TEZ-TEZ VERİLƏN SUALLAR

       

1. e-Bəyannamə sisteminin tətbiqindən kimlər yararlana bilər?
2. Bəyannamələri kimlər göndərə bilər?
3. Necə müraciət etmək olar?
4. Bəyannamə Tərtibatı Proqramını (BTP) haradan yükləyə bilərəm ?
5. Bəyannamə Tərtibatı Proqramı (BTP) üçün tələb olunan sistem necə olmalıdır?
6. Bəyannamə Tərtibatı Proqramını (BTP) öz kompüterimə necə yükləyə bilərəm?
7. Bəyannamələrimi necə göndərə bilərəm?
8. Hansı növ bəyannamələri göndərə bilərəm?
9. Bəyannaməmi nə vaxt göndərə bilərəm?
10. Bəyannamədə dəyişiklik olarsa, nə etməliyəm?
11. Bir Paketdəki bəyannamələrin sayinda məhdudiyyət varmı?
12. Paketin içində yalnız eyni verginin bəyannamələrimi olmalıdır?
13. Sadəcə, tək bir bəyannamə göndərəcəyəmsə, paket yaratmalıyammı?
14. Göndərdiyim paketdə xətalı və təsdiq gözləyən bəyannamələr varsa, nə etməliyəm?
15. Bəyannaməm xətalı deyil, ancaq təsdiqləmək istəmirəmsə, nə etməliyəm?
16. Daha öncə göndərdiyim paketləri necə görə bilərəm?
17. Daha öncə göndərdiyim bəyannamələrimi necə görə bilərəm?
18. Bəyannaməni göndərdim, necə təsdiqləyəcəyəm?
19. Eyni bəyannamədən iki ədəd göndərdim, nə etməliyəm?
20. Bəyannaməmi təsdiqlədikdə təsdiqlənmə ilə əlaqədar “Bəyannamələrin qəbul edilməsi haqqında Bildiriş”verilir , bu bildirişi haradan görə bilərəm?
21. Daha əvvəlki “Bəyannamələrin qəbul edilməsi haqqında Bildirişləri” necə görə bilərəm?
22. İstifadəçi kodumu unutdumsa, nə etməliyəm?
23. Parolumu unutdumsa, nə etməliyəm?
24. Şifrəmi unutdumsa, nə etməliyəm?
25. E-Bəyannamənin istifadəsi ilə bağlı daha hansı mənbələrdən kömək ala bilərəm?




1. e-Bəyannamə sisteminin tətbiqindən kimlər yararlana bilər?
Bəyannamələrin elektron formada göndərilməsinin tətbiqindən Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamış hər bir vergi ödəyicisi yararlana bilər.


2. Bəyannamələri kimlər göndərə bilər?
Vergi idarəsiylə aralarında muqavilə bağlayan və vergi oraqanı tərəfindən e-bəyannamənin göndərilməsi üçün istifadəçi kodu, sifrə və parol alan vergi ödəyiciləri öz bəyannamələrini elektron formatda göndərə biləcəklər.


3. Necə müraciət etmək olar?
Vergi ödəyiciləri e-bəyannamənin tətbiqindən istifadə etmələri üçün qeydiyyatda olduqları vergi idarələrinə Elektron Bəyannamə Göndərmə Ərizə formasını dolduraraq müraciət etməlidirlər.


4. Bəyannamə Tərtibatı Proqramını (BTP) haradan yükləyə bilərəm?
Bəyannamə Tərtibatı proqramını, Vergilər Nazirliyinin www.e-taxes.gov.az İnternet ünvanındakı “Lazımlı Proqramlar” bölümündən öz kompüterinizə yükləyə bilərsiniz.


5. Bəyannamə Tərtibatı Proqramı (BTP) üçün tələb olunan sistem necə olmalıdır?
Bəyannamə Tərtibatı Proqramının (BTP) işləyə bilməsi üçün kompüteriniz minimum 256 MB RAM və Pentium-III posessora malik olmalıdır. Bundan başqa Windows əməliyyat sisteminin UNİKOD şriftlərini dəstəkləyən versiyasının (Windows 2000/2003/XP və s.) kompüterə yüklənməsi lazımdır. Əlavə olaraq kompüterə JRE 1.4. (Java Runtime Environment) dəstəkləyici programı yüklənmiş olmalıdır. Bu proqramları və onların qurulması ilə əlaqədar təlimatları İnternet Vergi İdarəsi saytının müvafiq bölmələrindən əldə edə bilərsiniz.


6. Bəyannamə Tərtibatı Proqramını (BTP) öz kompüterimə necə qura bilərəm?
Bəyannamə Tərtibatı proqramını yüklədiyiniz web saytında ətraflı şəkildə qurma təlimatı var. Qurma təlimatındakı ardıcıllığı izləyərək proqramı asanlıqla qura bilərsiniz.


7. Bəyannamələrimi necə göndərə bilərəm?
Tərtib etdiyiniz bəyannamələrinizi göndərə bilmək üçün ilk öncə paketləməniz lazımdır. Bəyannamələrinizi paketlədikdən sonra internet vasitəsiylə www.e-taxes.gov.az saytına daxil olacaqsınız. E-Bəyannamə saytında istifadəçi kodu, şifrə və parolunuzla daxil olub saytın Paket Göndərmə menyusunu seçməlisiniz. Browse düyməsiylə göndərəcəyiniz paketi seçib Göndər düyməsinə basdıqda paketiniz göndərilmiş olacaqdır.


8. Hansı növ bəyannamələri göndərə bilərəm?
Vergilər Nazirliyi tərəfindən təyin edilmiş bütün növ bəyannamələr e-bəyannamə vasitisiylə göndərilə bilər.


9. Bəyannaməmi nə vaxt göndərə bilərəm?
Bəyannamənizi, göndərəcəyiniz bəyannamənin qanun tərəfindən təqdim etmə müddətinin bitdiyi iş günü saat 24:00'a qədər göndərə bilərsiniz.


10. Bəyannamədə dəyişiklik olarsa, nə etməliyəm?
Bəyannamələrdə dəyişiklik olduğunda Bəyannamə Tərtibatı Proqramı (BTP) da yenilənəcəkdir. Bəyannamələrinizi Bəyannamə Tərtibatı Proqramının (BTP) yenilənmiş versiyası ilə hazırlayıb web saytına göndərməniz lazımdır. Dəyişiklikləri www.e-taxes.gov.az saytındaki "Yeniliklər" bölümündən izləyə bilərsiniz.


11. Bir Paketdəki bəyannamələrin sayinda məhdudiyyət varmı?
Xeyr, belə bir məhdudiyyət yoxdur, amma paket faylının həcmi 1 MB'ı keçməməlidir.


12. Paketin içində, sadəcə eyni verginin bəyannamələrimi olmalıdır?
Paket, sadəcə göndərmək üçün bir vasitə olduğu üçün belə bir məhdudiyyət yoxdur. Fərqli vergilərin, fərqli dövrlərin, fərqli vergi idarələrinin bəyannamələri eyni paketin içində yerləşdirilə bilər.


13. Sadəcə tək bir bəyannamə göndərəcəyəmsə, paket yaratmalıyammı?
Bəli, tək bir bəyannamə də göndərsəniz belə, web sayta bəyannamənizi paket faylının içərisində göndərməlisiniz.


14. Göndərdiyim paketdə xətalı və təsdiq gözləyən bəyannamələr varsa, nə etməliyəm?
Təsdiq gözləyən xətasız bəyannamələrinizi təsdiqləyə bilərsiniz. Səhv bəyannnamələrinizi isə Bəyannamə Tərtibatı Proqramında (BTP) mütləq yenidən hazırlayıb, paketləyib təkrarən göndərməlisiniz.


15. Bəyannaməm xətalı deyil, ancaq təsdiqləmək istəmirəmsə, nə etməliyəm?
Bəyannamənizi siyahıladıqdan sonra “Ləğv et” kvadratını seçib “Ləğv Et” düyməsinə basaraq bəyannamənizi ləğv edə bilərsiniz.


16. Daha öncə göndərdiyim paketləri necə görə bilərəm?
İstifadəçi kodu, parol və şifrənizlə daxil olduğunuz saytın 'Paket Axtar' menyusundan istədiyiniz axtarış kriteriyasını seçərək paketlərinizin siyahısını ala bilərsiniz. Bu siyahıda paketlərinizin adını, Yükləmə vaxtını, Qeydiyyat nömrəsini və vəziyyətini görə bilərsiniz. Paketin içərisini görmək üçün siyahıdan paketin adını seçməlisiniz.


17. Daha öncə göndərdiyim bəyannamələrimi necə görə bilərəm?
İstifadəçi kodu, parol və şifrənizlə daxil olduğunuz saytda “Bəyannamə Axtar” menyusundan istədiyiniz axtarış kriteriyalarını seçərək ekranda bəyannamələrinizi siyahısını ala bilərsiniz. Bu siyahıda bəyannamələrinizin adını, əlaqəli mesajlarını, tipini, vergi idarəsini, vergi dövrünü və vəziyyətini görə bilərsiniz. Bəyannamə adını seçdiyinizdə bəyannaməniz göstəriləcəkdir ( Ekrandan 'PDF' linkini seçdiyinizdə bəyannamənizi PDF faylı olaraq görə bilər, qeyd edə bilər və çap edə bilərsiniz).


18. Bəyannaməni göndərdim, necə təsdiqləyəcəyəm?
Bəyannamənizin siyahısı ekrana çıxdıqdan sonra siyahının solunda yer alan Təsdiqlə kvadratını seçib, "Təsdiqlə" düyməsinə basaraq təsdiqləyə bilərsiniz. Bütün bəyannamələri təsdiqləmək üçün “Hamısı” kvadratını işarələyib "Təsdiqlə" düyməsinə basaraq təsdiq gözləyən bütün bəyannamələri təsdiqləyə bilərsiniz. Bəyannamənizi təsdiqləməsəniz proqram sizə “İcra qəbzi” verməyəcək və bəyannaməniz qəbul olunmuş sayılmayacaq.


19. Eyni bəyannamədən iki ədəd göndərdim, nə etməliyəm?
Hər iki bəyannaməniz xətasızdırsa və təsdiqləmə gözləyirsə, bəyannamənizi təsdiqləmək üçün bəyannamələrdən birini ləğv etməniz lazımdır.


20. Bəyannaməmi təsdiqlədikdə təsdiqlənmə ilə əlaqədar “Bəyannamələrin qəbul edilməsi haqqında Bildiriş”verilir , bu bildirişi haradan görə bilərəm?
Bəyannamələrinizi təsdiqlədikdən sonra bəyannamə axtar ekranından bəyannaməmizin vəziyyətinə baxarkən bəyannnamə siyahısı vəziyyətində “Bəyannamələrin qəbul edilməsi haqqında Bildiriş” yer alacaqdır. “Bəyannamələrin qəbul edilməsi haqqında Bildiriş”`ə mouse ilə basdıqda bildiriş ekrana gələcək. Ekrandan 'PDF' linkini seçdiyinizdə icra qəbzinizi PDF faylı olaraq görəbilər, qeyd edəbilər və çap edəbilərsiniz.


21. Daha əvvəlki “Bəyannamələrin qəbul edilməsi haqqında Bildirişlərimi” necə görə bilərəm?
Daha öncədən göndərdiyiniz bəyannamələri siyahıladığınızda təsdiqlənmiş və “Bəyannamələrin qəbul edilməsi haqqında Bildiriş” verilmiş bəyannamələr siyahıda görsənəcəkdir. Görmək istədiyiniz Bildirişi–i seçdiyinizdə “Bəyannamələrin qəbul edilməsi haqqında Bildiriş” ekrana gələcəkdir.


22. İstifadəçi kodumu unutdumsa, nə etməliyəm?
İstifadəçi kodunuzu unutdunuzsa, qeydiyyatda olduğunuz vergi idarəsinin "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət etməniz lazımdır.


23. Parolumu unutdumsa, nə etməliyəm?
Parolunuzu unutdunuzsa, qeydiyyatda olduğunuz vergi idarəsinin "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət etməniz lazımdır.


24. Şifrəmi unutdumsa, nə etməliyəm?
Şifrənizi unutdunuzsa, qeydiyyatda olduğunuz vergi idarəsinin "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət etməniz lazımdır.

 

25. E-Bəyannamə tətbiqi ilə daha hansı mənbələrdən kömək ala bilərəm?
e-Bəyannamə web saytından yükləyə biləcəyiniz İstifadəçi təlimatında Bəyannamə Tərtibatı Proqramı (BTP) və web saytla əlaqədar aparacağınız bütün əməliyyatlar ətraflı olaraq izah edilmişdir. Ayryca 195 nömrəli Vergi ödəyicilərinə xidmət mərkəzindən də kömək ala bilər və ya www.e-taxes.gov.az ünvanında yer alan info@e-taxes.gov.az e-mail adresinə məktub göndərə bilərsiniz.