla elektron xidmətlər bölməsinə daxil olur. O, sistemə audentifikasiya olunmaq üçün “Asan İmza” və ya “e-İmza” bölmələrindən birini seçir və sonra “e-Qaimə” altbölməsinə daxil olmaqla onlayn rejimdə elektron qaimə-fakturanı tərtib edərək digər vergi ödəyicisinə təqdim edir.
“Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı – eFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra o, gücləndirilmiş elektron imza vasitəsindən (Asan İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsindən “e-Qaimə” altbölməsini seçib sistemə daxil olur və hazırladığı paketi faylı “Paket hazırla” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və onlar “Qaralama” qovluğuna düşür. Burada həmin elektron qaimə-fakturalar üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron qaimə-fakturalar tək-tək və ya dəst şəklində onlayn rejimdə imzalanaraq göndərilir. Çox sayda elektron qaimə-fakturalar təqdim edən vergi ödəyicilərinin bu rejimdən istifadə etməsi tövsiyə olunur.