ÜMUMİ MƏLUMAT

   
       
    Hörmətli, Vergi ödəyicisi !  
       
    Bank idarəsində hesab açmaq məqsədi ilə şəhadətnamə-dublikat almaq üçün vergi orqanına getməyə ehtiyac yoxdur. Bunun üçün İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” altsisteminə daxil olaraq “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” formasını doldurub elektron formada vergi orqanına göndərmək lazımdır.  
       
    Bu zaman sistem tərəfindən Sizə müvafiq Bildiriş təqdim olunacaqdır. Əgər hesab açmaq istədiyiniz bankla Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsi mövcuddursa, onda Siz Bildirişdə göstərilən müddətdə birbaşa banka müraciət edə bilərsiniz, əks halda çap etdiyiniz bildiriş əsasında qeydiyyatda olduğunuz vergi orqanından kağız formatda şəhadətnamə-dublikat götürərək, müvafiq banka müraciət etməlisiniz.