Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan və ya Rəqəmsal İD-dən aşağıdakı kimi istifadə olunur:
Hüquqi şəxsin rəhbəri/təmsilçisi və “səlahiyyətləndirilən şəxslər” qeyd edilən elektron imza vasitələrinə malik olmalıdırlar
Sonra Rəhbər/Təmsilçi, “səlahiyyətləndirilən şəxslər”ə İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə daxil olaraq İdarəertmə səhifəsi vasitəsilə səlahiyyətlər verməlidir
Bundan sonra “səlahiyyətləndirilən şəxslər”, ona verilmiş səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilər
Bu xidmətdən istifadə etmək üçün öncə gücləndirilmiş elektron imza (e-İmza İD kartı və ya Asan İmza (Mobil İmza)) sertifikatını əldə etmək lazımdır.
Əgər Sizin gücləndirilmiş elektron imza (e-İmza İD kartı və ya Asan İmza (Mobil İmza)) sertifikatınız varsa, növbəti səhifədə müvafiq bölməni seçin və əməliyyatınızı həyata keçirin.
Sürətli və Adi qeydiyyat xidmətlərindən istifadə etmək üçün sistemə gücləndirilmiş elektron imza (E-İmza / Asan İmza) ilə daxil olmaq lazımdır.
Bir prosedurla qeydiyyat (e-İmza /Asan İmza olmadan): Bu xidmətdən istifadə etmək üçün sistemə Mobil nömrə və FİN kodla bağlı bölmədən daxil olmaq lazımdır.
1 iyul 2014-cü il tarixindən etibarən "Elektron hökumət" (www.e-gov.az) portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması" xidməti yerləşdirilmişdir.
Bu xidmətdən istifadə etmək üçün öncə Asan İmza (Mobil İmza) sertifikatını əldə etmək lazımdır.
Əgər Asan İmza (Mobil İmza) sertifikatınız varsa, Sizi "Elektron hökumət" portalının giriş səhifəsinə yönləndiririk.
Yeni istifadəçi kodunu 2 üsulla əldə etmək olar:
1-Vergi orqanına getmədən İnternet üzərindən qeydiyyatdan keçməklə (“müqaviləsiz” istifadəçi kodu)
2-Bilavasitə vergi orqanına müqavilə bağlamaq üçün müraciət etməklə (“müqaviləli” istifadəçi kodu - bunun üçün vergi orqanına getmək tələb olunur)
Sual
:
İstifadəçi kodu, parol və şifrəni necə əldə etmək olar ?
Cavab
:
İstifadəçi kodu, parol və şifrəni 2 üsulla almaq olar:
1. Vergi orqanına getmədən İnternet üzərindən (“müqaviləsiz” istifadəçi kodu)
2. Bilavasitə vergi orqanına müraciət etməklə (Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamaqla - “müqaviləli” istifadəçi kodu)
Sual
:
“Müqaviləsiz” istifadəçi kodu ilə “müqaviləli” istifadəçi kodu arasında fərq nədir?
Cavab
:
“Müqaviləsiz” istifadəçi kodu məhdud hüquqludur və onunla yalnız “Onlayn kargüzarlıq” alt sistemindən istifadə etməklə məktub, ərizə (o cümlədən, Fiziki şəxsin onlayn qeydiyyatı), şikayət və s. kimi yazışmalar aparmaq olar.
Sual
:
“Müqaviləsiz” istifadəçi kodunun hüquqlarını necə artırmaq olar?
Cavab
:
Bunun üçün Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb bağlı zərfdə mövcud İstifadəçı koduna uyğun yeni Şifrə və Parol almaq lazımdır.
Sual
:
İstifadəçi kodunu yalnız vergi ödəyicilərimi ala bilər?
Cavab
:
Xeyr. İstifadəçi kodu istənilən vətəndaş və ya vergi ödəyisi tərəfindən alına bilər. Vətəndaşlar “müqaviləli” və ya “müqaviləsiz” istifadəçi kodu, Vergi ödəyicisi isə yalnız müqaviləli istifadəçi kodu ala bilər.
Sual
:
Fərdi sahibkarın onlayn qeydiyyatı nə üçün nəzərdə tutulub?
Cavab
:
Fərdi sahibkarın onlayn qeydiyyatı sistemi, vətəndaşlara vergi orqanına getmədən İnternet üzərindən VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı verir.
1 mart 2010-cu il tarixdən vətəndaşların və vergi ödəyicilərinin vergi orqanlarına İnternet Vergi İdarəsi vasitəsilə onlayn müraciət etməsi imkanı yaradılmış, bu məqsədlə hər bir istifadəçi üçün fərdi elektron qutu ayrılmışdır. İstifadəçilər onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanlarında hərəkətini “Əməliyyat tarixçəsi” vasitəsilə real vaxt rejimində izləyə və bu müraciətlərin cavabları ilə elektron qutuları vasitəsilə tanış ola bilərlər.
Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır və ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısını almış olur.
05.04.2010 tarixdən fərdi elektron qutusu olan vergi ödəyicilərinə (İstifadəçi kodu/Parol/Şifrə almış şəxslər) göndəriləcək sənədlər(uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir. Vergi orqanından göndərilən hər hansı sənədin yalnız kağız daşıyıcısında göndərilməsi tələb olunan hallar istisna olunmaqla digər hallarda fərdi elektron qutusu olan şəxslərlə yazışmalar elektron formada aparılacaqdır. Buna görə də mütəmadi olaraq “Onlayn kargüzarlıq” sistemi vasitəsilə elektron qutunuzu yoxlamanız tövsiyyə olunur.
“Onlayn kargüzarlıq” sistemi ilə işləmə qaydası ilə müvafiq təlimat vasitəsilə tanış ola bilərsiniz.