ÜMUMİ MƏLUMAT

 
       
   

1 mart 2010-cu il tarixdən vətəndaşların və vergi ödəyicilərinin vergi orqanlarına “İnternet vergi idarəsi” vasitəsilə onlayn müraciət etməsi imkanı yaradılmış, bu məqsədlə hər bir istifadəçi üçün fərdi elektron qutu ayrılmışdır. İstifadəçilər onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanlarında hərəkətini “Əməliyyat tarixçəsi” vasitəsilə real vaxt rejimində izləyə və bu müraciətlərin cavabları ilə elektron qutuları vasitəsilə tanış ola bilirlər.

Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır və ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısını almış olur.
 
   
     
        05.04.2010 tarixdən  fərdi elektron qutusu olan vergi ödəyicilərinə (İstifadəçi kodu/Parol/Şifrə almış şəxslər)  göndəriləcək sənədlər(uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.)  imzalanan kimi  avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir.   Vergi orqanından göndərilən hər hansı sənədin yalnız kağız daşıyıcısında göndərilməsi tələb olunan hallar istisna olunmaqla digər hallarda fərdi elektron qutusu olan şəxslərlə yazışmalar elektron formada aparılacaqdır. Buna görə də mütəmadi olaraq “Onlayn kargüzarlıq” sistemi vasitəsilə elektron qutunuzu yoxlamanız tövsiyyə olunur.
    “Onlayn kargüzarlıq” sistemi ilə işləmə qaydası ilə müvafiq təlimat vasitəsilə tanış ola bilərsiniz.