ÜMUMİ MƏLUMATLAR

 
       
   

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən  01.01.2010 tarixdən etibarən  elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılır.  Bu məqsədlə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az)  müvafiq altsistem (bölmə) yaradılmışdır. Bu  tarixdən etibarən vergi ödəyiciləri vergi hesab-fakturalarını həmin portal vasitəsilə təqdim etməlidirlər.
Elektron vergi hesab-fakturalarını (e-VHF) vergi ödəyiciləri iki üsulla hazırlaya biləcəklər:

 
   
    • “Onlayn rejimdə” -  vergi ödəyicisi, ona vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinin  “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olur və “onlayn” rejimdə elektron vergi hesab-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. Bu altsistem vasitəsilə istifadəçi digər əməliyyatları da(fakturanın ləğvi, dəqiqləşdirilməsi, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatların daxil edilməsi və s.) həyata keçirə bilər.
 
   
    • “Oflayn rejimdə” - vergi ödəyicisi elektron  vergi hesab fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını (“Elektron Faktura Tərtibatı Proqramını” -eFP)  və digər zəruri proqramları  “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir və tələb olunan fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır,  paketləyir. Daha sonra istifadəçi kodu, parol və şifrəsindən  istifadə etməklə İnternet Vergi İdarəsinin  “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olur və hazırladığı paketi müvafiq menyunu seçməklə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən  fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar  “onlayn” rejimdə aparılır.  Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda VHF-ni təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.