Yardım

     1. Elektron İmzanın İnternet Vergi İdarəsinin elektron xidmətlərinə inteqrasiyası

     2. Onlayn kargüzarlıq

Ümumi məlumat

    3. Onlayn ödəmə

 

    4. Elektron bəyannamələr

Ümumi məlumat

 

Bəyannamələrin Onlayn rejimdə hazırlanması və göndərilməsi (yalnız Sadələşdirilmiş verginin bəyannaməsi)

Bəyannamələrin Oflayn rejimdə hazırlanması (BTP proqramı vasitəsilə)

BTP-də hazırlanmış bəyannamələrin İnternet Vergi İdarəsi portalı vasitəsilə göndərilməsi

BTP proqramının qurulması

Java proqramının qurulması

     5. Elektron vergi-hesab fakturası (EVHF)

Ümumi məlumat

EVHF-lərin Onlayn rejimdə hazırlanması və göndərilməsi

EVHF-lərin Oflayn rejimdə hazırlanması (eFP proqramı vasitəsilə)

eFP-də hazırlanmış EVHF paketlərinin göndərilməsi

 

eFP proqramının qurulması

     6. ƏDV-nin depozit hesabı

Qeyd 1:  Vergi ödəyicisi elektron bəyannamələri və elektron vergi-hesab fakturaları İnternetə daxil olmadan (oflayn rejimdə) hazırlamaq və paketləmək üçün ilk öncə, Java (Java Runtime Environment (JRE)) dəstəkləyici proqramı öz kompüterinə qurmalıdır.

Qeyd 2: PDF tipli faylları açmaq üçün Adobe Reader proqramının kompüterə qurulması tələb olunur.

Qeyd 3: Yuxarıdakı proqramları  İnternet Vergi İdarəsi portalının "Lazımlı proqramlar" bölməsindən   endirmək və yükləmək mümkündür.

 


Elektron İmzanın İnternet Vergi İdarəsinin elektron xidmətlərinə inteqrasiyası

GİRİŞ

Bu sənəd, elektron imza texnologiyasının (Mobil İmza, rəqəmsal İD kartı) İnternet Vergi İdarəsi portalına inteqrasiyasına dair Təlimatdır. Vergilər Nazirliyinin nəzdində müasir tipli Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə, Asan SXM, Mobil-İD Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“Asan İmza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır. Bu texnologiyadan bəhrələnmək üçün istifadəçi, mobil operatordan Asan İmza (Mobil İmza) SİM kartını əldə etməli və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzindən(ASXM) təkmil sertifikat alaraq Asan İmza (Mobil İmza) xidmətini aktivləşdirməlidir. Bundan sonra o, onlayn xidmətlərə təhlükəsiz olaraq daxil ola bilər və sənədləri asanlıqla onlayn imzalayaraq Vergilər Nazirliyinə göndərə bilər. Sistemə daxil olmaq və sənədləri imzalamaq üçün Rəqəmsal İD kartından da istifadə etmək olar.
Təlimatda, sistemə autentifikasiya olunma, sənədlərin imzalaması, istifadəçi səlahiyyətlərinin idarə edilməsi (yəni, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsi imkanı) və s. əməliyyatlar daha ətraflı, şəkillərlə şərh edilmişdir.

Asan İmza vasitəsi ilə imzalanmış sənədləri kənar təşkilatlara göndərən zaman həmin təşkilatlarda göndərilən sanədlərə baxmaq üçün “AsanDoc client” proqramını qurmaq lazımdır. Bu proqramı www.asanimza.az saytında kompüterə endirmək olar.


Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Anlayışlar

Təlimatda aşağıdakı anlayışlardan istifadə olunur:
SXM - Sertifikat Xidmətləri Mərkəzi;
ASAN Xidmət Mərkəzi - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xidmət Mərkəzi;
ASXM - Vergilər Nazirliyinin Asan SXM-i. İstifadəçilərə elektron xidmətlərdən istifadə etmək üçün, ASXM-in nümayəndələri ASAN Xidmət Mərkəzində və ya Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində təkmil sertifikatların verilməsini təşkil edirlər;
Asan İmza (Mobil İmza) SİM kartı - Mobil operatorlar tərəfindən verilən bu xüsusi SİM kart, həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır.
Asan İmza (Mobil İmza) xidməti - elektron xidmətləri həyata keçirən  istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir;
Autentifikasiya - İstifadəçinin doğrulanaraq sistemə daxil olmasi (login);
VN – Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
RYTN – Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;
VN ASXM Rəqəmsal İD kartı - Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilən rəqəmsal identifikasiya kartıdır. Sistemə autentifikasiya olunmaq və imzalanma əməliyyatı zamanı istifadə olunur. Bunun üçün Kart oxuyucu qurğu (“card reader”)  tələb olunur;
AsanDoc - Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilən və MS Word, MS Exel, Adobe Acrobat və s. tipli  sənəd fayllarının imzalanmasını həyata keçirən proqramlar qrupudur. Həmin qrupa,

  • fərdi kompüterlər üçün - AsanDoc Client (Windows, Unix, MacOS variantlar),
  • mobil qurğular və planşetlər üçün – AsanDoc (iOS, Android variantlar),
  • göndərilən faylların şifrələnməsi və deşifrələnməsi üçün – AsanCRYPTO

proqramları daxildir;
RYTN “e-İmza” kartı – RYTN-in Məlumat Hesablama Mərkəzinin(MHM) SXM-i tərəfindən verilən kartdır. Sistemə autentifikasiya olunmaq və “e-İmzalayıcı” proqram vasitəsilə sənəd fayllarının imzalanması üçün istifadə olunur. Bunun üçün Kart oxuyucu qurğu tələb olunur;
RYTN “e-İmzalayıcı” proqram -  RYTN MHM tərəfindən hazırlanmış və sənəd fayllarının imzalanması üçündür;
İstifadəçi - Sistemdən istifadə edənlər 2 kateqoriyaya bölünürlər:

  • vətəndaşlar;
  • vergi ödəyiciləri (fiziki, hüquqi şəxslər), dövlət hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının və digər qurumlarının əməkdaşları;

İstifadəçi İD-si – Bu, 6 rəqəmli təhlükəsizlik kodudur. Bu kodu Asan İmza sertifikatını almaq üçün müraciət edən şəxs öz ərizəsində göstərir. Əgər istifadəçi həmin kodu unudarsa, sistemə giriş zamanı “Asan İmza” bölməsində yerləşən "İstifadəçi İD-mi unutmuşam" linkini tıklayır. Bu zaman onun telefonuna SMS vasitəsilə  İstifadəçi İD-si göndərilir (gün ərzində bir dəfədən çox olmamaq şərtilə). Kod “qeyri-məxfi” statusa malikdir, yəni bu o deməkdir ki, həmin kodun digər şəxslərə məlum olması təhlükəsizliyə xələl gətirmir və internetdə “spam”dan müdafiə olunmaq üçün istifadə olunur;

Gizli sual – Asan İmza telefonu, Rərəmsal İD kartı itirildikdə, oğurlandıqda və ya İmza sahibinin sertifikat məlumatlarının təhlükəsizliyində problem yarandıqda İmza sahibi tərəfindən operativ surətdə Gizli sual vasitəsilə sertifikatın fəaliyyəti dayandırılır. Bu zaman İmza sahibi 195 Çağrı Mərkəzinə müraciət edərək Gizli suala onun cavabını bildirir və sertifikatının fəaliyyətini dayandırır. Gizli sual və cavab yalnız sertifikat sahibinə bəlli olmalıdır. Sonradan Sertifikatın qüvvəsini bərpa etmək üçün  İmza sahibi şəxsiyyətini təsdiq edən sənədlə ASXM-ə müraciət etməlidir.

FİN – Şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir (əvvəllər PİN adlanırdı). Bu, şəxsiyyət vəsiqənin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. Aşağıda şəxsiyyət vəsiqəsinin FİN kodu göstərilmişdir:

 

Yoxlama kodu – autentifikasiya və imzalama əməliyyatları zamanı sistem tərəfindən eyni zamanda istifidəçinin istifadə etdiyi e-xidmət İnternet səhifəsinə və telefonuna göndərilən təhlükəsizlik kodudur.

İstifadəçi telefonunda görünən bu kodla kompüterindəki kodu üzləşdirir. Əgər onlar bərabərdirsə, onu telefonunda OK düyməsi vasitəsilə təsdiqləyir.

İstifadəçi öz telefonunda autentufikasiya üçün (yəni, sistemə daxil olmaq üçün) 4 rəqəmli Asan İmza PİN1  kodunu daxil edir və OK düyməsini basır. Bundan sonra, həmin istifadəçi sistemə daxil olur.

Sənədlərin onlayn imzalanması da buna anoloji yerinə yetirilir. Bu zaman 5 rəqəmli Asan İmza PİN2 kodu daxil edilir.

Asan İmza vasitəsilə ixtiyarı e-Xidmətə autentifikasiya olunma və onlayn elektron imzalama əməliyyatları aşağıdakı şəkildə təsvir edilmişdir:

 

Sertifikat Xidməti Mərkəzləri barədə

Azərbaycanda elektron imzanın tətbiqi ilə əlaqədar aşağıdakı Sertifikat Xidməti Mərkəzləri fəaliyyət göstərir.

 

Hakimiyyət Orqanları Mərkəzi – yalnız dövlət orqanları üçün nəzərdə tutulur.
Elektron Hökumət Mərkəzi – vergi ödəyiciləri və vətəndaşlar üçün nəzərdə tutulur.
Asan Sertifikat Xidmətləri Mərkzəzi (ASXM) – akkreditə olunmuş, Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərən gücləndirilmiş sertifikat xidmətləri mərkəzidir. ASXM dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə sertifikat xidmətləri göstərmək hüququna malikdir.
ASXM barədə daha ətraflı məlumatı asxm.gov.az saytından əldə etmək olar.

ASXM-in digər strukturlarla qarşılıqlı əlaqə sxemi aşağıda göstərilmişdir:

Elektron imza vasitələri

Aşağıda elektron imza vasitələri göstərilmişdir:

 

Asan İmza (Mobil İmza) SİM kartı –Mobil operator tərəfindən verilir və Vergilər Nazirliyinin ASXM-i tərəfindən xidmət aktivləşdirilir. Bundan sonra Kart oxuyucu qurğuya (“card reader”) və xüsusi proqram təminatına (drayverə) ehtiyac olunmur, e-Xidmətlərin istifadəsi (autentifikasiya olunma və sənədlərin imzalanması) daha da asanlaşır və sadələşir.

Asan İmza (Mobil İmza) xidmətinin üstünlükləri:

 

Asan İmza (Mobil İmza) barədə daha ətraflı məlumata http://www.asanimza.az/az/ saytından tanış olmaq olar.

Rəqəmsal İD kartı - Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilir. Sistemə login olma və sənədlərin imzalanması əməliyyatında istifadə olunur. Windows, Linux, MacOS əməliyyat sistemlərini dəstəkləyir. İstifadəsi üçün Kart oxuyucu qurğu ("card reader") və xüsusi proqram təminatı (drayver) tələb olunur.

e-İmza kartı – RYTN-in MHM-nin SXM-i tərəfindən verilir. Sistemə login olma və sənəd fayllarının imzalanması üçün istifadə olunur. Yalnız Windows XP əməliyyat sistemini dəstəkləyir. İstifadəsi üçün Kart oxuyucu qurğu və xüsusi proqram təminatı tələb olunur.
Daha ətraflı məlumatı www.e-imza.az saytından əldə etmək olar.

 

Asan İmza SİM kartlarının növləri

Mobil operator tərəfindən 3 növ Asan İmza SİM kartı təqdim edilir:

  • Vətəndaş
  • Biznes
  • Dövlət

Asan İmza SİM kartının üzərində aşağıdakı təhlükəsizilik kodları mövcuddur:

  • Asan İmza PİN1 – 4 rəqəmli koddur, sistemə autentifikasiya olunan zaman daxil edilir;
  • Asan İmza PİN2 – 5 rəqəmli koddur, elektron sənədlərin imzalanması zamanı istifadə olunur;
  • Asan İmza PUK – 8 rəqəmli koddur. Asan İmza PİN1 və ya Asan İmza PİN2 nömrələrini 3 dəfədən artıq səhv daxil etdikdən sonra Asan İmza SİM nömrəsi bloka düşdüyü halda, bu koddan istifadə olunur. PUK nömrəsini 3 dəfə yığmaq mümkündür. Son limit həddindən sonra Asan İmza SİM kartı yararsız hala düşür. Onun aktiv edilməsi üçün Şəxs, şəxsiyyətini təsdiq edən sənədlə mobil operatora ərizə (ərizə forması mobil operatorda təqdim olunur) ilə müraciət etməlidir.

 

Asan İmza (Mobil İmza) xidmətinin aktivləşdirilməsi

Asan İmza (Mobil İmza) üzrə sertifikatı əldə etmək üçün 2 variantdan biri seçilir:

 I variant:
Müraciət edən şəxs,  əvvəlcə mobil operatora müraciət edir. O, gələcəkdə istifadə edəcəyi sahədən asılı olaraq, Asan İmzanı dəstəkləyən “Vətəndaş”, “Biznes”, “Dövlət” tipli SİM kartlardan birini alır:

  1. Kart həmin andan mobil rabitə üçün istifadə oluna bilir;
  2. SİM kart barədə məlumatlar ASXM-ə ötürülür.

Sonra o, ASAN Xidmət Mərkəzində, Vergi ödəyicilərinin Xidmət Mərkəzlərində, Ərazi Vergilər Departamentlərinin və ya Ərazi Vergilər İdarələrinin xidmət bölmələrində fəaliyyət göstərən ASXM-in nümayəndəsinə ərizə (ərizə forması orada təqdim edilir) və tələb olunan sənədlərlə birlikdə müraciət edir, müqavilə bağlayır və sertifikatını əldə edir. Həmin andan Asan İmza (Mobil İmza) xidməti aktivləşir.

 

II variant:
Müraciət edən şəxs, ASAN Xidmət Mərkəzinə müraciət edir. Mərkəzdə mobil operatorun  nümayəndəsindən I variantda qeyd edilən SİM kartlardan birini alır. Sonra o, həmin Mərkəzdə fəaliyyət göstərən Vergilər Nazirliyinin ASXM-nin nümayəndəsinə yaxınlaşır, tələb olunan sənədləri təqdim edir və ərizə formasını doldurur. Bundan sonra müqavilə bağlanılır, sertifikat çap olunur, tərəflər tərəfindən sənədlər imzalanılır və sertifikat həmin şəxsə təqdim edilir. Həmin andan Asan İmza (Mobil İmza)  xidməti aktivləşir.

 

Rəqəmsal İD kartı üzrə sertifikatı əldə etmək üçün müraciət edən şəxs yalnız ASXM-ə müraciət edir, ərizə formasını doldurur, müqavilə bağlayır və sertifikat əldə edir. Bundan sonra sertifikat 2 günədək aktivləşir.

 

Sertifikatların növləri və təyinatı

Asan İmza (Mobil İmza) SİM və Rəqəmsal İD kartları aşağıdakı şəkildə göstərilən Mərkəzlər tərəfindən təşkil edilir:

 

ASXM-də aşağıdakı növ sertifikatlar verilir:

  • Autentifikasiya
  • Şəxsi (vətəndaş)
  • İş (biznes)
  • Dövlət və bələdiyyə (dövlət)

Müraciət edən şəxsə (bundan sonra Şəxs adlandırılır) “Şəxsi”, “İş”, “Dövlət və bələdiyyə” tipli sertifikatlar kağız daşıyıcısında çap olunaraq verilir.

“Autentifikasiya” sertifikatı isə Şəxsin adına elektron formada hazırlanır, onun sistemə daxil olmasını təmin edir, lakin kağız daşıyıcısında olunmur.

Asan İmza SİM kartlarına uyğun olan sertifikatların siyahısı aşağıda göstərilir:

 

Əgər Şəxs, “Biznes” tipli SİM kart almışdırsa, o “İş” tipli sertifikatları istədiyi zaman əlavə edə bilər.

Bu zaman aşağıdakı hallar nəzərə alınaraq ona “İş” tipli sertifikat verilir:

Şəxsin əvvəlcədən VÖEN-i olduğu halda (bir dəfə ASXM-ə müraciət edir):

  • Şəxs ASXM-ə müraciət edir
  • Sənədləri təqdim edir
  • RA sisteminə təmsil etdiyi şirkətin VÖEN-i daxil edilir
  • Müqavilə bağlanılır, “İş” sertifikatı generasiya olunur və kağız daşıyıcısında çap edilir. Sonra imzalanaraq və möhürlənərək İmza sahibinə verilir

 

Şəxsin VÖEN olmadığı halda (iki dəfə ASXM-ə müraciət edir):

  • Şəxs ASXM-ə müraciət edir
  • Sənədləri təqdim edir
  • Müqavilə bağlayır, “Şəxsi” sertifikatı alır
  • Sonra ya İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə “Şəxsi” kimi daxil olur və özünə onlayn formada VÖEN əldə edir və ya vergi orqanına ərizə ilə müraciət edərək VÖEN alır
  • Həmin şəxs təkrar ASXM-ə yaxınlaşır, ərizə verir, müqavilə bağlayır. Bu zaman  ona imzalanmış və möhürlənmiş “İş” sertifikatı verilir. Bundan sonra İmza sahibi, “İş” sertifikatı ilə  VÖEN-ilə bağlı bütün əməliyyatları apara bilər

 “İş” və ya “Dövlət və bələdiyyə” tipli sertifikat əldə etmək üçün müraciət etmiş şəxslərə əlavə olaraq “Şəxsi” tipli sertifikat da təqdim edilir. Şəxsin eyni Asan İmza SİM kartı üzrə yalnız bir ədəd “Şəxsi” tipli sertifikatı ola bilər. Yəni, əgər onun eyni Asan İmza SİM kartı üzrə əvvəl “Şəxsi” tipli sertifikatı varsa, ona ikinci “Şəxsi” tipli sertifikat verilmir. Lakin, həmin şəxsə digər Asan İmza SİM kartı üzrə ikinci “Şəxsi” tipli sertifikat verilə bilər. Beləliklə, şəxsə eyni Asan imza SİM kartı üzrə yalnız bir ədəd “Şəxsi” tipli sertifikat və qeyri-məhdud sayda “İş” və ya “Dövlət” tipli sertifikatları təqdim edilə bilər.

 

 

“Şəxsi” tipli sertifikatın təyinatı:

“Vətəndaş” tipli SİM kart alan şəxs, yalnız “Şəxsi” tipli sertifikat ala bilər. Bu sertifikatla yalnız vətəndaş statuslu əməliyyatlar aparılır:

  • Məsələn, İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsində Məktub,Sorgu, Təklif, Ərizə, Şikayət, Təşəkkür  göndərə bilər
  • Fiziki və yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatını edə bilər, lakin VÖEN aldıqdan sonra VÖEN ilə bağlı heç bir əməliyyatlar apara bilməz (məs: Bəyannamə, Vergi hesab-fakturası göndərmək və s.)

 

“İş” tipli sertifikatın təyinatı:

  • Vergi ödəyicisi olan fiziki şəxslər - Vətəndaşa məxsus əməliyyatlardan əlavə, VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir (məs: bəyannamə, VHF göndərə bilir, ƏDV-nin depozit hesabından köçürmələr edir və s.);
  • Vergi ödəyicisi olan fiziki şəxslərin  işçiləri - Vətəndaşa məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli ona verilmiş səlahiyyətlər  daxilində əməliyyatlar apara bilir;
  • Hüquqi şəxslərin rəhbərləri - Səlahiyyətləri daxilində həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir;
  • Hüquqi şəxslərin işçiləri - VÖEN-lə əlaqəli ona verilmiş səlahiyyətlər  daxilində əməliyyatlar apara bilir.

“Dövlət və bələdiyyə” tipli sertifikatın təyinatı:

Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanının işçiləri - Qurumla əlaqəli ona verilmiş səlahiyyətlər  daxilində əməliyyatlar apara bilir.

Sertifikat ilə bağlı aparılan əməliyyatlar

Sertifikatlar üzrə aşağıdakı əməliyyatlar aparılır:

  • Şəxsə yeni Sertifikatların verilməsi;
  • İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi (qüvvəsinin müvəqqəti dayandırılması, bərpa edilməsi, ləğv edilməsi);
  • İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi.

Sertifikatın verilməsi (Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması dair ərizənin qeydiyyatı) aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

  1. Şəxs, tələb olunan sənədlərlə və Asan İmza SİM kartı ilə ASXM-ə müraciət edir.
  2. Ərizəçinin sənədləri əsasında məlumatlar RA sistemində ərizə formasına daxil edilir və çap edilir (ərizə ərizəçi tərəfindən əvvəlcədən doldurularaq ASXM-ə təqdim edilə bilər). Ərizə ərizəçi tərəfindən imzalanmalıdır (Ərizə hüquqi şəxsin rəhbəri tərəfindən təqdim edildikdə ərizə möhürlə təsdiqlənməlidir).
  3. Məlumatlar daxil edildikdən sonra sistem tərəfindən məlumatlarla dolu ərizə forması hazırlanır. Ehtiyac olarsa, həmin ərizə forması kağız daşıyıcısında çap edilə bilər.
  4. Müqavilə sistem tərəfindən avtomatik generasiya olunur və 2 nüsxədə kağız daşıyıcısında çap edilir.
  5. Sertifikat generasiya olunur, 2 nüsxədə xüsusi blankda çap edilir.
  6. Sonra aktivləşdirilmə əməliyyatı yerinə yetririlir və Bildiriş çap olunur. Həmin andan Şəxs İmza sahibi olur.
  7. Tərəflər Ərizə, Müqavilə və Sertifikat sənədlərini imzalayırlar. Müqavilə və Sertifikat ASXM tərəfindən möhürlənir. Yalnız hüquqi şəxslər tərəfindən Ərizə möhürlənir (əgər nümayəndəsi müraciət edərsə, möhürə ehtiyac yoxdur, etibarnamədək möhür yetərlidir), digər hallarda isə Ərizə möhürlənmir.
  8. Şəxs təlimatlandırılır və barədə aşağıdakı jurnala imza atır:

  1. İmza sahibi Müqavilə, Sertifikat və Bildiriş sənədlərini alır və ASXM-i tərk edir.
  2. ASXM-in qeydiyyatçısı ərizəni, müqaviləni, sertifikatı və İmza sahibindən qəbul etdiyi səndələri  arxivləşdirmək üçün digər şəxsə təqdim edir (bu əməliyyatı özü də edə bilər).
  3. Həmin şəxs, İmza sahibinin bütün sənədlərini skan edir və sonra skan edilmiş faylları sistemə daxil edir (Ərizə - “Əsas sənəd” kimi, digərləri isə “Qoşma sənəd” kimi).

Qeyd:

1. Qeydiyyatçı sənədləri yoxlayarkən onların etibarlılıq müddətinə diqqət yetirməlidir.

2. Qeydiyyatçı Möhür məlumatlarının doldurulması zamanı (Biznes və Dövlət sertifikatlarda)  diqqətli olmalıdır. O təqdim olunmuş sənədlərə vurulmuş  möhür məlumatlarını Ərizədə yazılmış xüsusi qrafa ilə üzləşdirməlidir.

 

Sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi

Sertifikatın qüvvəsi ASXM tərəfindən aşağıdakı hallarda dayandırılır:

  • imza sahibi müraciət etdikdə;
  • qanunvericiliyə və ya müqaviləyə əsasən səlahiyyətli şəxsin (orqanın) müraciəti əsasında;
  • sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə Mərkəzin əsaslı şübhələri olduqda.

Sertifikatın qüvvəsinin dayandırılması barədə ASXM dərhal imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində müvafiq qeydiyyat aparır.

ASXM tərəfindən sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla bilməz. Əgər imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə şübhələr 48 saat ərzində aradan qalxmazsa, bu zaman  ASXM tərəfindən Sertifikatın qüvvəsi ləğv edilir, əks halda bərpa olunur.

Sertifikatın hüquqi qüvvəsi aşağıdakı hallarda bərpa edilir:

  • sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti və ya müraciət etmiş səlahiyyətli şəxsin (orqanın) icazəsi olduqda;
  •  ASXM tərəfindən görülmüş tədbirlər nəticəsində əsaslı şübhələr aradan qaldırıldıqda;
  • sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda.

Sertifikatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi üçün müraciətlər yazılı şəkildə edilməli və müvafiq sənədlərlə əsaslandırılmalıdır.

Sertifikatın ləğv edilməsi

Sertifikat aşağıdakı hallarda ASXM tərəfindən ləğv edilə bilər:

  • imza sahibinin müraciəti əsasında;
  • sertifikatın qüvvədə olma müddəti başa çatdıqda;
  • qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti əsasında;
  • imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;
  • sertifikatın verilməsi üçün ASXM-ə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda;
  • imza sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi ASXM-ə bəlli olduqda;
  • onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə;
  • imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya ASXM-lə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda;
  • istifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə;
  • qanunvericiliklə müəyyən edilmiş digər hallarda.

Sertifikatın qüvvəsinin ləğv edilməsi barədə ASXM imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində düzəlişlər barədə qeydiyyat aparır.

Sertifikat ləğv edildikdə bu sertifikatın bağlı olduğu SİM-kart üzrə göstərilən Asan imza xidməti də mobil operator tərəfindən ləğv edilir.

Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

 

İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi və İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi ərizələrinin qeydiyyatı

  • Ərizəçi  şəxsiyyətini təsdiq edən sənədlə  ASXM-ə müraciət edir və “İmza sahibi tərəfindən sertifikatın statusunun dəyişdirilməsi barədə” və ya “İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə” müvafiq nümunəvi ərizə formasını doldurur.
  • ASXM-in səlahiyyətli şəxsi tərəfindən Ərizəçinin tələb olunan sənədlərinin düzgünlüyü yoxlanılır. Sənədlərdə nöqsan aşkar olunduqda onların qəbulundan imtina edilir. Ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, ərizəyə etibarnamə əlavə edilməlidir. Dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə orqanın rəhbərinin bu barədə qərarı əlavə edilməlidir.
  • Ərizəçinin sənədləri əsasında məlumatlar RA sistemində ərizə formasına daxil edilir. Həmin andan müvafiq ərizə növündən asılı olaraq sertifikatın statusu dəyişdirilir (ləğv, dayandırma, bərpa) və ya ilkin ərizə məlumatlarında dəyişiklik edilir.
  • Ərizənin icra olunması barədə Bildiriş çap olunaraq Ərizəçiyə təqdim olunur.
  • Sonra Ərizəçi ASXM-i tərk edir.
  • Ərizəçinin ASXM-ə təqdim etdiyi sənədlər ASXM-in səlahiyyətli şəxsi tərəfindən qovluğa əlavə edilərək arxivləşdirilmək üçün digər işçiyə təqdim edilir. Digər işçi tərəfindən sənədlər skan edilərək sistemə daxil edir.
  • Sənədlərin əsli hər iş gününün sonunda arxivə təhvil verilir.

 

Sistemə autentifikasiya olmaq

İstifadəçi şəxsiyyətini təsiq edərək onlayn xidmətlərə daxil olmaq üçün aşağıdakı autentifikasiya üsullarından birini seçə bilər:

  • Asan İmza (Mobil İmza)
  • ASXM VN Rəqəmsal İD - yaxın zamanlarda
  • RYTN "e-İmza" kartı

Asan İmza (Mobil İmza) vasitəsilə sistemə autentifikasiya olmaq

Asan İmza vasitəsilə sistemə autentifikasiya olmaq üçün Asan İmza SİM kartının nömrəsini “Mobil” sahəsinə, “İstifadəçi İD” nömrəsini eyni adlı sahəyə daxil edib müvafiq “Bölmə”-ni seçərək Daxil ol düyməsini basmaq lazımdır.

İstifadəçinin telefonuna 4 rəqəmli Yoxlama kodu göndərilir. Eyni zamanda həmin kod aşağıdakı şəkildə göründüyü kimi istifadəçinin kompüterinin monitorunda da əks olunur:

İstifadəçi telefonundakı kodla kompüterindəki kodların eyniliyini gördükdə sistemə autentifikasiya olmaq telefonunda Asan İmza PİN 1 kodunu yığmalıdır.

Bundan sonra o, onlayn xidmətlərə daxil olur.

Asan İmza vasitəsilə autentifikasiya oluma əməliyyatı aşağıdakı şəkildə sxematik təsvir edilmişdir:

 

 

RYTN "e-İmza" kartı vasitəsilə sistemə autentifikasiya olmaq

RYTN "e-İmza" kartı vasitəsilə sistemə autentifikasiya olmaq üçün “Bölmə” siyahısından müvafiq onlayn xidmət seçilir ("Onalyn kargüzarlıq və e-VHF" və ya "E-Bəyannamə, ƏDV-DH və ŞHV") və Daxil ol düyməsi basılır. Nümunə üçün "Onalyn kargüzarlıq və e-VHF" bölməsi seçilmişdir.

Ekrana kart oxuyucunun (card reader) kompüterə qoşulu olub-olmaması barədə məlumat çıxır.

Kart oxuyucunun proqram təminatı (drayveri) kompüterə qurulmuşdursa və həmçinin həmin qurğu "e-İmza" kartı ilə birlikdə kompüterə qoşulmuşdursa, istifadəçi Bəli düyməsini basmalıdır.

Sonra istifadəçi "e-İmza" kartının PİN kodunu daxil edir və OK düyməsini basır.

Növbəti pəncərə ekrana çıxdıqda OK düyməsi basılır. Bu pəncərənin sonralar təkrar çıxmaması üçün "Remember this dicision" (Qərarı yadda saxla) ifadəsinin qarşısındakı işarəni götürmək lazımdır.

 

Bundan sonra istifadəçi, onlayn xidmətlərə daxil olur.

 

Sənədlərin imzalanması

İnternet Vergi İdarəsi portalının elektron xidmətlər bölməsində sənədlərin göndərilməsi zamanı hazırlanan sənədlər onlayn imzalanır (Asan İmza və ya ASXM VN Rəqəmsal İD kartı vasitəsilə).

MS Word, MS Exel, Adobe Acrobat və s. tipli əlavə olunan (attach) sənəd faylları isə AsanDoc (Asan İmza vasitəsilə) və ya "e-İmzalayıcı" (RYTN "e-İmza" kartı vasitəsilə) proqramları vasitəsilə imzalanaraq göndərilə bilər.

İstifadəçi kodu, parol, şifrə ilə sistemə daxil olduqda sənədlərin imzalanması yerinə yetirilmir.

 

Asan İmza (Mobil İmza)

Asan İmza (Mobil İmza) vasitəsilə sənədlərin imzalanması üçün aşağıdakı pəncərədən istifadə olunur (bu pəncərə elektron xidmətlərlə işləyən zaman sənədin imzaya göndərilməsi zamanı ekrana çıxır).

İstifadəçi mobil telefonun nömrəsini və istifadəçi İD-sini daxil edir və Qəbul düyməsini basır.

Sistem tərəfindən istifadəçinin mobil telefonuna, aşağıdakı şəkildə göründüyü kimi, 4 rəqəmli Yoxlama kodu göndərilir.

İstifadəçi telefonunda həmin kodu gördükdə onu təsdiqləyir, fərqli kod gördükdə isə ondan imtina edir. 

Təsdiq əməliyyatından sonra Asan İmza PİN 2 kodu daxil edilir.

Bununla, sənədin Asan İmza vasitəsilə onlayn elektron imzalanma əməliyyatı başa çatır.

 

VN ASXM Rəqəmsal İD kartı

Sənədlərin bu kart vasitəsilə imzalanması zamanı istifadəçidən kartın PİN kodunun daxil edilməsi tələb olunur.

Yaxın zamanlarda istifadəyə veriləcək.

 

“AsanDoc client” proqramı

AsanDoc proqramı sənəd fayllarının imzalanması üçün istifadə olunur. Bu zaman internet bağlantısı olmalıdır. Çünki, imzalanma anında proqram ASXM-ə müraciət edir və sertifikatı yoxlayır. Həmin proqram istifadəçinin kompüterinə əvvəlcədən qurulmalıdır. Proqram barədə daha ətraflı məlumatı www.asanimza.az saytınından əldə etmək olar. Saytın AsanDOC bölməsindən həmin proqramı endirmək mümkündür.
AsanDoc proqramı istifadəçinin kompüterinə qurulduqda işçi masasında aşağıdakı “shortcut” yaranır.


Onun üzərinə klik etdikdə AsanDoc proqramı yüklənir.

 

RYTN “e-İmzalayici” proqramı


e-İmzalayıcı proqramı vasitəsilə sənədləri imzalamaq üçün əvvəlcə Kart oxuyucu qurğunun drayveri və proqramın özü istifadəçinin kompüterinə qurulmalıdır. İstifadəçi həmin proqram təminatlarını və onun təlimatını “www.e-imza.az ” saytından endirə bilər.
Sənədləri imzalamaq üçün “e-İmza” kartı Kart oxuyucu qurğuya daxil edilir.

Sonra “e-İmzalayıcı” proqram yerinə yetirilir. Bu proqram vasitəsilə sənədin imzalanması barədə istifadəçi təlimata buradan baxa bilərsiniz.

 

Elektron xidmətlərə daxil olma (Login)

“Asan İmza” bölməsi

Sistemə daxil olmaq üçün İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır və “Asan İmza” bölməsi seçilir:

 

Aşağıdakı məlumatlar daxil edilir:

  • Asan İmza (Mobil İmza) SİM kartının nömrəsi
  • “İstifadəçi İD” nömrəsi (6 rəqəmli)
  • müvafiq xidmət bölməsi seçilir.

Sonra Daxil ol düyməsi basılır.

İstifadəçinin mobil telefonuna Yoxlama kodu göndərilir. O, telefonunda həmin Yoxlama kodunu gördükdə Ok düyməsini basır və sonra  Asan İmza PİN 1 kodunu daxil edir.

İstifadəçi sistemə ilk dəfə daxil olarsa aşağıdakı pəncərə ekrana çıxır (növbəti dəfələrdə bu pəncərə ekrana çıxmır):

Yuxarıdakı pəncərədə "Hüquqi ünvan" bölməsinin məlumatları daxil edilir. (Faks olmasa "0" yazmalı).

Əgər istifadəçinin "Faktiki ünvün"ı "Hüquqi ünvan"dan fərqlidirsə, "Hal-hazırda yaşadığım (faktiki) ünvan bu ünvandan fərqlidir" ifadəsi qarşısına işarə qoymaq lazımdır və istifadəçinin "Faktiki ünvün"ı daxil edilməlidir. Əks halda, "Faktiki ünvün"ı daxil etmək tələb olunmur.

Sonra "Digər məlumatlar" bölmələsinin məlumatları daxil edilir (mobil nömrə və e-mail rekvizitlərinin daxil edilməsi məcburidir).

Sonda Qəbul düyməsi basılır.

Nəticədə aşağıdakı pəncərə ekrana çıxır və istifadəçi vətəndaş kimi sistemə daxil olur:

Bundan sonra vətəndaş ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir (məs. Məktub göndərə bilir, Fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçə bilir və s.)

 

“e-İMZA” bölməsi

Bu bölmə vasitəsilə sistemə daxil olmaq üçün aşağıdakı variantlardan biri seçilir:

  • VN ASXM Rəqəmsal İD kartı - bu kart Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilir;
  • RYTN “e-İmza” kartı - bu kart Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin MHM-i tərəfindən verilir.

Həmin kartlardan birini Kart oxuyucu qurğuya ("card reader") daxil edib aşağıdakı şəkildə göstərilən bölmələrdən birini seçib Daxil ol düyməsini basmaq lazımdır. (Kart oxuyucu qurğunun drayveri əvvəlcədən kompüterə qurulu olmalıdır).

 

“İstifadəçi kodu, parol, şifrə” bölməsi

İstifadəçi koduna, parol və şifrəyə malik vergi ödəyiciləri bu login qaydasından istifadə edə bilərlər. Bu metodla sistemə daxil olmaq, təhlükəsizlik tələblərinə və müasir beynəlxalq standartlara cavab vermədiyindən yaxın zamanlarda ondan imtina edilməsi nəzərdə tutulur.

 

İstifadəçinin təmsil olunduğu subyektlərin idarə edilməsi

Ekranın yuxarı sağ hissəsində yerləşən “Təmsil etdiyiniz subyekt” adlı siyahıda aşağıdakı bəndlər ola bilər:

  • Vətəndaş – istifadəçi bu bəndi seçdikdə “Şəxsi (vətəndaş)” tipli sertifikatla sistemə daxil olur.
  • VÖEN (F/ş) Fiziki şəxsin adı – istifadəçi “Fiziki şəxs” kimi qeydiyyatdan keçmişdirsə, onun adı bu siyahıda görünür. Əgər istifadəçiyə, digər Fiziki şəxs tərəfindən müəyyən əməliyyatlar aparmaq üçün səlahiyyətlər verilmişdirsə, onun adı da bu siyahıda görünəcək.
  • VÖEN (H/ş) “Hüquqi şəxsin adı” – istifadəçi “Hüquqi şəxs” kimi qeydiyyatdan keçmişdirsə, onun adı bu siyahıda görünür. Əgər istifadəçiyə, digər Hüquqi şəxs tərəfindən müəyyən əməliyyatlar aparmaq üçün səlahiyyətlər verilmişdirsə, onun adı da bu siyahıda görünəcək.

Yuxarıda qeyd olunanları aşağıdakı nümunə üzərində şərh edək:

Burada,
1” - istifadəçinin FIN kodunu, soyadını, adını və atasının adını göstərir.
2” – istifadəçinin “Şəxsi (vətəndaş)” tipli sertifikatla sistemə olduğunu göstərir. Bu bənd seçildikdə, idarəedici paneldə yalnız “Onlayn kargüzarlıq” bölməsi görünəcək.


3” – istifadəçi bu bəndi seçdikdə hüquqi şəxsin işçisi kimi rəhbəri tərəfindən ona verilmiş səlahiyyətlərə uyğun əməliyyatlar apara bilər. Bu zaman idarəedici paneldə əlavə olaraq "Elektron VHF" bölməsi görünür. Səlahiyyətlərin siyahısının görünməsi üçün ən əvvəl işçinin təmsil etdiyi subyektə uyğun "İş (biznes)" və ya "Dövlət" sertifikatı olmalıdır. Rəhbər tərəfindən işçiyə səlahiyyətlər işçi sertifikat almamışdan əvvəl də verilə bilər. Lakin bu halda işçi müvafiq sertifikat alanadək "Təmsil etdiyiniz subyekt" siyahısında işçinin təmsil etdiyi subyektinin adı görünməyəcək. İşçi ASXM-dən həmin təmsil etdiyi subyektə uyğun sertifikat alan kimi rəhbəri tərəfindən ona verilmiş səlahiyyətlərin siyahısı görünəcək.

Rəhbər tərəfindən işçiyə verilmiş səlahiyyətlərin siyahısına baxmaq üçün Səlahiyyətlər adlı link üzərinə vurmaq lazımdır.

 

4” – istifadəçi bu bəndi seçdikdə fiziki şəxsin işçisi kimi rəhbəri tərəfindən ona verilmiş səlahiyyətlərə uyğun əməliyyatlar apara bilir. Fiziki şəxsin rəhbər tərəfindən işçiyə verilmiş səlahiyyətlərin siyahısına baxmaq üçün Səlahiyyətlər linki basılır.

5” – istifadəçi bu bəndi seçdikdə fiziki şəxs (rəhbər) kimi tabeçiliyində olan digər işçilərə səlahiyyətlər verə bilir. Bu zaman ekranda “İdaretmə səhifəsi” adlı panel görünür. Səlahiyyətlərin idarə olunması bu panel vasitəsilə yerinə yetirilir. İşçidən fərqli olaraq rəhbər ekranında Səlahiyyətlər adlı link olmur.

 

Yuxarıda qeyd edilənlər hüquqi şəxsin rəhbərinə də aiddir.

 

İdarəetmə səhifəsi (səlahiyyətlərin idarə edilməsi)

İnternet Vergi İdarəsində Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan istifadə etmək üçün aşağıdakılar yerinə yetirilməlidir:

  • Rəhbər şəxs (hüquqi və ya fiziki) və “səlahiyyət verilən şəxslər” (işçilər) Asan İmza kartına (“biznes” və ya “dövlət” tipli) və Sertifikata (“iş” və ya “dövlət” tipli) malik olmalıdırlar;
  • Sonra Rəhbər şəxs, “səlahiyyət verilən şəxslər”ə səlahiyyətlər verməlidir. Bunun üçün o, İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinin İdarəertmə səhifəsi vasitəsilə həmin şəxslərə səlahiyyətlər verməlidir. Bu səhifə yalnız “iş” və ya “dövlət” tipli sertifikatlar ilə daxil olduqda görünür. Yəni, “şəxsi (vətəndaş)” tipli setifikatla giriş zamanı İdarəertmə səhifəsi görünmür.
  • Bundan sonra “səlahiyyət verilən şəxslər” Rəhbər tərəfindən ona verilən səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilərlər.

İdarəertmə səhifəsi istifadəçilərə onlayn xidmətlərdən istifadə etmək üçün müəyyən səlahiyyətlərin verilməsi üçün nəzərdə tutulur.

Hər bir fiziki və ya hüquqi şəxs öz tabeçiliyində olan digər şəxslərə onlayn xidmətlər üzrə iş bölgüsünü təşkil etmək üçün bu səhifədən yararlana bilərlər.

İdarəetmə səhifəsinin görünüşü aşağıdakı kimidir:

Sol tərəfdə səlahiyyətlərin idarəedilməsi menyusu görünür:

  • İstifadəçilərin səlahiyyətlərinə baxış
  • İstifadəçilərə səlahiyyətlərin verilməsi
  • İstifadəçilərin səlahiyyətlərinin alınması

İstifadəçilərin səlahiyyətlərinə baxış

İstifadəçilərin səlahiyyətlərinə baxmaq üçün eyni adlı menyu seçilir. Səlahiyyətlərinə baxılacaq şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu daxil edilir və yanındakı “...” düyməsi basılır. Nəticədə həmin şəxsə verilmiş səlahiyyətlərin siyahısı alt sahədə görünür.

Əgər, həmin şəxsə səlahiyyətlər verilməmişdirsə, onda aşağıdakı şəkildə göründüyü kimi, onun yalnız adı ekrana çıxacaq və Səlahiyyətlər bölməsi isə böş görünəcək.

 

İstifadəçilərə səlahiyyətlərin verilməsi

İstifadəçilərə səlahiyyətlərin verilməsi üçün eyni adlı menyu seçilir. Səlahiyyətlər veriləcək şəxsin FİN kodu daxil edilir və yanındakı “...” düyməsi basılır. Nəticədə sistemdə mövcud olan bütün səlahiyyətlərin siyahısı alt sahədə əks olunacaq. İstifadəçi siyahıdan həmin şəxsə veriləcək Səlahiyyətləri qeyd edir və sonda İrəli düyməsini basır.

Ekrana xəbərdarlıq üçün seçilmiş səlahiyyətlərin siyahısı çıxacaq. İstifadəçi seçdiyi siyahının doğruluğuna əmin olduqda Qəbul düyməsini basır.

Növbəti  pəncərədə imzalama əməliyyatı gəlir. 

İstifadəçi, mobil telefonun nömrəsini və istifadəçi İD-sini daxil edir və Qəbul düyməsini basır.

Sistem tərəfindən istifadəçinin mobil telefonuna Yoxlama kodu göndərilir. O, telefonunda həmin Yoxlama kodunu gördükdə Ok düyməsini basır və sonra  Asan İmza PİN 2 kodunu daxil edir.

Nəticədə, həmin istifadəçiyə sistem tərəfindən qeyd edilən səlahiyyətlər veriləcək və bu barədə ekrana məlumat xarakterli mesaj çıxacaq.

Bundan sonra, səlahiyyətlər verilmiş həmin istifadəçi İnternet Vergi İdarəsinin Asan İmza bölməsi vasitəsilə sistemə daxil olaraq, yalnız ona həvalə edilmiş səlahiyyətlərə uyğun müvafiq əməliyyatlar apara biləcək.

 

İstifadəçilərin səlahiyyətlərinin alınması

İstifadəçilərdən səlahiyyətlərin alınması üçün eyni adlı menyu seçilir. Səlahiyyətləri alınacaq şəxsin FİN kodu daxil edilir və yanındakı “...” düyməsi basılır. Nəticədə həmin şəxsə təhkim olunmuş səlahiyyətlərin siyahısı alt sahədə əks olunacaq. İstifadəçi həmin siyahıdan Səlahiyyətlərin müvafiq olanının qarşısındakı xananın işarəsini ləğv edib İrəli düyməsini basır.

Ekrana xəbərdarlıq məqsədilə növbəti pəncərə çıxacaq. İstifadəçi seçdiyi siyahının doğruluğuna əmin olduqda Qəbul düyməsini basır.

Ekrana imzalanma pəncərəsi gəlir. İmzalanma əməliyyatı yuxarıda qeyd edilmişdir. Əməliyyatın sonunda səlahiyyətlərin ləğv olunması barədə məlumat ekrana çıxacaq.
Bundan sonra, həmin şəxs, ondan alınmış səlahiyyətlər üzrə əməliyyatlar apara bilməyəcək.

Səlahiyyətlərin alınması və verilməsi barədə bildirişlər

Rəhbər şəxs tərəfindən öz işçisinə Səlahiyyətlər verildikdə və ya alındıqda bu barədə onun Göndərdiklərim qovluğuna müvafiq olaraq “İstifadəçilərə hüquqların verilməsi ilə bağlı” və ya “İstifadəçilərdən hüquqların alınması ilə bağlı” məktublar göndərilir. Bu tip məktublar eyni zamanda İşçinin Gələnlər qovluğuna da  göndərilir.

 

Bildirişin məzmununa baxmaq üçün sətir üzərinə klik etmək lazımdır.

 

 

İstifadəçinin kompüterinə Asan DOC Client proqramı qurulu olmalıdır. Şəkildə göstərilən linki tıkladıqda aşağıdakı pəncərə görünür:

 

 

OK düyməsini basdıqda bildirış faylı AsanDoc Client proqramı vasitəsilə açılır:

 

 

Şəkildə göstərilən faylın üzərinə klik etdikdə bildirişin məzmunu ekranda əks olunur. Aşağıdakı nümunədə Şəxsə verilmiş səlahiyyətlərin siyahısı göstərilmişdir:

 

 

Elektron xidmətlərə e-imzanın tətbiqi

Vergilər Nazirliyinə imzalanmış məktub, sorğu, şikayət, təklif, təşəkkür göndərilməsi

Vergilər Nazirliyinin struktur bölməsinə məktub, sorğu, şikayət, təklif, təşəkkür göndərmək üçün Yeni müraciət düyməsi basılır. “Kimə” qrafasında Vergilər Nazirliyinin struktur bölməsi seçilir. “Müraciətin növü” qrafasında isə Məktub, Sorğu, Şikayət, Təklif, Təşəkkür bəndlərindən müvafiq olanı seçilir və Qəbul düyməsi basılır. Sonra cədvəldə qeyd edilən məlumatlar aşağıdakı elektron formaya doldurulur:

Rekvizitin adı

Məzmunu

Qeyd

Vergi orqanı

Sənədin ünvanlandığı vergi orqanının adı siyahıdan seçilir

 

Başlıq (mövzu)

Sənədin məzmunu və ya təyinatı  barədə qısa başlığı

 

“Qoşma faylı əlavə et” keçidi

Sənədə əlavə ediləcək qoşma sənəd varsa, həmin fayl əlavə  edilir

 

Başlıq

Qoşma sənədin qısa adı

Eyni adlı faylı təkrar daxil etmək mümkün deyildir, əks halda “Qoşma məlumatlarını düzgün daxil edin” mesajı ekrana çıxır. Bir neçə qoşma fayl əlavə edilə bilər. Əlavə edilmiş faylların formatı ixtiyari ola bilər (doc, pdf və s.), lakin ümumi əlavə edilmiş faylların toplam həcmi 5 mb-dən çox olmamalıdır.

Qoşma

Axtar düyməsini basmaqla, qoşma fayl axtarılaraq əlavə edilir

Qoşma faylı əlavə et” keçidi basıldıqda ekranda görünür.

Boş sahəyə

Sənədin qısa məzmunu daxil edilir

 

Sənədin cavabının alınma forması

Sənədin cavabının alınma forması seçilir (“Bu ünvana gəlsin”,  “Kağız formada poçtla”)

 

İmza (soyadı, adı, atasının adı)

Bu rekvizitin daxil edilməsi məcburidir

 

Vəzifəsi

Sənədi göndərən şəxsin vəzifəsi daxil edilir

 

Sonda İrəli düyməsi basılır.

Ekrana sənədin təsdiq olunması barədə məlumat çıxır.
İstifadəçi sənədi təsdiq etmək üçün “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsini qeyd edir. Bu zaman İmzala və göndər düyməsi aktivləşir.


Növbəti imzalama mərhələsi gəlir:

İstifadəçi mobil telefonun nömrəsini və istifadəçi İD-sini daxil edir və Qəbul düyməsini basır.
Sistem tərəfindən istifadəçinin mobil telefonuna Yoxlama kodu göndərilir. O, telefonunda həmin Yoxlama kodunu gördükdə Ok düyməsini basır və sonra  Asan İmza PİN 2 kodunu daxil edir.
Nəticədə istifadəçinin göndərdiyi sənəd imzalanılır və sənədin Vergilər Nazirliyinə göndərilməsi barədə Bildiriş ekrana çıxır.

Bildirişi çap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrdən biri basılır. Sənədin sürəti isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.

 

Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi (Asan İmza)

Vətəndaşın vergi uçotuna alınması üçün ilk öncə onun Asan İmza "Şəxsi(vətəndaş" tipli sertifikatı olmalıdır.

Bundan sonra o, İnternet Vergi İdrarəsinin "Asan İmza" bölməsi vasitəsilə sistemə daxil olur. Bu barədə məlumat əldə etmək üçün bu link üzərinə klik edə bilərsiniz..

İstifadəçi (vətəndaş) fiziki şəxs kimi yalnız bir dəfə qeydiyyat oluna bilər. Bunun üçün Yeni müraciət düyməsi basılır. Müraciətin növü bölməsində Ərizə, Sənədin növü bölməsində Fiziki şəxsin onlayn qeydiyyatı seçilir və Qəbul düyməsi basılır.

İstifadəçi həmin ekranda aşağıdakı məlumatları daxil edir və sonda İrəli düyməsini basır:

a) Poçt əlaqəsinin aparılacağı hüquqi və ya faktiki ünvanlardan birini seçir.

b) Fəaliyyət sahəsinin kodunu daxil edir və Əlavə et düyməsini basır. Bu zaman fəaliyyət sahəsinin məlumatları alt cədvələ düşür.

c) Əvvəlki 9 rəqəmli VÖEN-i varsa onu daxil edir və yoxlamaq üçün Yoxla düyməsini basır.

d) Mükəlləfiyyəti seçir: Əlavə dəyər vergisi (ƏDV), Fiziki şəxslərin gəlir vergisi, Sadələşdirilmiş vergi.

Növbəti pəncərədə əgər daxil edilmiş məlumatlar doğrudursa, “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsini şarələmək lazımdır. Bu zaman İmzala və göndər düyməsi aktivləşir.

 

İmzala və göndər düyməsi sıxılır və imzalama mərhələsi ekrana gəlir. Asan İmza vasitəsilə sənədin imzalanması barədə tanış olmaq üçün bu link üzərinə klik edin.


Nəticədə fiziki şəxsin onlayn qeydiyyat ərizəsi istifadəçi (vətəndaş) tərəfindən imzalanılır və sənədin Vergilər Nazirliyinə göndərilməsi barədə Bildiriş ekrana çıxır.

Bildirişi çap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrdən biri basılır.

Sənədin sürəti isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür. Göndərilən sənədə baxmaq üçün həmin qovluqda sənədi tapıb üzərinə klik etdikdə növbəti pəncərə açılır:

OK düyməsini sıxdıqda göndərilən sənəd ekranda əks olunur.

Fiziki şəxsin vergi uçotuna alınması barədə Şəhadətnaməsi isə istifadəçinin Asan İmza "Şəxsi (vətəndaş)"Asan İmza "İş(biznes)" e-Qutularının Gələnlər qovluğuna göndərilir.

Bundan sonra VÖEN almış fərdi sahibkar Asan İmza "İş(biznes)" e-Qutusundan istifadə etmək üçün Vergilər Nazirliyinin ASXM-nə müraciət edərək Asan İmza "İş(bizbes)" tipli sertifikat almalıdır.

Əvvələ qayıtmaq

 

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli qeydiyyat) - Asan İmza vasitəsilə

Yerli investisiyalı hüquqi şəxsin sürətli qeydiyyatı üçün aşağıdakı şəkildə göstərilən düymələr ardıcıl basılır: “H/Ş elektron qeydiyyatı” -> “Sürətli qeydiyyat ərizəsi”.

Bu pəncərəyə Yeni müraciət düyməsini basmaqla və Ərizə növü olaraq “Yerli investisiyalı hüquqi şəxsin sürətli qeydiyyat ərizəsi”ni seçməklə də keçmək olar.


Sonra ekrana aşağıdakı “Ərizənin hazırlanması” bölməsi açılır:

Dəyiş düyməsi ilə hüquqi şəxsin şəxsi məlumatlarında dəyişiklik edilir (əgər ehtiyac olarsa).
İstifadəçi tərəfindən Fəaliyyət kodu daxil edilir və yanındakı “...” düyməsi basılır.
Sistem tərəfindən Fəaliyyət sahəsinin adı sağda yerləşən xanaya çıxarılır.
Sonda İrəli düyməsi basılır.
Nəticədə sistem tərəfindən istifadəçinin elektron Ərizəsi, Nizamnaməsi və Qərarı avtomatik hazırlanır.

İstifadəçi İmzala və göndər düyməsini sıxır. Bu zaman Ərizənin, NizamnaməninQərarın eyni zamanda imzalanması pəncərə ekrana gəlir. Asan İmza vasitəsilə sənədin imzalanması barədə tanış olmaq üçün bu link üzərinə klik edin.


Nəticədə sənədlər istifadəçi (vətəndaş) tərəfindən imzalanılır və sənədin Vergilər Nazirliyinə göndərilməsi barədə aşağıdakı Bildiriş məlumatı ekrana çıxır.

Bildirişi çap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrindən biri basılır. Sənədin sürəti isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.


Göndərdiklərim qovluğunda həmin sənədlərə baxmaq üçün ilk öncə istifadəçinin kompüterinə AsanDoc proqramı qurulmalıdır. Həmin proqramı www.asanimza.az saytından endirmək olar.

Əvvələ qayıtmaq

 

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (adi qeydiyyat) - Asan İmza vasitəsilə

Yerli investisiyalı hüquqi şəxsin qeydiyyatı  aşağıdakı variantlardan biri vasitəsilə həyata keçirilir:

Asan İmza vasitəsilə qeydiyyat üçün İnternet Vergi İdarəsinin onlayn xidmətlər bölməsinə daxil olaraq aşağıda göstərildiyi kimi "Asan İmza" bölməsini seçmək lazımdır.

Sonra Asan İmza telefonun nömrəsi, istifadəçi İD-si və "Onlayn Kargüzarlıq və e-VHF" bölməsi seçilir və Daxil ol düyməsi basılır. Nəticədə kompüterin ekranına və istifadəçinin Asan İmza telefonuna "Yoxlama kodu" göndərilir.

 

Sistemə daxil olmaq üçün istifadəçi tərəfindən "Asan İmza PİN 1" kodu yığılır.

Sonra "H/Ş elektron qeydiyyatı" -> "Adi qeydiyyat ərizəsi" düymələri ardıcıl basılır ("Yeni müraciət" düyməsini basmaqla Ərizə növü olaraq "Yerli investisiyalı hüquqi şəxsin adi qeydiyyatı" ərizəsini seçməklə də bu əməliyyatı etmək mümkündür).

 

 


Ekrana “Ərizənin hazırlanması” bölməsi açılır.

Hüquqi şəxslər, fiziki (vətəndaş) və ya digər hüquqi şəxs tərəfindən yaradıla bilər. Bunun üçün "Təmsil etdiyiniz subyekt" bölməsindən müvafiq şəxs seçilir (aşağıda nümunə üçün "Vətəndaş" seçilmişdir).

 

 

Yaradılacaq "Cəmiyyətin adı" daxil edilir və yanındakı "..." düyməsi basılır.

Sistem tərəfindən daxil edilmiş adın olub-olmaması yoxlanılır. Əgər belə ad sistemdə yoxdursa, yuxarıdakı şəkildə göstərilən məlumat ekrana çıxır və Bağla düyməsi basılır. Əks halda, hüquqi şəxsin qeydiyyatı mümkün olmur.

Sonra "Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı" bölməsi və "Təsisçilərin ümumi sayı" daxil edilir.

Əgər təsisçi hüquqi şəxsdirsə, onun barədə məlumatlar "Təsisçi hüquqi şəxslərin məlumatları" bölməsi vasitəsilə daxil edilir (daxil etmək üçün həmin bölmədə "Əlavə et" düyməsi basılır).

Əgər təsisçi fiziki şəxsdirsə, onun barədə məlumatlar "Təsisçi fiziki şəxslərin məlumatları" bölməsi vasitəsilə daxil edilir (aşağıdakı nümunədə "Əlavə et" düyməsi basılmışdır).

 

Aşağıdakı pəncərə vasitəsilə ekranda göstərünən digər məlumatlar daxil edilir (Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı, Cəmiyyətin idarəetmə orqanı barədə məlumatlar və s.).

 

 

Məlumatlar tam daxil edildikdən sonra İrəli düyməsi basılır.

Bundan sonra sistem tərəfindən "Ərizə", "Nizanmamə" və "Qərar" sənədləri avtomatik generasiya olunur.

Aşağıdakı şəkildə yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyat olunması barədə "Ərizə"si göstərilir:

 

Növbəti şəkildə yeni yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin "Nizamnamə"si göstərilir:

 

 

Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi haqqında "Qərar" aşağıda göstərilir:

 

 

Sonra hər 3 sənədi imzalamaq üçün "İmzalayacaq şəxslər" düyməsi sıxılır (əgər belə şəxslər varsa). Əks halda, "İmzala və göndər" düymısi basılır.

Aşağıdakı şəkildə "İzalayacaq şəxslər" pəncərəsi göstərilmişdir. Bu pəncərə vasitəsilə fiziki şəxslər FİN kod vasitəsilə, hüquqi şəxslər isə VÖEN vasitəsilə alt cədvələ əlavə edilir.

 

Sonda Qəbul düyməsi basılır.

Nəticədə yuxarıdakı cədvələ əlavə edilmiş imzalayacaq şəxslərin hər birinin Onlayn Kargüzarlığının İmzalanacaqlar qovluğuna yeni sətir əlavə olunur. Həmin sətrə sistem tərəfindən müvəqqəti kargüzarlıq nömrəsi verilir.

Hər bir şəxs bu qovluğa daxil olub aşağıdakı imzalama əməliyyatını etməlidir.

 

İmzalama əməliyyatı etmək üçün həmin sətir üzərinə klik etmək lazımdır. Bu zaman ekrana "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələri" pəncərəsi açılır:

 

 

İmzala düyməsi sıxılır. Aşağıdakı şəkildə göstərildiyi kimi, Asan İmza telefonunun nömrəsi, istifadəçi İD-si daxil edilir və Qəbul düyməsi basılır.

İstifadəçinin kompüterinin monitoruna və Asan İmza telefonuna "Yoxlama kodu" göndərilir. Əgər yoxlama kodları eynidirsə, "Asan İmza PİN 2" yığılır. Nəticədə sənəd imzalanılır.

 

 

Bütün şəxslər tərəfindən imzalama əməliyyatı başa çatdıqdan sonra yuxarıda göstərilən Göndər düyməsi basılır.

Ekrana elektron ərizənin qəbul edilməsi barədə "TƏSDİQETMƏ BİLDİRİŞİ" çıxır:

 

 

İstifadəçi Bağla və ya Çap düymələrindən birini sıxır.

Sənədlər göndərildikdə ona 16 nömrəli kargüzarlıq nömrəsi verilir və bu barədə istifadəçinin Göndəriklərim qovluğuna yeni sətir əlavə olunur.

 

 

Göndərdiklərim qovluğunda həmin sənədlərə (Ərizəyə, Nizamnaməyə, Qərara) baxmaq mümkündür. Bunun üçün ilk öncə istifadəçinin kompüterinə AsanDoc proqramı qurulmalıdır. Həmin proqramı www.asanimza.az saytından endirmək olar.

Əvvələ qayıtmaq

 

Elektron vergi hesab-fakturasının göndərilməsi

Elektron vergi hesab-fakturasını (EVHF) onlayn hazırlayıb elektron imzalayaraq göndərmək üçün Virtual Ödəyici Xidmətinin “Elektron e-VHF” bölməsinə daxil olmaq lazımdır:

Sonra Yeni Faktura düyməsi basılır və VHF məlumatları daxil edilir.

EVHF məlumatlarını daxil edib Fakturanı İmzala və Göndər düyməsini basdıqda növbəti pəncərə ekrana gəlir:

İstifadəçi imzalama əməliyyatını yerinə yetirdikdən sonra, həmin fakturaya sistem tərəfindən seriya və nömrə verilir və bu barədə məlumat ekrana çıxır:

İstifadəçi tərəfindən Bağla düyməsi basıldıqda həmin EVHF, qarşı vergi ödəyicisinə göndərilir və göndərilmə barədə məlumatlar isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.

Göndərilən EVHF üzərinə klik edildikdə, faktura məlumatları ekranda əks olunur:

Elektron imzalanmış, həmin VHF-yə baxmaq üçün “Faktura” adlı link (keçid) üzərinə klik etmək lazımdır.

Əgər EVHF ləğv edilmişdirsə, fakturadan əlavə, fakturanın ləğv olunması barədə imzalanmış məlumatlara baxmaq olar (aşağıdakı şəkilə bax).

Əgər EVHF elektron imzalanmamışdırsa (istifadəçi adı, parol, şifrə ilə sistemə daxil olaraq göndərilən EVHF-lər nəzərdə tutulur) faktura məlumatlarının üst hissəsində yuxarıda göstərildiyi kimi linklər (keçidlər) olmur. Yalnız imzalanmış sənədlərdə belə linklər görünür.

 

Elektron vergi hesab-fakturasının eFP vasitəsilə hazırlanması və göndərilməsi

eFP proqramı vasitəsilə elektron vergi hesab-fakturaları paketlədikdən sonra yaranmış paket faylının formatı "zip" tipli olur.

EVHF-ləri qarşı vergi ödəyicisinə göndərmək üçün onların paket faylını elektron imzalamaq tələb olunur. Əvəzləşdirmələri vergi orqanına göndərdikdə isə imzalamaq tələb olunmur.

İmzalama əməliyyatı aşağıdakı vasitələrlə həyata keçirilə bilər:

  • Asan Doc proqramı vasitəsilə
  • ASXM VN Rəqəmsal İD kartı vasitəsilə (yaxın zamanlarda)
  • RYTN "e-İmza" kartı vasitəsilə

Vergi hesab-fakturanın eFP proqramı vasitəsilə hazırlanması və imzalanaraq göndərilməsi əməliyyatları aşağıdakı sxemdə göstərilir:

Əgər istifadəçi Asan Doc vasitəsilə imzalama əməliyyatını yerinə yetirərsə, o zaman həmin proqram istifadəçinin kompüterinə qurulu olmalıdır.

Asan Doc proqramının istifadəçi təlimatına buradan tanış olmaq olar. Həmin proqramı kompüterə endirib qurmaq üşün isə bu linki basmaq lazımdır. Proqramı endirən zaman kompüterinizin hansı bitlik olmasına (32-bitlik və ya 64-bitlik) diqqət yetirmək lazımdır. Asan Doc proqramı vasitəsilə imzalanmış sənədin tipi "adoc" olur.

Əgər istifadəçi RYTN "e-İmza" kartı vasitəsilə imzalama əməliyyatını yerinə yetirərsə, o zaman "e-İmzalayıcı" proqram istifadəçinin kompüterinə qurulu olmalıdır.

"e-İmzalayıcı" proqramının istifadəçi təlimatına və həmçinin proqramı kompüterə endirmək üçün bu link üzərinə basmaq lazımdır. Bu zaman imzalanmış sənədin tipi "edoc" olur.

Paket faylların göndərilməsi:

Elektron vergi hesab-fakturaların paket fayllarının imzalanmasından sonra onları göndərmək üçün İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsinə daxil olub (www.e-taxes.gov.az) GİRİŞ düyməsini basmaq lazımdır. Sonra "adoc" fayllarının göndərilməsi üçün "Asan İmza" bölməsi, "edoc" faylların göndərilməsi üçün isə "e-İMZA" bölməsi seçilir.

Elektron xidmət olaraq "Onlayn kargüzarlıq və e-VHF" bölməsi seçilir və aşağıdakı autentifikasiya üsullarından biri vasitəsilə sistemə daxil olunur:

1) Asan Doc proqramı vasitəsilə imzalanmış paket eVHF faylının göndərilməsi:

İlk öncə sistemə autentifikasiya olmaq lazımdır. Bu barədə ətraflı məlumat üçün Asan İmza vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.

İmzalanmış "adoc" faylı Asan İmza bölməsi vasitəsilə göndərilməlidir. Əks halda, xəta baş verir.

Digər tərəfdən Asan Doc proqramı ilə imzalanmış sənədi gondərən Şəxsin (sistemə autentifikasıya olunan Şəxs) imzası, həmin sənədi imzalayanların siyahısına daxil olmazsa (sənədi Asan Doc vasitəsilə bir neçə şəxs imzalaya bilər), sistem tərəfindən xəta baş verir. Həmin xəta belə adlanır: "Ancaq tərəfinizdən imzalanmış paketləri göndərə bilərsiniz".

Əməliyyatlar ardıcıllığı aşağıdakı şəkildə göstərilmişdir:

Sonra "Elektron VHF" bölməsində Paket göndər düyməsi basılır və aşağıdakı şəkilə uyğun əməliyyatlar aparılır:

"adoc" tipli paket faylını seçib Göndər düyməsini basdıqdan sonra həmin paket qarşı vergi ödəyicisinə göndərilir və bu barədə aşağıdakı Bildiriş ekrana çıxır:

İstifadəçi Çap et və ya Bağla düymələrindən birini basır.

Sənəd qarşı vergi ödəyicisinə göndərilməklə bərabər onun göndərilməsi barədə məlumat istifadəçinin Göndərdiklərim qovluğuna da düşür.

İstifadəçiyə EVHF göndərmək səlahiyyətinin verilib-verilməməsinə baxmaq üçün aşağıdakı şəkildə göstərilən Səlahiyyətlər linki üzərinə basmaq lazımdır.

Aşağıdakı nümunədən görünür ki, həqiqətən həmin istifadəçiyə Rəhbəri tərəfindən EVHF göndərmək səlahiyyəti verilmişdir. Əgər həmin səlahiyyət verilməsə idi, o zaman imzalanmış "adoc" faylını bu istifadəçi göndərə bilməzdi.

 

2) "e-İmzalayıcı" proqramı vasitəsilə imzalanmış paket eVHF faylının göndərilməsi

Əvvəlcə RYTN "e-İmza" kartı vasitəsilə sistemə autentifikasiya olmaq lazımdır. Bu barədə ətraflı məlumat üçün RYTN "e-İmza" kartı vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.

Sistemə daxil olduqda əvvəlcə Onlayn kargüzarlıq bölməsi açılır və istifadəçi "Şəxsi (vətəndaş)" sertifikatı ilə sistemə daxil olur. Bu zaman "Elektron VHF" bölməsinə keçdikdə aşağıdakı xəbərdaredici məlumat ekrana çıxır:

Ona görə aşağıdakı şəkildə göstərildiyi kimi Təmsil etdiyiniz subyekt siyahısından müvafiq "Biznes" sertifikatını seçmək lazımdır:

Sonra "Elektron VHF" bölməsində Paket göndər düyməsi basılır və aşağıdakı şəkilə uyğun əməliyyatlar aparılır:

 

"edoc" tipli paket faylını seçib Göndər düyməsini basdıqdan sonra həmin paket qarşı vergi ödəyicisinə göndərilir və bu barədə aşağıdakı Bildiriş ekrana çıxır:

İstifadəçi Çap et və ya Bağla düymələrindən birini basır.

Sənəd qarşı vergi ödəyicisinə göndərilməklə bərabər onun göndərilməsi barədə məlumat istifadəçinin Göndərdiklərim qovluğuna da düşür.


 

Hüquqi şəxsin adının bron edilməsi

Hüquqi şəxsin adının bron edilməsi yalnız Asan İmza vasitəsilə mümkündür.

Əməliyyatlar ardıcıllığı aşağıdakı kimidir:

  • Hüquqi şəxsin təsisçisi (təsisçi bir neçə nəfərdirsə, yalnız müraciət edəni) İnternet Vergi İdarəsinin onlayn xidmətlərinin giriş səhifəsinə daxil olur.
  • Asan imza bölməsinə müvafiq məlumatları (Mobil nömrəni və İstifadəçi İD-sini) daxil edir və “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçərək Qəbul düyməsini sıxır (sistemə avtorizasiya olunmaq üçün "Asan İmza PİN 1" kodundan istifadə olunur).
  • Sistemə daxil olduqdan sonra "Yeni müraciət" düyməsini basır və siyahıdan “Hüquqi şəxsin adının bron edilməsi” bəndini seçir.
  • Aşağıdakı elektron formaya bron ediləcək “Hüquqi şəxsin adı”nı daxil edir:

Əvvəlcə hüquqi şəxsin adının sistem tərəfindən müəyyən kontrollardan keçirilməsi üçün Yoxla düyməsi basılır.

 

Yoxlamalar:
1. Vahid zaman kəsiyində bir şəxs tərəfindən yalnız bir ad bron (rezerv) edilə bilər, yəni “gözləmədə” olan bron edilmiş ad təyinatı üzrə istifadə edildikdə və ya bronun qüvvədə olduğu müddət (60 gün) bitdikdə həmin şəxs tərəfindən yeni ad bron edilə bilər. Bron olunma müddəti adın vergi orqanı tərəfindən brona qəbul edildiyi gündən hesablanır.
2. Hüquqi şəxsin adı böyük hərflərlə yazılmalıdır.
3. Əgər daxil edilən ad sistemdə varsa, bu barədə müvafiq məlumat ekrana çıxır.

Yoxlamadan sonra İrəli düyməsi basılır.

Yuxarıdakı məlumatı təsdiqləmək üçün Qəbul düyməsi üzərinə klik edilir.

Nəticədə, məlumatın Asan İmza vasitəsilə imzalanaraq göndərilməsi üçün növbəti pəncərə ekrana çıxır:

Asan İmza Mobil nömrəsini, İstifadəçi İD-sini daxil edib Qəbul düyməsini sıxdıqdan sonra, imzalama əməliyyatını etmək üçün "Asan İmza PİN 2" nömrəsi daxil edilir.

Bundan sonra sənəd imzalanaraq Vergi Orqanına göndərilir və bu barədə növbəti Bildiriş pəncərəsi ekrana çıxır:


Həmin Bildirişi Çap düyməsi vasitəsilə çap etmək olar. Əks halda, Bağla düyməsi ilə pəncərə bağlanılır.

Sənədin nüsxəsi isə istifadəçinin Onlayn kargüzarlığının Göndərdiklərim qovluğuna düşür.

Göndərilən onlayn müraciət vergi orqanında baxıldıqdan sonra təsisçinin (bron barədə sənəd göndərən şəxsin) Onlayn Kargüzarlığının Gələnlər qovluğuna bu barədə vergi orqanından məktub daxil olur. Bundan sonra bron edilmiş adla hüquqi şəxs yaradıla bilər.

Qeyd: Bron edilmiş ad o vaxta kimi gözləmədə qalır ki, Təsisçi hüquqi şəxsi qeydiyyata almış olsun. Gözləmə rejimi maksimum 60 gündür. Əks təqdirdə, gözləmədə olan ad sistem tərəfindən avtomatik silinir.

 

Elektron bəyannamələrin hazırlanması barədə ümumi məlumat

Elektron bəyannamələr 2 üsulla hazırlanır:

  • onlayn rejimdə - bilavasitə İnternet Vergi İdarəsi portalının (www.e-taxes.gov.az) “e-Bəyannamə” bölməsinin köməkliyilə. Bu rejimdə Java və BTP proqramlarının qurulmasına ehtiyac yoxdur. Hal-hazırda yalnız “Sadələşdirilmiş verginin bəyannaməsi”nin hazırlanması və göndərilməsi onlayn rejimdə həyata keçirilir. Bunun üçün “e-Bəyannamə” bölməsinin “Sadələşdirilmiş verginin bəyannaməsi” adlı menyusunu icra etmək lazımdır. Gələcəkdə digər bəyannamələrin də bu rejimdə hazırlanması nəzərdə tutulur.

  • oflayn rejimdə - bu rejim 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə İnternetə daxil olmadan Bəyannamə Tərtibatı Proqramı(BTP) vasitəsilə bəyannamələr hazırlanır, müəyyən kontrollardan keçirilir və sonda göndərilmək üçün paketlənir. 2-ci mərhələdə isə İnternet Vergi İdarəsi portalının “e-Bəyannamə” bölməsinin “Paket göndər” menyusu ilə BTP-də hazırlanmış elektron bəyannamələrin paketləri sistemə göndərilir. Bu rejimdə BTP proqramının işləməsi üçün Java (Java Runtime Environment (JRE)-) dəstəkləyici proqramın kompüterə qurulması tələb olunur. PDF tipli faylları oxumaq üçün isə Adobe Reader proqramı qurulmalıdır.

Sadələşdirilmiş verginin bəyannaməsinin Onlayn rejimdə hazırlanması və göndərilməsi

Sadələşdirilmiş verginin bəyannaməsinin (SVB) BTP proqramından istifadə etmədən alternativ üsulla - onlayn rejimdə tərtib edilərək göndərilməsi vergi ödəyicilərinin işini daha da asanlaşdırır.

Belə ki, bu zaman əlavə proqramlardan (BTP, JAVA, Acrobat Reader) istifadəyə ehtiyac yaranmır. Bunun üçün istifadəçi İnternet Vergi İdarəsindəki hesabına daxil olur və Onlayn sadələşdirilmiş bəyannamə menyusunu seçir.

Hansı üsuldan istifadə edəcəyini vergi ödəyicisinin özü müəyyən edir. Bu xidmət hal-hazırda yalnız “Sadələşdirilmiş verginin bəyannaməsi”nə aiddir. Digər bəyannamələr əvvəlki qaydada ─ BTP proqramından istifadə etməklə tərtib edilir və göndərilir (oflayn rejimdə).

Vergi orqanında qeydiyyatdan keçmiş bütün vergi ödəyiciləri proqramdan istifadə edə bilərlər.

Sadələşdirilmiş verginin bəyannaməsinin onlayn rejimdə göndərilməsi

Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır.

Sonra sistemə daxil olma qaydalarından (istifadəçi kodu, parol, şifrə ilə və ya "e-İmza" ilə) biri seçilir. Bölmə adlı siyahıdan  "e-Bəyannamə & ƏDV DH & ŞHV"  təyin edilir və Daxil ol düyməsi basılır.

Açılan aşağıdakı pəncərədə e-Bəyannamə -> On-line sadələşdirilmiş bəyannamə altmenyusu  seçilir.


Şəkil 1. On-line sadələşdirilmiş bəyannamə menyusuna giriş

On-line sadələşdirilmiş bəyannamə ekranı aşağıdakı 3 ədəd tabdan ibarətdir:
  • Ümumi məlumat;
  • Verginin hesablanması;
  • Əlavə.

Ümumi məlumat tabı Bəyannamə tərtibatı proqramın (BTP) 1-ci tabının ekranı ilə eynidir. Ekranda məlumatlar açılan düymələrdən daxil edilir.


Şəkil 2. On-line sadələşdirilmiş bəyannamənin ümumi məlumat pəncərəsi

Sonra Verginin hesablanması tabına keçilir  və müvafiq məlumatlar daxil edilir.


Şəkil 3. On-line sadələşdirilmiş bəyannamədə verginin hesablanması pəncərəsi

Əgər Əlavəni daxil etmək lazımdırsa (sadələşdirilmiş bəyannamənin əlavəsi ancaq 4-cü rüb üzrə və ya bəyannamə növü ləğv etmə olduqda daxil edilir), aşağıdakı qaydada doldurulur.


Şəkil 4. On-line sadələşdirilmiş bəyannamənin Əlavəsi

Bütün məlumatlar daxil edildikdən sonra Göndər düyməsi basılır. Proqram aşağıdakı sorğunu ekrana çıxardır.


Şəkil 5. Məlumatların doğruluğunun təsdiqlənməsi / rədd edilməsi pəncərəsi

Təsdiq üçün OK, rədd üçün isə Cancel düymələrdən biri basılır.

 

Bəyannamənin yoxlanılması

Bəyannamə tam doldurulduqdan və doğruluğu təsdiq edildikdən sonra, bəyannamə məlumatlarının sistem tərəfindən yoxlanılması üçün Yoxla düyməsi basılır.


Şəkil 6. Bəyannamənin yoxlanılması pəncərəsi

Bu əməliyyatdan sonra bəyannamədə səhvin olub-olmaması sistem tərəfindən analiz edilir.

Bəyannamənin təsdiq edilməsi

Bəyannamə sistem tərəfindən yoxlanıldıqdan sonra,  əgər səhv yoxdursa, onun göndərilməsinin  təsdiqlənməsi üçün aşağıdakı pəncərə açılır:


Şəkil 7. On-line sadələşdirilmiş bəyannamənin təsdiqlənməsi ekranı

Bu pəncərədə bəyannamə faylının vəziyyəti Təsdiq gözləyir olur. Bu o deməkdir ki, bəyannamədə səhv yoxdur və onun göndərilməsi tam hazırdır.

Bu zaman istifdəçi bəyannaməni göndərmək üçün əvvəlcə bəyannamə faylının qarşısındakı boş xananı qeyd edir və Təsdiqlə düyməsini basır.

Göndərməkdən imtina etmək üçün isə Ləğv et düyməsi icra olunur.

Təsdiqləmə əməliyyatından sonra ekrana sistem tərəfindən "Seçdiyiniz bəyannaməni təsdiqləmək istəyirsinizmi?" mesajı çıxır.

Təsdiq üçün OK, əks halda Cancel düyməsi basılır. 


Şəkil 8. Seçilən bəyannamənin təsdiqlənməsi ekranı

OK düyməsindən sonra təsdiqlənmiş bəyannamə məlumatları Şəxsi Hesab Vərəqəyə (ŞHV)  qeyd olunur və aşağıdakı məlumat tipli informasiya ekrana çıxır:


Şəkil 9. Bildirişə baxma pəncərəsi

Əgər bəyannamənin yoxlanılması zamanı səhv tapılarsa, bəyannamə faylının vəziyyəti Səhv tapıldı  olacaq. Bu o deməkdir, bəyannamə məlumatlarında səhv vardır və həmin bəyannamə göndərilmək üçün hazır deyildir. Bu zaman həmin bəyannamə yenidən hazırlanmalı, səhv aradan qaldırılmalıdır.

Bəyannamədəki səhvə baxmaq üçün “Mesaj” sütunundakı zərf işarəsini tıklamaq lazımdır. Nəticədə səhvin izahı və səbəbi  ekranda əks olunacaq. İstifadəçi həmin məlumatla tanış olduqdan sonra Geriyə düyməsini basmalı və həmin bəyannaməni yenidən hazırlayıb göndərməlidir.

Bəyannamənin göndərilməsi barədə bildirişə baxmaq  üçün Bildiriş linki basılır.

 

Avtomatik bəyannamə tərtibi

"Avtomatik bəyannamə tərtibi" bölməsi, vergi ödəyicisinin əvvəlki vergi dövrü üzrə bəyannamə məlumatlarından istifadə edilməklə cari vergi dövrü üçün bəyannamənin əvvəlcədən avtomatik tərtib edilməsi üçün nəzərdə tutulur.


Şəkil 8. Avtomatik bəyannamə tərtibi altmenyusu

I. “Yol vergisinin bəyannaməsi”nin və “Torpaq vergisinin bəyannaməsi”nin avtomatik tərtib edilməsi

İstifadəçi aşağıdakı şəkildə göstərildiyi kimi müvafiq vergi bəyannaməsini işarələyir və bəyannamə hazırlanacaq dövrü daxil edib “Hazırla” düyməsini sıxır.


Şəkil 9. Avtomatik bəyannamə tərtibi pəncərəsi

 

Vergi ödəyicisinin əvvəlki dövr üzrə bazada bəyannaməsi mövcud olmadıqda ekranda Şəkil 9-da qeyd olunan xəbərdarlıq ismarıcı əks olunur:

 


Şəkil 9. Əvvəlki dövrün bəyannaməsi tapılmadı

 

Əvvəlki dövr üzrə bəyannamə mövcud olduğu halda isə, sistem tərəfindən qeyd olunan dövrə avtomatik olaraq bəyannamə tərtib edilir və “Təsdiq gözləyir” mərhələsinə daxil olunur.

Bu mərhələdə bəyannaməni “Təsdiq” və ya “Ləğv” etmək, həmçinin bəyannamə paketini kompüterə endirmək mümkündür. Sonra zərurət yaranarsa BTP proqramı vasitəsilə bəyannamədə lazımi dəyişikliklər edilə bilər.

Bəyannamə avtomatik tərtib edilərkən təsdiq gözləmə anında bəyannamə üzrə hesablanmış vergi məbləği ekranda əks olunur.


Şəkil 10. Təsdiqlənəcək bəyannamə

 

Vergi ödəyicisi avtomatik tərtib edilmiş bəyannamə üzrə hesablanmış vergi məbləği ilə razı olduğu halda “Təsdiqlə” düyməsini sıxmaqla bəyannaməni vergi orqanına göndərir.

Razı olmadığı təqdirdə isə “Ləğv et” düyməsini sıxmaqla bəyannamə ləğv edilir.

 

Göndərilmiş bəyannamənin axtarışı

Bəyannamənin göndərilməsini yoxlamaq üçün bəyannamələr üzrə axtarış əməliyyatı aparılır. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusu icra olunur və aşağıdakı parametrlərə uyğun axtarış əməliyyatı yerinə yetirilir:

  • VÖEN üzrə
  • Bəyannamə növü üzrə (burada sadələşdirilmiş verginin bəyannaməsi seçilir)
  • Vergi dövrü üzrə
  • Vergi orqanı üzrə
  • Yaradılma tarixi intervalı üzrə
  • Bəyannamələrin vəziyyəti üzrə

Bu parametrlər tək-tək və ya qrup şəklində qeyd edilə bilər. Sonda  Axtar düyməsi basılır.


Şəkil 11. Bəyannamənin axtarış  pəncərəsi

Nümunə: 1. “Bəyannamə növü”ndən Sadələşdirilmiş verginin bəyannaməsi seçilir . VÖEN qutusunu işarələyib VÖEN xanasına nömrəni yazıb Axtar düyməsini basdıqda, həmin VÖEN-ə aid yüklənən bütün bəyannamələr ekranda görünür.

Nümunə: 2. "Vəziyyət" qutusunu işarələyib Səhv tapıldı kriteriyasını seçib Axtar düyməsini basdıqda ekrana təsdiqlənməyə göndərilmlş , lakin səhv tapılan bəyannamələr çıxır.

Göndərilmiş bəyannamənin bildirişinə baxış

Göndərilmiş bəyannamənin bildirişinə baxmaq üçün ilk öncə, həmin bəyannamə tapılmalıdır. Bunun üçün  e-Bəyannamə -> Bəyannamə axtar menyusu yerinə yetirilir.


Şəkil 12. Axtarışın nəticəsi

Zərf işarəsini basdıqda həmin bəyannamənin bildiriş məlumatı ekranda əks olunur.

Etibarlı cıxış

İstifadəçi əməliyyatları başa çatdırdıqdan sonra Etibarlı çıxış menyusunu icra etməlidir. Əgər o, brouserin (İnternet Explorer və ya Mozilla Firefox) standart çıxış düyməsindən istifadə edərək sistemdən çıxarsa, o zaman 15 dəqiqə müddətində sistemə təkrar daxil ola bilməyəcək. Lakin Etibarlı çıxış ilə sistemdən çıxılarsa, istifadəçi qeyd edilən problemlə üzləşməyəcək.


Bəyannamə tərtibatı proqramı (BTP)

Elektron bəyannamələrin oflayn rejimində hazırlanması, redaktə edilməsi və paketlənməsi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə yerinə yetirilir.

BTP proqramı, vergi orqanında qeydiyyatdan keçən və istifadəçi kodu, parol, şifrəyə malik vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur.

Proqramın işləməsi üçün aşağıdakı minimum şərtlər yerinə yetirilməlidir:

  • CPU Pentium-III, RAM 256mb;

  • Unikod şriftlərini dəstəkləyən Windows 2000/2003/XP və s. əməliyyat sistemlərindən biri;

  • JRE 1.4. (Java Runtime Environment) dəstəkləyici proqram.

BTP proqramına giriş

Proqramı yükləmək üçün c:\ebyn\btp.bat  komanda faylı yerinə yetirilir. Bu zaman aşağıdakı pəncərə açılır:


Şəkil 1. BTP proqramına giriş ("Fayl" menyusu)

Proqramın menyuları:

  • Fayl
  • Qeydlər
  • Paketlə
  • Bəyannamələr
  • Çap
  • Kömək

Yeni bəyannamənin hazırlanması

Yeni bəyannamə hazırlamaq üçün Fayl -> Yeni altmenyusu icra edilir. Sonra bəyannamə növü seçilir  və Qəbul düyməsi basılır.


Şəkil 2. Bəyannamə növünün seçilməsi pəncərəsi

Bəyannamənin açılması

Əvvəl hazırlanmış bəyannamədə düzəliş etmək və ya ona baxmaq üçün Fayl -> Aç altmenyusu yerinə yetirilir. Aşılan pəncərədə bəyannamə siyahıdan tapılır və Open (Oткрытъ) düyməsi basılır. Dəyişiklik etmədən çıxmaq üçün Cancel (Oтмена) düyməsindən istifadə olunur.


Şəkil 3. pəncərəsi

Bəyannamənin yaddaşda saxlanılması

Hazırlanmış bəyannaməni kompüterin disk yaddaşında saxlamaq üçün Fayl -> Qeyd et -> Qeyd et altmenyusu icra edilir.

Nəticədə bəyannamələr proqram tərəfindən analiz olunur və müəyyən kontrollardan keçərək c:\ebyn\beyannameler qovluğunda yadda saxlanılır. Bəyannamənin doldurulması zamanı yol verilən səhvlər (xətalar) bu əməliyyat nəticəsində ekrana çıxır. Səhv (xətalı) bəyannamə yadda saxlanılmır.


Şəkil 4. Qeyd et pəncərəsi

Bəyannamənin başqa adla diskə yazılması

Hazırlanan bəyannaməni başqa adla diskə yazmaq üçün Fayl -> Qeyd et -> Fərqli qeyd et altmenyusu icra edilir. “File Name” xanasına yeni bəyannamə faylının adı yazılır və Save düyməsi basılır. Nəticədə, yeni bəyannamə c:\ebyn\beyannameler qovluğunda başqa adla yadda saxlanılır.


Şəkil 5. Fərqli qeyd et pəncərəsi

Bəyannamə ekranının bağlanması

Bəyannaməni hazırlayıb diskə yazdıqdan sonra aktiv pəncərəni bağlamaq üçün Fayl -> Bağla altmenyusu yerinə yetirilir. Ekrana Bəyannaməni qeyd etmək istəyirsinizmi? sorğusu çıxır:


Şəkil 6.

Təsdiq etmək üçün , inkar üçün Yox, pəncərədə qalmaq üçün isə İmtina düymələrindən biri basılır.

Bəyannamənin qisa yolla açılması

Bəyannaməni diskə yazdıqda onun adı Fayl menyusunun Təkrar aç altmenyusunda göstərilən siyahıya düşür. İstifadəçi bəyannaməni diskdə axtarmadan həmin siyahıdan seçərək yükləyə bilər. Bu menyu istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Siyahıda birinci bəyannamə son qeyd olunandır.


Şəkil 7. Təkrar Aç pəncərəsi

BTP-dən çıxış

Bəyannamə tərtibatı proqramından çıxmaq üçün Fayl -> Çıxış altmenyusu seçilir.

Vergi ödəyicisinin məlumatları

Vergi ödəyicisinin məlumatları Qeydlər menyusunda yerləşir. Bu menyu Vergi ödəyicisinin məlumatı altmenyusundan ibarətdir və istifadəçilərə kömək məqsədi üçün nəzərdə tutulmuşdur.


Şəkil 8. Vergi ödəyicisinin məlumat pəncərəsi

Bu pəncərənin Ümumi məlumatlar, ƏDV məlumatları, Aksiz məlumatları, PROFİT məlumatları adlı tabları var. Tabların məlumatlarla doldurması tövsiyə olunur. Çünki, bəyannaməni dolduran zaman VÖEN-i yazıb "..." düyməsini basdıqda, vergi ödəyicisinin əvvəl daxil edilmiş məlumatları (adı, soyadı, atasının adı, ödəyici tipi və s.) avtomatik olaraq bəyannaməyə gəlir. Bu, isə bəyannamənin doldurulmasını sürətləndirir.

Yeni düyməsi xanalarda məlumatların təmizlənməsi üçündür. Yeni məlumatları daxil / redaktə edib Qeyd et düyməsini basdıqda, həmin məlumatlar diskdə yadda saxlanılır.

Bəyannamələrin paketlənməsi

Hazırlanmış bəyannamə fayllarını vergi orqanına göndərmək üçün paketləmə əməliyyatı yerinə yetirilir.  Bunun üçün Paketlə -> Paketlə menyusu seçilir. Əməliyyat,  bəyannamələri vergi orqanına göndərmədən əvvəl aparılır. Bəyannamələr vergi orqanına yalnız paket şəklində göndərilir. Paketləmə əməliyyatı zamanı çoxlu sayda bəyannamələr (XML formatlı fayllar) sıxılaraq bir fayl şəklinə salınır.


Şəkil 9. Bəyannamələrin paketlənməsi

Paketləmə zamanı Növü rekvizitindən aşağıdakıların biri seçilir:

  • Ən son hazırlanmış bəyannamələr

  • Bəyannamələrin hamısı

Seçilən bəyannamələrin siyahısı ekranda əks olunur. Paketlənəcək bəyannamə(lər) seçilir və Bəyannaməni paketə əlavə et düyməsi basılır. Həmin bəyannamə(lər) “Paketin içindəki” bölümünə düşür. Paket faylının adını daxil edib Paketlə düyməsini basdıqda, yaranan fayl c:\ebyn\paketler qovluğuna köçürülür. Bununla paketləmə əməliyyatı başa çatır.

Əgər səhv olaraq bəyannamə “Paketin içindəki” bölümünə göndərilibsə, Bəyannaməni paketdən çıxar düyməsilə o həmin bölümdən çıxarılır.

Paketlərə baxış və düzəlişlər

Paketlə -> Paketlərə baxış və düzəlişlər menyusu paketlənmiş bəyannamələrə baxmaq və mövcud paketi ləğv etmək üçün nəzərdə tutulmuşdur. Burada həmçinin, bəyannamə üzərində düzəliş etmək də mümkündür. Lakin, bu zaman bəyannaməni Qeyd et əmrilə yadda saxlamaq və sonra yenidən paketləmək lazımdır.


Şəkil 10. Paketlərə baxış və ya düzəliş pəncərəsi

Paketi ləğv et düyməsi, yaradılmış paket faylını diskdən silir.

düyməsi, seçilmiş paketin içindəki bəyannaməyə baxmaq  və ya düzəliş etmək üçündür.

Göndərilmiş paketlərin endirilməsi

Göndərilmiş paket faylları kompüterə endirmək üçün İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olub "e-Bəyannamə" bölməsini seçmək lazımdır. Sonra aşağıdakı şəkildə göstərilən "Paket axtar" menyusunu seçərək göstərilən ardıcıllıq üzrə əməliyyatı yerinə yetirmək tələb olunur:


Şəkil 11. Göndərilmiş faylların kompütürə endirilməsi ardıcıllığı

Bəyannamələrə baxış və düzəlişlər

Bəyannamələr menyusu qeyd edilmiş bəyannamələrə baxmaq və onlar üzərində düzəlişlər etmək üçündür. Bəyannamələr "c:\ebyn\beyannameler " qovluğunda yadda saxlanılır. Bəyannamə faylı XML formatında yaradılır və onun adlandırılmasında BTP proqramının versiyası, bəyannamənin tipi (məs.: ƏDV bəyannaməsi – VAT, sadələşdirilmiş bəyannamə - SADELES və s. kimi), növü (cari bəyannamə - “C”, Dəqiqləşmiş bəyannamə – “D” simvolu) və digər məlumatlar göstərilir.


Şəkil 12. Bəyannamələrə baxış və ya düzəliş pəncərəsi

düyməsi, seçilən bəyannaməyə baxmaq və düzəliş etmək üçün nəzərdə tutulur. Düzəlişdən sonra Qeyd et əmri ilə bəyənnamə yadda saxlanılmalıdır.

Ləğv et düyməsi isə bəyannaməni qovluqdan (diskdən) silmək üçündür.

Bəyannamənin çap edilməsi

Çap menyusu bəyannaməninin çapı üçün nəzərdə tutulur. Çap olunan bəyannamə PDF formatına çevrilir. Kompüterdə bu formatı dəstəklyən Adobe Reader proqramının son versiyasının quraşdırılması tələb olunur (Lazımlı proqramlar bölümündən endirmək olar).


Şəkil 13. Çap pəncərəsi

Çap düyməsini basdıqda bəyannamə əvvəlcə ekranda görünür, sonra proqramın (Adobe Reader) imkanlarından istifadə olunaraq  çap edilə bilər.

BTP-nin versiyasının öyrənilməsi

BTP proqramının yeni versiyası hazırlananda, o İnternet Vergi İdarəsi portalında yerləşdirilir. Vergi ödəyiciləri mütəmadi olaraq portalda  çıxan yenilikləri daim izləməli, proqramların yeni versiyalarını, Patch faylları endirib kompüterlərinə yükləməlidirlər.

BTP-nin versiyası Kömək -> Proqram versiyası altmenyusu vasitəsilə təyin edilir.


.

BTP-də olan yeniliklər

Kömək -> Yeniliklər menyusu BTP proqramda edilmiş yeniliklər barədə məlumatları öyrənmək üçündür. Ekranda yeniliklərin siyahısı sadalanılır.


Şəkil 14. Yeniliklər pəncərəsi


BTP-də hazırlanmış paketlərin İnternet Vergi İdarəsi portalı vasitəsilə göndərilməsi

Vergi ödəyicisi BTP ilə oflayn rejimdə elektron bəyannamələri hazırlayır və paketləyir. Paket fayllar c:\ebyn\beyannameler qovluğunda yadda saxlanılır. Sonra, İnternet Vergi İdarəsi portalına (www.e-taxes.gov.az) daxil olub e-Bəyannamə bölməsinə daxil olmaq lazımdır. Burada, "Paket göndər" menyusu vasitəsilə BTP-də hazırlanmış paket faylı qeydiyyata alınır və vergi orqanına göndərilir.

Vergi ödəyicisi burada, həmçinin, öz şəxsi hesab vərəqəsinə (ŞHV) baxa, paket, bəyannamə və digər məlumatlar üzrə axtarış əməliyyatlarını yerinə yetirə bilər.

Paketlənmiş bəyannamələrin göndərilməsi

Paketlənmiş bəyannamələrin İnternet Vergi İdarəsinə göndərilməsi aşağıdakı mərhələlərdən ibarətdir:

  • İstifadəçi tərəfindən e-Bəyannamə menyusu vasitəsilə göndərilən paket faylı seçilir;
  • Paket daxilindəki bəyannamələr sistem tərəfindən yoxlanılır;
  • İstifadəçi tərəfindən yoxlama əməliyyatı  təsdiq  və ya ləğv edilir;

Yoxlama əməliyyatından səhvsiz keçən bəyannamələrin qəbul olunması barədə bildiriş alınır.

Əməliyyatları ardıcıllıqla qeyd edək: Əvvəlcə e-Bəyannamə  -> Paket göndər menyusu seçilir.


Şəkil 1. Paket göndər pəncərəsi

Browse (Обзор) düyməsilə c:\ebyn\paketler qovluğundan göndəriləcək paket faylı seçilir və Göndər düyməsi basılır.


Şəkil 2. Paketin göndərilməsi

Paket göndərildikdın sonra, onun göndərilməsi barədə məlumat ekrana çıxır. Paket faylının içindəki bəyannamələrin sistem tərəfindən yoxlanılması üçün Yoxla düyməsi sıxılır.


Şəkil 3. Paketin yoxlanılması

Yoxlama əməliyyatı uğurla başa çatarsa, aşağıdakı təsdiqləmə ekranı açılır və Vəziyyəti sütununda Təsdiq gözləyir ifadəsi yazılır. Qarşıdakı  kvadrat xana işarələnir.

Sonra əməliyyatı təsdiq üçün Təsdiqlə düyməsi, ləğv etmək üçün  isə Ləğv et düyməsi sıxılır.


Şəkil 4. Bəyannamənin təsdiqlənməsi

Təsdiqlə düyməsindən sonra aşağıdakı pəncərə açılır:

OK düyməsilə təsdiqləmə əməliyyatı sona çatır və bəyannamənin təsdiqləndiyi barədə pəncərə ekrana çıxır. Təsdiqlənmiş bəyannamə məlumatları vergi ödəyicisinin şəxsi hesab vərəqəsində (ŞHV) qeyd olunur.


Şəkil 5. Bəyannamənin yoxlanılmasının nəticəsi

Bəyannamənin qəbul olunduğu barədə bildirişi əldə etmək üçün Bildiriş linki üzərinə vurmaq lazımdır.

Əgər yoxlama nəticəsində səhv tapılarsa, aşağıdakı pəncərə açılır və  Vəziyyəti sütununda Səhv tapıldı ifadəsi yazılır.


Şəkil 6. Səhv tapıldı pəncərəsi

Səhvə baxmaq üçün Mesaj stünundakı zərf işarəsini tıklamaq lazımdır. Nəticədə, səhvin izahı və səbəbi barədə istifadəçiyə məlumat verilir. İstifadəçi həmin məlumatı oxuduqdan sonra Geriyə düyməsini basaraq əvvəlki pəncərəyə qayıdır.


Şəkil 7. Səhv mesajına baxış ekranı

Qeyd: Yoxlama zamanı səhv tapılmış bəyannamə Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə yenidən hazırlanmalıdır.

Göndərilmiş bəyannamə paketlərinin axtarışı

BTP proqramı ilə hazırlanan və İnternet Vergi İdarəsinə göndərilən paket fayllar üzrə axtarış əməliyyatı e-Bəyannamə -> Paket axtar menyusu vasitəsilə yerinə yetirilir.

Həmin menyu ilə aşağıdakı parametrlər üzrə axtarış əməliyyatları aparmaq olar:

- Son 10 paket üzrə;
- Tarix intervalı üzrə;
- Bəyannamələrin vəziyyəti üzrə;
- Paketin qeydiyyat nömrəsinə görə.

Yuxarıdakı parametrlərin birini seçərək Axtar düyməsini basmaqla göndərilmiş istənilən paketi tapmaq mümkündür.


Şəkil 8. Paketin axtarılması ekranı

Aşağıdakı şəkildə axtarış əməliyyatının nəticəsi əks olunur:


Şəkil 9. Paket axtarışının nəticəsi

Siyahıda görünən paketlərin bəyannamələrinə baxmaq üçün paketin linki üzərinə basılır. Nəticədə, həmin paketin bəyannamələri barədə məlumat ekrana çıxır.

Göndərilmiş bəyannamələrin axtarışı

Vergi ödəyicisi göndərdiyi bəyannamənin çatmasına əmin olmaq istəyirsə, bəyannamələr üzrə axtarış əməliyyatını yerinə yetirə bilər. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusununa daxil olmaq lazımdır.

 Aşağıdakı parametrlər üzrə axtarış əməliyyatı aparmaq olar:

- VÖEN üzrə;
- Bəyannamə növü üzrə;
- Vergi dövrü üzrə;
- Vergi orqanı üzrə;
- Yaradılma tarix intervalı üzrə;
- Bəyannamələrin vəziyyəti üzrə.

Bu parametrləri tək-tək və ya qrup şəklində qeyd etmək olar. Sonra bəyannamələr üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün Axtar düyməsi sıxılır.


Şəkil 10. Bəyannamələr üzrə axtarış

Nümunə 1: VÖEN qutusunu işarələyib VÖEN xanasına nömrəni yazıb Axtar düyməsini basdıqda, həmin VÖEN-ə aid göndərilmiş bəyannamələr ekranda görünəcək.

Nümunə 2: Vəziyyət qutusunu işarələyib Səhv tapıldı kriteriyasını seçib Axtar düyməsini basdıqda, ekrana təsdiqlənməyə göndərilmlş , lakin səhv tapılan bəyannamələrin siyahısı çıxacaq.

Göndərilmiş bəyannamələrin bildirişlərinə baxış

Göndərilmiş bəyannamələrin bildirişlərinə baxmaq üçün əvvəlcə e-Bəyannamə -> Bəyannamə axtar menyusu ilə həmin bəyannaməni tapmaq lazımdır. Şəkildəki zərf işarəsini tıkladıqda, bəyannamənin bildiriş  məlumatı ekranda əks olunur.


Şəkil 11.

Şəxsi hesab vərəqəsinə baxış

Vergi ödəyicisi öz şəxsi hesab vərəqəsinə (ŞHV) baxmaq üçün Məlumat axtar  -> Şəxsi hesab vərəqə menyusunu seçir. O, VÖEN nömrəsini, əməliyyat apardığı tarix intervalını daxil etməklə ŞHV-nə “detalsız” və ya “detallı” formada baxa bilir. Qəbul düyməsini basdıqda sistem tərəfindən ŞHV ekrana çıxarılır.


Şəkil 12. Şəxsi hesab vərəqəsinə baxış

Mükəlləfiyyətə baxış

İstifadəçi öz mükəlləfiyyətinə baxmaq üçün Məlumat axtar  ->  Mükəlləfiyyət menyusunu seçir. Nəticədə, istifadəçinin mükəlləf olduğu vergi öhdəlikləri ekranda əks olunur.


Şəkil 13. Mükəlləfiyyətə baxış

Şəxsi məlumatlara baxış

İstifadəçi şəxsi məlumatlarına baxmaq üçün Məlumat axtar -> Şəxsi məlumat menyusunu seçir. Nəticədə, aşağıdakı məlumatlar ekranda əks olunur:

- Vergi ödəyicisinin VÖEN-i və tam adı;
- VÖEN-in verilmə tarixi;
- VÖEN-in zonasının adı, kodu və rayonu;
- Mülkiyyət növü;
- Dövlət mülkiyyəti;
- Təşkilati-hüquqi forma;
- Digər kommersiya təşkilatının adı;
- Dövlət qeydiyyatına alan orqanın adı, qeydiyyatı nömrəsi və tarixi;
- Yuxarı təşkilatın adı;
- Tabeçiliyi və rəhbərin adı;
- Köhnə VÖEN-i və onun verilmə tarixi;
- Fəaliyyətləri;
- Hüquqi və faktiki ünvanları.

İstifadəçi parolunun dəyişdirilməsi

İstifadəçi parolunu dəyişmək üçün Dəyişiklik  -> Parol menyusu seçilir. Bu menyu vasitəsilə, həmçinin parolun müddəti uzadıla bilər. Bunun üçün təqdim edilən forma doldurulur və Qəbul düyməsi basılır.


Şəkil 14. Parolun dəyişdirilməsi

Köməkçi məlumatın daxil edilməsi və dəyişdirilməsi

İstifadəçi öz köməkçi məlumatlarını daxil etmək və ya dəyişdirmək üçün Dəyişiklik -> Məlumat menyusunu seçir. Sonra aşağıdakı məlumatlar daxil edilir və Qəbul düyməsi basılır:

  • Mobil telefon nömrəsi;

  • Faks nömrəsi;

  • E-mail ünvanı.


Şəkil 15. Məlumatın dəyişdirmə ekranı

Etibarlı cıxış

İstifadəçi əməliyyatları başa çatdırdıqdan sonra sistemdən çıxmaq üçün Etibarlı çıxış menyusunu icra etməlidir. Əgər, brouserin (İnternet Explorer və ya Mozilla Firefox) standart çıxış düyməsindən istifadə olunarsa, sistemə 15 dəqiqə ərzində təkrar daxil olmaq mümkün olmur. Lakin Etibarlı çıxış ilə sistemdən çıxılarsa, qeyd olunan problem yaranmır.


BTP proqramının qurulması

BTP-nı vergi ödəyicisinin kompüterinə qurmaq üçün İnternet Vergi İdarəsi saytının (www.e-taxes.gov.az) Lazımlı proqramlar bölməsindən BTP proqramının tam versiyasını kompüterə endirmək  lazımdır.

Açılan pəncərədə  İnstall düyməsini basdıqda proqramın qurulma əməliyyatı başlanılır.

Proqram C:\ebyn qovluğuna yazılır.

Yaradılan bəyannamə və paket faylları bu qovluğun uyğun olaraq c:\ebyn\beyannamelerc:\ebyn\paketler alt qovluqlarında yerləşir. İstifadəçinin bu qovluqları bilməsi vacibdir. Çünki, paket faylını  onlayn rejimdə göndərən zaman həmin faylın yerləşmə qovluluğu məlum olmalıdır.

Proqramın qurulmasından sonra C:\ebyn qovluğunda BTP.bat faylı yaranır. Həmin fayl vasitəsilə bəyannamələrin oflayn rejimidə hazırlanması yerinə yetirilir.

QEYD:

1. Proqram C:\ebyn qovluğuna yüklənməlidir.

2. Əgər İnternet Vergi İdarəsi saytının Lazımlı proqramlar bölməsində BTP proqramının Patch (əlavə və düzəlişlər) tipli faylları mövcuddursa, onları da kompüterə endirmək  və yerləşmə ardıcıllığına uyğun olaraq yükləmək lazımdır.

3. Əvvəlcə BTP proqramının tam versiyası, sonra isə Patch fayllar ardıcıl olaraq kompütürə yüklənilir.

4. BTP proqramından əvvəl JAVA köməkçi proqramı kompüterə qurulmalıdır.


Elektron vergi hesab-fakturaların hazırlanması barədə ümumi məlumat

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01.01.2010 tarixdən etibarən elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Bu məqsədlə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) müvafiq altsistem (bölmə) yaradılmışdır.

Vergi ödəyiciləri elektron vergi hesab-fakturaları (EVHF) 2 üsulla hazırlaya bilərlər:

  • onlayn rejimdə - vergi ödəyicisi, ona vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinin “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olur və onlayn rejimdə EVHF-niı tərtib edərək digər vergi ödəyicisinə təqdim edir. Bu altsistem vasitəsilə istifadəçi digər əməliyyatları da (fakturanın ləğvi, dəqiqləşdirilməsi, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatların daxil edilməsi və s.) həyata keçirə bilər.

  • oflayn rejimdə - vergi ödəyicisi EVHF-ni tərtib etmək üçün Elektron Faktura Tərtibatı Proqramını (eFP) və digər zəruri proqramları İnternet Vergi İdarəsindən öz kompüterinə yükləyir. Sonra o, EVHF-ləri bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Daha sonra istifadəçi kodu, parol və şifrəsindən istifadə etməklə İnternet Vergi İdarəsinin “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olur və hazırladığı paketi müvafiq menyudan seçərək sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən fakturalara seriya və nömrələr verilir və qarşı tərəfin e-Qutusuna göndərilir. Bundan sonra digər əməliyyatlar onlayn rejimdə aparılır.


Elektron vergi hesab-fakturası (e-VHF) altsistemi

e-VHF altsistemi İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə EVHF-ni onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəziləşdirilən EVHF barədə məlumatları daxil etmək, paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir. Proqram, həmçinin Elektron Faktura Tərtibatı Proqramı (eFP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan EVHF -ləri sistemə yükləmək və göndərmək imkanına da malikdir.

Proqramın interfeysi mövcud "elektron poçt qutusu" sistemlərinə oxşardır. Proqram idarəedici paneldən, qovluqlardan və digər ekranlardan ibarətdir.

Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən, əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün vergi ödəyiciləri bu altsistemdən istifadə edə bilərlər. Sistemə daxil olmaq üçün vergi ödəyicisinin istifadəçi kodu, parol və şifrəsi olmalıdır.

İstifadə olunan anlayışlar:

  • Obyekt – vegi hesab-fakturası göndərilən müəssisə və təşkilatın filialları, alt qurumları başa düşülür (əgər obyekt yoxdursa, həmin xana baş saxlanılır);
  • Satıcı -  ƏDV-yə cəlb edilən əməliyyatlar aparan vergi ödəyicisi;
  • Alıcı - malları (işləri, xidmətləri) alan vergi ödəyicisi.

e-VHF altsisteminə giriş

Sistemə daxil olmaq üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır.  

Sonra  daxil olma qaydalarından (istifadəçi kodu, parol, şifrə ilə və ya "e-İmza" ilə) biri seçilir və  Bölmə adlı siyahıdan  "Onlayn kargüzarlıq və e-VHF"  təyin edilir və Daxil ol düyməsi basılır.

Proqramın istifadəçi interfeysi

e-VHF altsistemi idarəedici paneldən, qovluqlarından (“Gələnlər”, “Göndərdiklərim”, “Qaralama”) və digər məlumat ekranlarıdan ibarətdir.


Şəkil 1. e-Faktura (e-VHF) altsisteminin interfeysi

Proqramın idarəedici paneli aşağıdakı komanda düymələrindən ibarətdir:

  • Yenilə - sistemin bazasından məlumatların yenidən ekrana gətirilməsi, yəni ekranın yenilənməsi;

  • Yeni Faktura – yeni EVHF-nin  hazırlanması və göndərilməsi;

  • Fakturalar – qovluğun (“Gələnlər”,”Göndərdiklərim”, “Qaralama”) növündən asılı olaraq onun içində olan EVHF-lərin siyahısının göstərilməsi;

  • Əvəzləşdirlənlər – EVHF-nin əvəzləşdirilməsi;

  • Axtarış – qovluqlar üzrə axtarış əməliyyatlarının yerinə yetirilməsi;

  • Paket axtar – tarix intervalına görə paketin axtarılması.

Proqramın qovluqları aşağıdakılardır:

Gələnlər –vergi orqanlarından və ya satıcı vergi ödəyicilərdən daxil olan EVHF-lər qovluğudur.

Aşağıdakı ekranda ixtiyari EVHF barədə ətraflı məlumat əldə etmək onu 2 dəfə tıklamaq lazımdır.


Şəkil 2. “Gələnlər” qovluğu pəncərəsi

Göndərdiklərim – vergi orqanlarına və ya alıcı vergi ödəyəcilərinə göndərilən və ya ləğv edilən EVHF-lər qovluğudur.


Şəkil 3. “Göndərdiklərim” qovluğu ekranı

Qaralama – göndərilmək üçün nəzərdə tutulan müvəqqəti saxlanılan EVHF-lər qovluğudur. Bu qovluqda satıcı vergi ödəyicisi tərəfindən tam tərtib edilməmiş EVHF-lər saxlanılır. Hazırlanması tam başa çatmayan, gələcəkdə yenidən hazırlanması nəzərdə tutulan EVHF-lər bu qovluğa göndərilir. Bunun üçün istifadəçi Qaralamaya göndər düyməsini basmalıdır. İstifadəçi (satıcı) qaralamaya göndərməni təsdiqlədikdən sonra bu barədə xəbərdarlıq alır. İstifadəçi (satıcı) Qaralama qovluğuna daxil olaraq yarımçıq qalmış EVHF-nı 2 dəfə tıkladıqda, açılan ekranda EVHF-nin zəruri məlumatlarını əlavə edir.  Onu “Qaralama” qovluğunda yadda saxlamaq üçün Qaralamada yadda saxla düyməsini, alıcıya göndərmək üçün isə  Fakturanı Göndər düyməsini basmalıdır.


Şəkil 4. EVHF-nın Qaralama qovluğuna göndərilməsi pəncərəsi


Şəkil 5. “Qaralama” qovluğu ekranı

QEYD: “Gələnlər”“Göndərdiklərim” qovluqlarında EVHF-in tipi və vəziyyəti aşağıdakı kimi xarakterizə olunur:

"Vəziyyəti" rekviziti üzrə:

  • “T” simvolu və qara rəng – EVHF artiq təsdiq olunmuşdur;
  • "L" simvolu və qırmızı rəng – EVHF ləğv edilmişdir;
  • "T" simvolu və yaşıl rəng – EVHF təsdiq gözləyir.

"Tipi" rekviziti üzrə:

  • "D" simvolu – “dəqiqləşmiş” EVHF-ni göstərir;
  • "N" simvolu – “cari” EVHF-ni göstərir;
  • tünd qara rəngdə “N” simvolu – yeni daxil olan və oxunmayan EVHF-ni göstərir.

EVHF-nin ləğv edilməsi

Vergi ödəyicisi (satıcı) göndərdiyi istənilən EVHF-nı ləğv etmək üçün “Göndərdiklərim” qovluğundakı EVHF-nı 2 dəfə tıklamalıdır. Bu zaman açılan ekranda o, Fakturanı ləğv et düyməsini basdıqdan sonra əməliyyatı təsdiqləmə barədə pəncərə açılır. Təsdiqdən sonra ləğv etmənin səbəbini yazmaq və Qəbul düyməsini basmaq lazımdır. Bu əməliyyatdan sonra EVHF ləğv edilir. Nəticədə satıcının “Göndərdiklərim”, alıcının isə “Gələnlər” qovluqlarında  EVHF-nın Vəziyyəti ləğv edilmış olur. Yəni, həmin sətrin qarşısına "L" simvolu yazılır və sətir qırmızı rəngə çevrilir.

EVHF-nin ləğvi onu təqdim edən satıcı vergi ödəyicisi tərəfindən yerinə yetirilir. EVHF ləğv edildikdən sonra alıcının e-Qutusuna bu barədə məlumat göndərilir. Bundan sonra EVHF üzərində düzəliş aparıla bilməz.

EVHF-nin ləğv edilməsi zərurəti yaranarsa, alıcı vergi ödəyicisi satıcıya vergi ödəyicisinə müraciət etməklə təqdim edilmiş EVHF-nin ləğv edilməsini xahiş edə bilər. Bu zaman ləğvetmə əməliyyatı satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilməlidir.


Şəkil 6. EVHF-nın ləğvetmə pəncərəsi

EVHF-nin qovluqlar üzrə axtarışı

EVHF-nin axtarış pəncərəsi iki hissədən ibarətdir:

  • Vergi hesab-fakturaların axtarışı;
  • VHF-lərin reyestri.


Şəkil 7. Axtarış pəncərisi

1) Vergi hesab-fakturaların axtarışı hissəsində “Axtar” düyməsi vasitəsi ilə vergi ödəyiciləri “Gələnlər” və “Göndərdiklərim”qovluqları üzrə axtarış nəticələrini filtr edərək axtarış əməliyyatını yerinə yetirirlər.

Bunun üçün istifadəçi açılan ekranda axtarış kriteryalarını (axtarılacaq qovluğu, VÖEN-i, tarixi, EVHF-nin seriya və nömrəsini, vəziyyətini ) daxil edir və “Axtar” düyməsini basır.


Bu zaman siyahıya kriteriyalara uyğun EVHF-lər gətirilir. Yuxarı hissədə EVHF-lərin tam sayı göstərilir, Məsələn, “Cəmi 251 sənəd”. Lakin, siyahıda maksimum (eyni zamanda çap edərkən) 49 sayda EVHF görünə bilər.

Bu Siyahıda əks olunan EVHF-nin üzərinə iki dəfə tıklamaqla onun məlumatları ilə ətraflı tanış olmaq olar. Bu pəncərədə axtarış zamanı "Axtarılacaq səhifə" kriteryasından başqa, digər kriteryaları doldurmaq mütləq vacib deyil.

2) Əgər EVHF sayı 49-dan çox olarsa, onlara baxmaq üçün VHF-lərin reyestri bölməsində konkret tarix və qovluq məlumatlarını seçib “Baxış” düyməsini basmaq lazımdır.

Bu zaman qeyd edilən tarixə uyğun bütün EVHF-lər siyahıda görünəcək.

Paketlənmiş EVHF-nin axtarışı

Əgər EVHF-lər oflayn rejimdə “e-Faktura” proqramı (eFP) vasitəsilə hazırlanaraq və paketlənərək göndərilmişsə, onlayn rejimdə onların axtarışı üçün Paket axtar düyməsindən istifadə olunur. Axtarış üçün tarix intervalı daxil edilir Axtar düyməsi basılır. Axtarışın nəticəsi alt cədvəldə əks olunur.


Şəkil 8.

 

Əvəzləşdirilən EVHF-nin axtarışı

Bu əməliyyat yalnız o zaman istifadə olunur ki, əvəzləşdirilən EVHF-lərin sayı 5 ədəddən çoxdur. Çünki, əvəzləşdirmə pəncərəsinin “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsində 5-dən yuxarı EVHF-lər ekranda görünmür.

Əvvəlcə Əvəzləşdirilənlər düyməsi basılır. Açılan pəncərədə Dövrü seç düyməsi vasitəsilə İl, Dövr tipi, Ay rekvizitləri daxil edilir və Qəbul düyməsi basılır.


Şəkil 9.

Nəticədə, “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsində yalnız 5 ədəd əvəzləşdiriləcək EVHF-lər görünəcək. Digər EVHF-ləri görmək üçün  “Bu dövr üzrə axtarış” bölməsindən istifadə olunur. Həmin bölmədə axtarış növünü seçib, məlumatı xanaya daxil edib Axtar düyməsini basdıqda EVHF-lərin siyahısı alt  cədvələ düşəcək.


Şəkil 10. Dövr üzrə axtarış

Həmin cədvəldə EVHF-də dəyişiklik etmək üçün faktura qeyd edilir və onun məlumatlarında dəyişiklik edildikdən sonra Dəyiş düyməsi basılır.

Cədvəldəki EVHF-lərin siyahısından fakturanı ləğv etmək üçün Sil düyməsindən istifadə olunur.

Yeni EVHF-nin hazırlanması

Yeni Faktura düyməsini basmaqla satıcı vergi ödəyicisi EVHF-nı hazırlayaraq qarşı tərəfə (alıcıya) təqdim edir. İstifadəçi (satıcı) “Kimə” bölməsində VÖEN xanasına sifarişçinin (alıcının) VÖEN-i daxil edir. Bu zaman ödəyicinin adı və filialları (obyektləri) sistem təfərindən xanalara avtomatik doldurulur.

Əgər obyekt varsa, onun adını siyahıdan seçmək, yoxdursa, boş saxlamaq lazımdır. Qeyd rekvizitinə məlumatın daxil edilməsi vacibdir. Çünki, əks halda ekrana onun daxil edilməsi barədə xəbərdaredici mesaj çıxarılır.

Yeni faktura məlumatlarını daxil etmək üçün Əlavə et düyməsi basılır. Alt cədvələ boş sətir əlavə edilir. İstifadəçi həmin sətri doldurmalıdır.

Cədvəldə seçilmiş sətirləri silmək üçün Seçilmişləri si, bütün sətirləri silmək üçün isə Hamısını təmizlə düymələrindən istifadə olunur.

EVHF-nin rekvizitləri aşağıdakı qaydada doldurulur:

  • Sıra №-si - alıcıya (sifarişçiyə) təqdim olunmuş malların (işlərin, xidmətlərin) sıra sayıdır, proqram tərəfindən nömrələnilir;

  • Yola salınmış malların (işlərin, xidmətlərin) adı - təqdim edilmiş malların (işlərin, xidmətlərin) adlarıdır;

  • Ölçü vahidi -  malların (işlərin, xidmətlərin) ölçü vahididir;

  • Miqdarı, həcmi - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarıdır (həcmidir);

  • Vahidinin buraxılış qiyməti - malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan) sütunudur;

  • Cəmi sütunu təqdim edilmiş malın (ƏDV-siz və aksizsiz) ümumi dəyərini göstərir;

  • Aksiz qrafasının ikinci (“Məbləği, man”) sütununda aksizli mallar üzrə aksizin ümumi məbləği yazılır;

  • Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz), man. qrafasının “Cəmi” sütununda təqdim edilmiş malın (işlərin, xidmətlərin) ümumi dəyəri ilə aksizin məbləğinin cəmi göstərilir;

  • o cümlədən, ƏDV-yə cəlb edilən sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisinə cəlb olunan dəyəri qeyd edilir;

  • o cümlədən, ƏDV-yə cəlb edilməyən sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri yazılır;

  • o cümlədən, ƏDV-yə «0» (sıfır) dərəcə ilə cəlb edilən sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə «0» (sıfır) dərəcəsi ilə cəlb edilən dəyəri göstərilir;

  • Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV, man. sütununda göstərilən məbləğ eyni bir sətir üzrə “ƏDV-ə cəlb edilən” sütununda göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə hasil edilməklə hesablanır;

  • Təqdim edilmiş mallar (işlər, xidmətlər) üçün məbləğ, man. sütununda göstərilən məbləğ eyni bir sətir üzrə “Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)” “Cəmi” sütunu ilə “Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV məbləği, man.” sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

Yekun bölməsindəki məlumatlar EVHF-nın müvafiq məlumat sətirlərindəki məlumatların yekunudur.

Bütün bu məlumatları daxil etdikdən sonra istifadəçi (satıcı) EVHF-nı qarşı tərəfə təqdim etmək üçün Fakturanı Göndər düyməsini basmalıdır.


Şəkil 11. Yeni faktura yaratma ekranı

Bu əməliyyatdan sonra ekranda göndərdiyimiz fakturanın hansı seriya və nömrə ilə sistem tərəfindən qeydiyyata alındığını əks etdirən aşağıdakı məlumat pəncərəsi ekrana çıxır. Bağla düyməsini basdıqda həmin pənəcərə ekrandan itir.

Qaralamaya göndər düyməsini basdıqda isə EVHF “Qaralama” qovluğuna göndərilir.

Qeyd:

- EVHF-də məbləğlər milli valyutada (manatla) göstərilməlidir.

- EVHF-nin hazırlanma tarixi, onun verilmə tarixi sayılır və bu tarix proqram təminatı tərəfindən avtomatik daxil edilir.

- Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya elektron qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.

Dəqiqləşdirilmiş EVHF-nin göndərilməsi

EVHF-nin dəqiqləşdirilməsi o zaman həyata keçirilir ki,o  təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallar üzə çıxır. Yəni, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyat qismən ləğv edildikdə, o cümlədən mal qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlər aşağı düşdükdə və s. hallarda  qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə dəqiqləşdirmə aparılır.

Dəqiqləşdirilmiş EVHF hazırlamaq üçün Faktura tipi bölməsində Dəqiqləşdirilmiş sözünü qeyd etmək və dəqiqləşdirilən EVHF-nin seriya, nömrəsini daxil edib Axtar düyməsini basmaq lazımdır. Bu zaman faktura üzrə məlumatlar ekrana çıxacaq.

Müvafiq düzəlişlər edilərək  təsdiqləndikdən sonra EVHF-yə yeni seriya və nömrə verilir. Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş EVHF alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Əgər həmin EVHF alıcı vergi ödəyicisi tərəfindən  ayın sonuna kimi təsdiq edilməzsə, həmin EVHF, proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdrilmiş EVHF-nin təsdiq edilməsi tələb olunmur və dəqiqləşdrilmiş EVHF yalnız çap edilərək təqdim edilir.


Şəkil 12. Dəqiqləşmiş EVHF-nin göndərilməsi

 

Vergi hesab-fakturaların əvəzləşdirilməsi

Vergi ödəyicisi Əvəzləşdirilənlər ekranı vasitəsilə ƏDV bəyannamələrinə əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları əlavə edərək vergi orqanına göndərir. Bunun üçün Əvəzləşdirilənlər düyməsi basılır.

Sonra açılan ekranda Dövrü seç düyməsi vasitəsilə İl, Dövr tipi, Ay rekvizitləri daxil edilir və Qəbul düyməsi basılır.

“Hesabat dövrü bəyannamələri” bölməsinə həmin dövrə uyğun bəyannamələrin siyahısı düşəcək.

 Siyahıda ixtiyari bəyannaməni 2 dəfə tıkladıqda və ya Baxış düyməsini basdıqda, əgər əvəzləşdirilən EVHF-lər varsa, onlarin siyahısı ekranda əks olunacaq.

Siyahıda vəziyyəti “Təsdiqlənəcək” olan bəyannaməyə, əvəzləşdirilən EVHF-ləri əlavə etmək üçün “Əvəzləşdirələcək faktura məlumatları” bölməsindəki cədvələ aşağıdakı rekvizitləri daxil etmək və sonda Əlavə et düyməsini basmaq lazımdır:

  • Seriya - əvəzləşdirilən EVHF-nin seriyası

  • Nömrə - əvəzləşdirilən EVHF-nin nömrəsi

  • Tarix - əvəzləşdirilən EVHF-nin tarixi

  • Sətir kodu - siyahıdan seçilir (308, 314, 316)

  • Dövr - təqdim olunan hesabat dövrü

  • VÖEN - İstifadəçinin VÖEN-i

  • Adı - İstifadəçinin adı

  • Malın ƏDV-siz ümumi dəyəri (avtomatik doldurulur, Satıcı tərəfindən göndərilən EVHF-yə əsasən)

  • Malın ƏDV məbləği (avtomatik doldurulur, satıcı tərəfindən göndərilən EVHF-yə əsasən)

  • Ödənilmiş ƏDV-siz ümumi dəyər (istifadəçi(alıcı) tərəfindən satıcıya ödənilmiş məbləğ daxil edilir)

  • Ödənilmiş ƏDV məbləği (sistem tərəfindən hesablanır)

İstifadəçi bu bölümdə EVHF-nin seriya və nömrəsini daxil etdikdə, bəzi məlumatlar sistem tərəfindən avtomatik doldurulur. Bu qayda ilə əvəzləşdiriləcək bütün EVHF-lər Əlavə et düyməsi vasitəsilə “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvələ əlavə edilir.

Əgər, istifadəçi “dəqiqləşdirilmiş” bəyannaməyə, əvəzləşdirmə üçün göndərilmiş VHF-ləri “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvələ avtomatik daxil etmək istəyirsə, Əvvəlkini gətir düyməsini basmalıdır.

Bu zaman həmin dövr üzrə əvvəlki bəyannamədə göndərilən bütün əvəzləşdiriləcək EVHF-lər qeyd edilən cədvələ əlavə edilir. Cədvəldə yalnız 5 ədəd EVHF görünəcək. EVHF-lərin sayı 5-dən cox olduqda, onları görmək üçün “Bu dövr üzrə axtarış” bölümündən istifadə olunur. Axtarılan EVHF-lər “Axtarışa uyğun əvəziləşəcək fakturalar” bölümünə düşür. Burada onları dəyişmək və ya silmək mümkündür (DəyişSil düymələrinin köməyilə).

Təmizlə düyməsi, “Əvəzləşəcək faktura məlumatları” bölümündəki cədvəlin sətrində olan məlumatları silmək üçün nəzərdə tutulmuşdur.

Baxış düyməsi vasitəsilə əvəzləşdiriləcək fakturaların siyahısına baxmaq və ya çap etmək olar.

Sonda Göndər düyməsi basılır.

Nəticədə, göndərilən siyahı ƏDV bəyannaməsinə 1 nömrəli əlavə kimi vergi orqanına göndərilir.

Bu komandadan sonra yuxarıda əlavə edilən EVHF-lər “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvəldən silinir.  "Hesabat dövrü bəyannamələri" bölməsində olan "Təsdiqlənəcək" bəyannamələrin vəziyyəti isə "Təsdiqləndi"-yə çevrilir.


Şəkil 13. EVHF-lərin əvəzləşdirilməsi pəncərəsi

Qeyd: Aşağıdakı məlumat, təqdim olunacaq dövr üçün bəyannamə göndərilmədiyi, lakin  faktura göndərildiyi halda ekrana çıxır:

Bu zaman vergi ödəyicisi əvvəlcə bəyannaməni və sonra isə əvəzləşdirləcək EVHF-lərin siyahısını göndərməlidir.

eFP-də hazırlanmış paketlərin göndərilməsi

e-VHF altsistemi, oflayn rejimində eFP (“e-Faktura”) proqramı vasitəsilə hazırlanmış və paketlənmiş EVHF-lərin göndərilməsini təmin edir.

Bunun üçün Paket göndər düyməsi basılır. Paket növü və paketlənmiş faylın yeri göstərilir və Göndər düyməsi basılır.


Şəkil 14.

Nəticədə, paketlənmiş EVHF-lər qarşı vergi ödəyicisinə göndərilir.

Qeyd 1: "Faktura paketi" göndərilən zaman paketlənmiş (ZİP tipli) fayl "Asan DOC client" və ya "e-İmzalayıcı" proqramları vasitəsilə imzalanmalıdır. Sonra, tipi "adoc" və ya "edoc" olan fayllar yuxarıdakı qayda ilə göndərilməlidir.

Qeyd 2: "Əvəzləşmə paketi" göndərilən zaman paketlənmiş (tipi "zip" olan) fayl yuxarıdakı qayda ilə göndərilir. Bu zaman həmin faylın imzlanmasına ehtiyac yoxdur.

Qeyd 3: Göndərmə zamanı faylın tipi səhv göstərilərsə ("adoc" əvəzinə "zip" və ya tərsinə) sistem tərəfindən xəta barədə məlumat verilir.


Elektron vergi hesab-fakturasının tərtibatı proqramı (eFP)

eFP proqramı  vergi hesab-fakturaları və əvəzləşmələri oflayn rejimdə (internetə qoşulmadan) tərtib etmək və göndərmək üçün nəzərdə tutulmuşdur.

Bu proqram vasitəsilə EVHF-lər hazırlanır və XML fayl formatında diskdə yadda saxlanılır. Sonra həmin fayllar proqram vasitəsilə paketlənir və İnternet Vergi İdarəsi saytının (www.e-taxes.gov.az) “Elektron vergi hesab-fakturası” altsisteminin “Paket göndər” menyusu vasitəsilə sistemə yüklənilir.

Yükləmə zamanı EVHF-lərə sistem tərəfindən unikal seriya və nömrələr verilir və onlar qarşı tərəfin elektron poçt qutusuna göndərilir. Bundan sonra digər əməliyyatlar onlayn rejimdə aparılır.

Vergi orqanında qeydiyyatdan keçən vergi ödəyiciləri (istifadəçi kodu, parol və şifrəyə malik) eFP proqramından istifadə edə bilərlər.

eFP proqramının istifadəçi interfeysi

eFP proqramında bütün əməliyyatlar menyular vasitəsilə yerinə yetirilir və onlar aşağıdakılardır:

  • Fayl
  • Yeni (Faktura, Əvəzləşdirmə)
  • Qeyd (Qeyd et, Fərqli qeyd et)
  • Bağla
  • Çıxış
  • Qeydlər
  • Paketləmə
  • Kömək


Şəkil 1. eFP proqramının giriş pəncərəsi

 

Yeni EVHF-nin yaradılması

Yeni EVHF-nin yaradılması üçün Fayl  -> Yeni  ->  Faktura menyusu yerinə yetirilir.


Şəkil 2. Yeni menyusuna giriş

Bu zaman aşağıdakı pəncərə açılır:


Şəkil 3. VHF blankının doldurulması

Əvvəlcə öz VÖEN-i daxil edib "..." düyməsini basmaq lazımdır. Ad rekviziti bu əməliyyatdan sonra sistem tərəfindən avtomatik daxil olunur.

Sonra qarşı tərəfin (alıcının) VÖEN-i daxil edilir və "..." düyməsi basılır. Qarşı tərəfin Ad rekviziti də avtomatik daxil edilir.

Qeyd rekvizitinin daxil edilməsi tələb olunur. Əks halda, səhv barədə mesaj ekrana çıxır.

Əlavə qeyd xanasının doldurulması, ehtiyac olarsa, daxil edilir.

Əgər faktura ilk dəfə göndərilirsə, Dəqiqləşmiş qeyd edilmir. Lakin EVHF-də qiymət dəyişikliyi və ya səhv olarsa, onda Dəqiqləşmiş qeyd edilir və EVHF-nin seriya, nömrəsi daxil edilir.

Sonda Əlavə et düyməsi basılır. Nəticədə EVHF-lər alt cədvələ əlavə edilir.


Şəkil 4. Hazırlanmış EVHF-nın yadda saxlanılması pəncərəsi

Seçilmişləri sil və ya Hamısını sil düymələri vasitəsilə cədvələ daxil edilmiş EVHF-lər silinir. Bu zaman, əvvəlcə, Seçim stünu üzrə həmin EVHF-ləri qeyd etmək lazımdır.

Tam hazır EVHF-ni diskə yazmaq üçün Fayl  -> Qeyd et  -> Qeyd et menyusu yerinə yetirilir.

EVHF-ni başqa adla diskə yazmaq üçün Fayl -> Qeyd et  -> Fərqli qeyd et menyusudan və aktiv ekranı bağlamaq üçün isə Fayl  -> Bağla menyusundan istifadə olunur.

Qeyd et əməliyyatı zamanı aşağıdakı pəncərə açılır. Fakturanı yadda saxlamaq üçün qovluq seçilir və əməliyyat təsdiqlənir.


Şəkil 5. Fakturanın yadda saxlandığı qovluq ekranı

EVHF-lər diskə yazılan zaman proqram avtomatik olaraq fayla ad verir. Adın əvvəlində istifadəçinin tərtib etdiyi EHF-nin sıra sayı (VHF_1), alan şəxsin və təqdim edənin VÖEN-i, qeyd edildiyi tarix (20091212) və daha sonra isə proqramın versiyası (v_100) yazılır.

İstifafəçi, zərurət olarsa, bu adı dəyişdirə bilər. Faktura qeyd edilən zaman “VHF qeyd olundu!” mesajı ekrana çıxır.

Qeyd edilmiş fakturanı yenidən açımaq üçün Fayl -> menyusu yerinə yetirilir.

EVHF-də hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu halda EVHF-nin üzərində lazımi dəyşikliklər edərək Fayl-> Bağla menyusu yerinə yetirilir. Bu zaman açılmış pəncərədə düyməsini basmaqla dəyişikliyin təsdiqlənməsi yerinə yetirilir.


Şəkil 6. Dəyişiklik edilmiş fakturanın təsdiqlənməsi

 

Yeni əvəzləşdirmənin yaradılması

Əvəzləşdirmə əməliyyatını aparmaq üçün Fayl -> Yeni -> Əvəzləşdirmə menyusu seçilir.  

Əvvəlcə, istifadəçi öz VÖEN-i daxil edir və "..." düyməsini basır. Bu zaman, Ad rekviziti proqram tərəfindən avtomatik xanaya daxil edilir.

Sonra Dövrü seç bölməsinin doldurulması tələb olunur. Əks halda, bu barədə səhv mesajı ekrana çıxır.

Əlavə et düyməsini basmaqla əvəzləşdirilən EVHF məlumatları cədvələ daxil edilir.

Seçilmişləri silHamısını sil düymələri vasitəsi ilə cədvələ daxil edilmiş EVHF-lər silinir. Bu zaman, Seçim stünu üzrə tələb olunan EVHF-lər qeyd olunmalıdır.


Şəkil 7. Əvəzləşdirmə pəncərəsi

Məlumatlar daxil edildikdən sonra  Fayl  -> Qeyd et  -> Qeyd et menyusu ilə əvəzləşdirilmə məlumatları aşağıdakı pəncərə ilə yadda saxlanılır.


Şəkil 8. Əvəzləşdirmənin qeyd edilməsi pəncərəsi

Paketləmə əməliyyatı

Hazırlanmış EVHF-ləri qarşı vergi ödəyicisinə və əvəzləşdirmələri vergi orqanına göndərmək üçün paketləmə əməliyyatından istifadə olunur.

Bunun üçün Paketlə -> Paketlə menyusu seçilir.

VHF-nin növü bölməsindən müvafiq olan bənd (Faktura və ya Əvəzləşdirmə) seçilir və Paket faylı əlavə et düyməsi basılır.

Nəticədə, seçilən XML formatlı fayl alt cədvələ əlavə edilir. Cədvəldən lazımsız faylı silmək üçün Paket faylı siyahıdan sil düyməsindən istifadə olunur.

Sonda Paketlə düyməsi basılır.


Şəkil 9. Paketləmə pəncərəsi

Siyahıdakı EVHF-ləri paketləmək üçün Paketlə düyməsi basılır və yeni yaradılan paket faylının yeri göstərilir.


Şəkil 10. Paket faylının yadda saxlanılması

Paketləmə əməliyyatı başa çatdıqdan sonra aşağıdakı xəbərdaredici məlumat ekrana çıxır.


Şəkil 11. Paket faylının yaradılması barədə mesaj

 

Paketlənmiş faylın tipi "zip" olur.

Paketlınmiş EVHF-ləri digər vergi ödəyicisinə göndərməmişdən əvvəl, həmin "zip" fayl "Asan DOC client" və ya "e-İmzalayıcı" proqramları vasitəsilə imzalanmalıdır. Sənədin imzalanması barədə təlimata "http://www.asanimza.az/" saytından əldə edə bilərsiniz.

"zip" tipli fayl imzalandıqdan sonra müvafiq olaraq "adoc" və ya "edoc" tipli fayl yaranır. Sonra həmin fayl digər vergi ödəyicisinə göndərilir.

Fakturaların əvəzləşdirilməsi zamanı isə paketlənmiş "zip" fayl imzalanmır və həmin fayl vergi orqanına göndərilir.

Göndərmə əməliyyatı İnternet Vergi İdarəsi portalının "e-VHF bölməsi"-də "Paket göndər" komandası vasitəsilə həyata keçirilir.

Qeyd 1: Göndərmə zamanı faylın tipi səhv göstərilərsə ("adoc" əvəzinə "zip" və ya tərsinə) sistem tərəfindən xəta barədə məlumat verilir.

 

Vergi ödəyicisinin məlumatları

Vergi ödəyicisinin məlumatları Qeydlər menyusunda yerləşir.

Bu menyu Vergi ödəyicisinin məlumatı Filial (Obyekt) adlı altmenyulardan ibarətdir və istifadəçiyə kömək üçün nəzərdə tutulmuşdur.


Şəkil 12. Qeydlər menyusu

Vergi ödəyicisinin məlumatları pəncərəsi aşağıdakı tablardan ibarətdir:

  • Ümumi məlumatlar

  • ƏDV məlumatları

  • Aksiz məlumatları

  • PROFİT məlumatları


Şəkil 13. Vergi ödəyicisinin məlumatları

İstifadəçinin bu tabları doldurması tövsiyə olunur. Bu məlumatlar istifadəçinin işini asanlaşdırmaq üçündür. Yəni, faktura və ya əvəzləşdirmə hazırlayarkən VÖEN-i yazıb "..." düyməsini basdıqda, bu məlumatlar avtomatik olaraq müvafiq xanalara doldurulur. Əks halda, həmin xanalar boş olur.

Yeni düyməsilə bütün xanalarda olan məlumatlar təmizlənir.

Qeyd et düyməsilə məlumatlar diskdə yadda saxlanılır.

Vergi ödəyicisinin təsərrüfat subyekti varsa, onun adı və kodu Filial (obyekt) menyusu vasitəsilə daxil edilir.


Şəkil 14. Filial(obyekt) məlumatlarının daxi edilməsi

Filial (obyekt) adı və kodu yalnız struktur bölmələrinə malik olan müəssisələrin daxili subyektlərinə verilən unikal kod və addır ( vergi ödəyicisinin filialının, numayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışda qeyd edilmiş uçot kodu nəzərdə tutulur).

İmport əməliyyatı

eFP proqramı MS Excel faylından faktura məlumatlarını import etmək imkanına malikdir.

Bunun üçün əvvəlcə, faktura məlumatları MS Excel-də tələb olunan formada hazırlanır. Həmin formanın doldurulma nümunəsi İnternet Vergi İdarəsinin e-Vergi hesab-fakturası bölməsində yerləşir ("eVHF_Excel_Import_Numune.xls" adlı fayl).

Sonra Fayl -> Yeni -> Faktura və ya Fayl -> Yeni -> Əvəzləşdirmə menyulurana keçilir və Excel düyməsi basılır. Nəticədə məlumatlar eFP-yə import olunur.

Əgər məlumatların doldurulması həmin formanın tələblərinə uyğundursa, o zaman bütün sətrlər proqrama import olunacaq, əks halda bu əməliyyat yerinə yetirilməyəcək.

Alınmış fakturanı Qeyd et menyusu vasitəsilə yadda saxlayarkən, əvvəlcə məlumatlar yoxlanılır, səhv olmadıqda yaddaşda qeyd olunur.

eFP-nin versiyasının öyrənilməsi

eFP proqramının yeni versiyası hazırlananda həmin versiya İnternet Vergi İdarəsi saytında yerləşdirilir.

Vergi ödəyicisi mütəmadi olaraq saytda çıxan yenilikləri izləməli, proqramların yeni versiyalarını, Patch faylları saytdan endirməli və kompüterinə yükləməlidir.

Proqramın versiyasını öyrənmək üçün Kömək -> Proqram versiyası  menyusu yerinə yetirilir.


Şəkil 15. Proqramın versiyası barədə məlumat

eFP-dən çıxış

eFP proqramından çıxmaq üçün Fayl -> Çıxış menyusu seçilir.


eFP-də hazırlanmış EVHF paketlərinin göndərilməsi

Elektron vergi hesab-faktura və əvəzləşdirmə paketlərini oflayn rejimdə eFP proqramı ilə hazırladıqdan sonra onların göndərilməsi onlayn rejimdə həyata keçirilir.

Bunun üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır.

Sonra sistemə daxil olma qaydalarından (istifadəçi kodu, parol, şifrə ilə və ya "e-İmza" ilə) biri seçilir. Bölmə adlı siyahıdan  "Onlayn kargüzarlıq & e-VHF"  təyin edilir və Daxil ol düyməsi basılır.

Açılan pəncərədə Paket göndər düyməsi basılır.

Paketin növü və paketlənmiş faylın diskdə yeri göstərilir (“Browse” düyməsilə) və Göndər düyməsi basılır.

Qeyd 1: "Faktura paketi" göndərilən zaman paketlənmiş (ZİP tipli) fayl "Asan DOC client" və ya "e-İmzalayıcı" proqramları vasitəsilə imzalanmalıdır. Sonra, tipi müvafiq olaraq "adoc" və ya "edoc" olan fayl yuxarıdakı qayda ilə göndərilməlidir.

Qeyd 2: "Əvəzləşmə paketi" göndərilən zaman paketlənmiş (tipi "zip" olan) fayl yuxarıdakı qayda ilə göndərilir. Bu zaman həmin faylın imzlanmasına ehtiyac yoxdur.

Qeyd 3: Göndərmə zamanı faylın tipi səhv göstərilərsə ("adoc" əvəzinə "zip" və ya tərsinə) sistem tərəfindən xəta barədə məlumat verilir.


eFP proqramının qurulması

eFP proqramını vergi ödəyicisinin kompüterinə qurmaq üçün aşağıdakı addımlar yerinə yetirilir:

1.İnternet Vergi İdarəsi saytının (www.e-taxes.gov.az) "e-Vergi hesab-fakturası" bölməsinə (Lazımı proqramlar) yerləşdirilmiş eFP proqramının tam versiyası istifadəçinin kompüterinə endirilir.

2.Endirilmiş fayl üzərinə 2 dəfə basılır. Nəticədə, proqram qurularkən onun versiyası və yeniliklər barədə məlumatlar ekrana çıxır.

3. İstifadəçi tərəfindən İ Agree düyməsi basılır.

4. Next düyməsi basılır.

5. Açılan növbəti ekranda qurulacaq proqramın diskdə yerləşdiyi qovluğun adı göstərilir (“C:\Program Files\E-Faktura”)İnstall düyməsi basılır.

Gələcəkdə yaradılacaq elektron vergi hesab-faktura fayllarının özləri və paketləri bu qovluğun uyğun olaraq “C:\Program Files\E-Faktura\ebyn\beyannameler” “C:\Program Files\E-Faktura\ebyn\paketler” alt qovluqlarında yerləşirlər.

6. Proqramın qurulmasının sonunu göstərən pəncərə ekrana çıxdıqda OK düyməsi basılır.

Nəticədə aşağıdakı pəncərə qurulma əməliyyatının başa çatdığını göstərir.

7. Sonda Close düyməsi basır.

Əgər İnternet Vergi İdarəsi saytının Lazımı proqramlar bölməsində eFP proqramının Patch (əlavə və düzəlişlər) tipli faylları mövcuddursa, onları da kompüterə endirmək və yerləşmə ardıcıllığına uyğun olaraq kompüterə yükləmək lazımdır.

Proqram tam qurulub başa çatdıqdan sonra masaüstündə eFP adlı "qısa yol çubuğu" (QYÇ) yaranır. İstifadəçi həmin QYÇ-ni tıkladıqda eFP proqramı yüklənir və bundan sonra elektron vergi-hesab fakturaların oflayn rejimində hazırlanmasına başlamaq olar.

QEYD:

1. Əvvəlcə eFP proqramının tam versiyası, sonra isə Patch fayllar ardıcıl olaraq kompütürə yüklənməlidir.

2. eFP proqramından əvvəl JAVA köməkçi proqramı yüklənməlidir.

3.eFP-nin windows 7 Əməliyyat Sistemində işləməsi üçün "java"nın versiyasi 1.6.0 və ya yuxarı olmalıdır. Bunu yoxlamaq üçün "C:\Program Files (x86)\E-Faktura" qovluğundan "ehesabat.bat" faylını açıb "java" sözünün qarşısındakı mətnə baxmaq lazımdır. "Java"nın versiyasi orada göstərilir. Əgər versiya uyğun gəlmirsə, "http://www.oracle.com" saytından "java"nın 1.6.0-dan yuxarı versiyasını köçürüb kompüterə qurmaq lazımdır.


Onlayn kargüzarlıq

Ümumi məlumat

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi”ndə 01.03. 2010-cu il tarixdən vətəndaşların və vergi ödəyicilərinin vergi orqanlarına  onlayn rejimdə müraciət etmələri üçün Onlayn kargüzarlıq altsistemi yaradılmışdır.

Bu sistem vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasını təmin edir.

Onlayn kargüzarlıq altsistemi Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) daxili kargüzarlıq sisteminə inteqrasiya olunmuşdur. Ona görə də istifadəçilər göndərdikləri sənədlərin vergi orqanı daxilində hərəkətini onlayn rejimində izləyə bilirlər və icraçının telefonunu sistemdən öyrənərək onunla birbaşa telefon əlaqəsi yaratmaq imkanına malik olurlar.

Sistem üzərindən göndərilən ixtiyari sənəd rəsmi statusa malikdir. Burada hər bir istifadəçi üçün “fərdi elektron qutu” (e-Qutu) ayrılmışdır. Vergi orqanlarından və digər ödəyicilərdən göndərilən və qəbul edilən sənədlər həmin e-Qutuda toplanılır.

Vergi ödəyiciləri ilə vergi orqanları arasında e-Qutunun tətbiqi, ənənəvi üsul olan kağız daşiyıcılarında sənədlərin göndərilməsilə müqayisədə vaxt və resurs itkilərinin azalmasına səbəb olur.

05.04.2010-cu il tarixdən etibarən vergi ödəyicilərinə göndərilən sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi sistem tərəfindən onların e-Qutusuna göndərilir.

Vergi orqanları ilə e-Qutuya malik şəxslər arasında yazışmalar elektron formada aparılır (kağız daşıyıcısında göndərilməsi tələb olunan hallar istisna olunmaqla). Buna görə də mütəmadi olaraq “Onlayn kargüzarlıq” sistemi vasitəsilə e-Qutunun yoxlanılmasi vergi ödəyicilərinə tövsiyyə olunur.

Təlimatda sənəd dedikdə ərizə, şikayət, sorgu, təklif, təşəkkür, məktub və s. başa düşülür.

Bu altsitem,  istifadəçi koduna, şifrə və parola malik vətəndaşlar və vergi ödəyicləri üçün nəzərdə tutulmuşdur.

Sistemə daxil olmaq

Sistemə daxil olmaq üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır. 

Sonra  daxil olma qaydalarından (istifadəçi kodu, parol, şifrə ilə və ya "e-İmza" ilə) biri seçilir.   Bölmə siyahısından  "Onlayn kargüzarlıq və e-VHF"  bəndi təyin edilir və Daxil ol düyməsi basılır.

Monitora növbəti ekran açılır:



Şəkil 1. “Onlayn kargüzarlıq” altsiteminin əsaspəncərəsi

 

Proqramın istifadəçi interfeysi

Onlayn kargüzarlıq sistemi idarəedici paneldən, sənəd qovluqlarından və digər məlumat pəncərələrindən ibarətdir. Qovluğun növündən asılı olaraq paneldəki düymələr dinamik olaraq dəyişir.

Proqramın əsas panelində aşağıdakı əmr düymələri yerləşir:

  • Yenilə - ekranda məlumatların yenilənməsi.
  • Yeni mürciət –  yeni sənədin hazırlanması və göndərilməsi.
  • Sənədlər – “Sənədlər” rejiminə keçid.
  • Axtarış Gələnlər Göndərdiklərim qovluqları üzrə axtarış.

Proqramın iş qovluqları aşağıdakılardır:

 

  • Gələnlər – vergi orqanlarından və başqa ödəyicilərdən daxil olmuş giriş sənədləri qovluğu.

  • Göndərdiklərim – vergi ödəyəcəsinin vergi orqanlarına və digər vergi ödəyicilərinə göndərdiyi sənədlər qovluğu.

Gələnlər qovluğunda olan sənədi 2 dəfə tıkladıqda aşağıdakı komanda düymələri yaranır:

“Gələnlər” qovluğu üzrə:

  • Sənəd məlumatları – sənədin kimdən daxil olduğu, onun adı və qeydiyyat nömrəsi barədə məlumatları göstərir.

  • Əlavə məlumatlar –sənədlə bağlı əlaqəli məlumatları göstərir.

  • Cavabla – ekranda göstərilən cari sənədə yeni cavab sənədinin hazırlanması üçündür.

“Göndərdiklərim” qovluğu üzrə:

  • Sənəd məlumatları – sənədin kimə ünvanlandığı, onun adı və qeydiyyat nömrəsi barədə məlumatları göstərir.

  • Əməliyyat tarixcəsi – göndərilmiş sənədin vergi orqanında vəzifəli şəxslər arasında hərəkətini göstərir.

  • Əlavə məlumatlar – sənədlə bağlı əlaqəli məlumatları göstərir.

  • Bildiriş – sənədin göndərilməsini təsdiqləyən məlumatı (bildirişi) ekrana çıxardır.

Yeni sənədin hazırlanması

Vergilər Nazirliyinə və ya digər vergi ödəyicilərinə sənəd göndərmək üçün Yeni müraciət düyməsindən istifadə olunur. Bu zaman açılan ekranda Müraciətin növü siyahısından sənəd növü seçilir  və Qəbul düyməsi basılır.


Şəkil 2.

Qeyd: Əgər “Müraciətin növü” siyahısından Ərizə seçilərsə, onda aşağıdaki ərizə növlərindən biri seçilir və Qəbul düyməsi basılır:

  • Sair ərizə;

  • Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi;

  • Fiziki şəxsin qeydiyyatının dayandırılması ərizəsi və s.


Şəkil 3.


Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi (RYTN kartı)

Vətəndaşın vergi uçotuna alınması üçün ilk öncə onun RYTN e-İmza "Vətəndaş" tipli sertifikatı olmalıdır.

Bundan sonra o, İnternet Vergi İdrarəsinin "e-İMZA" bölməsindən "Onlayn Kargüzarlıq və e-VHF" bəndini və "RYTN e-İmza" kartı radio düyməsini seçərək sistemə daxil olur. Bu barədə məlumat əldə etmək üçün bu link üzərinə klik edə bilərsiniz..

Sistemə autentifikasiya olunduqdan sonra Onlayn Kargüzarlıq bölməsinə daxil olunur.

Burada vətəndaşın VÖEN alması üçün 2 üsul mövcuddur:

  • Yeni müraciət düyməsi vasitəsilə;

  • F/Ş qeydiyyat ərizəsi düyməsini basmaqla.

Yeni müraciət düyməsi vasitəsilə:

Aşağıdakı əməliyyatlar yerinə yetirilir:

  • Yeni müraciət düyməsi basılır;

  • Sənədin növü siyahısından “Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi” seçilir və Qəbul düyməsi sıxılır.

Ekrana aşağıdakı elektron ərizə forması çıxır:




Şəkil 4. F/ş qeydiyyat ərizəsinin məlumatlarının daxil edilməsi

İstifadəçi həmin ekranda aşağıdakı məlumatları daxil edir və sonda İrəli düyməsini basır:

a) Poçt əlaqəsinin aparılacağı hüquqi və ya faktiki ünvanlardan birini seçir.

b) Fəaliyyət sahəsinin kodunu daxil edir və Əlavə et düyməsini basır. Bu zaman fəaliyyət sahəsinin məlumatları alt cədvələ düşür.

c) Əvvəlki 9 rəqəmli VÖEN-i varsa onu daxil edir və yoxlamaq üçün Yoxla düyməsini basır.

d) Mükəlləfiyyəti seçir: Əlavə dəyər vergisi (ƏDV), Fiziki şəxslərin gəlir vergisi, Sadələşdirilmiş vergi.

Növbəti pəncərədə əgər daxil edilmiş məlumatlar doğrudursa, “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsinin qarşısındakı boş xana işarələnir və İcra et düyməsi basılır.


Şəkil 5. F/ş qeydiyyat ərizəsinin məlumatlarının yoxlanılması


Sistem tərəfindən aşağıdakı Bildiriş məlumatı ekranda əks olunur:



Şəkil 6. F/ş qeydiyyat ərizəsinin təsdiqlənməsi barədə bildiriş

 

Bildirişi cap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrdən biri basılır.

Bu əməliyyatlardan sonra, fiziki şəxsin onlayn qeydiyyat ərizəsi imzalanmaq üçün istifadəçinin Gələnlər qovluğuna düşür:




Şəkil 8.

 

 

 

İstifadəçi Gələnlər qovluğundan həmin sənədi tapır və kompüterinə endirir və RYTN "e-İmzalayıcı" proqramı vasitəsilə sənədi imzalayır.

RYTN "e-İmza" kartı vasitəsilə imzalama əməliyyatına bu link üzərinə klik etməklə tanış olmaq olar. İmzalanmış sənəd faylının tipi "edoc" olur.

İstifadəçi təkrar RYTN "e-İmza" (vətəndaş) kartı ilə sistemə daxil olur və "F/Ş qeydiyyatı ərizəsi" düyməsini sıxır.

Sonra "Ərizənin göndərilməsi" bölməsi vasitəsilə imzalanmış "edoc" faylını sistemə yükləyir.




Şəkil 9.


Sonra Qəbul düyməsi basılır. Ekrana sənədin göndərilməsini göstərən Bildiriş məlumatı çıxır:




Şəkil 10.


İstifadəçi bu Şəhadətnaməni Adobe Reader proqramının imkanlarından istifadə edərək çap edə bilər.

 

Sonda sənədin bir nüsxəsi Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir. Fiziki şəxsin onlayn qeydiyyat Şəhadətnaməsi isə istifadəçinin Gələnlər qovluğuna düşür:


Əvvələ qayıtmaq

 

Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi

Fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • "Kimə" siyahısından - Vergilər Nazirliyi

  • "Müraciətin növü" siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Fəaliyyətin və əməliyyatın dayandırıldığı tarix daxil edilir.

  2. Fəaliyyətin və əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir.

  3. Fəaliyyətin dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı ödənilib-ödənilməməsi (variant seçilir).

  4. İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.

Qeyd: Onlayn rejimdə Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.  Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.


Hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi

Hüquqi şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Fəaliyyətin və əməliyyatın dayandırıldığı tarix daxil edilir.

  2. Fəaliyyətin və əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir.

  3. Fəaliyyətin dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı ödənilib-ödənilməməsi (variant seçilir).

  4. İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.

Qeyd:  Onlayn rejimdə Hüquqi şəxsin əaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.  Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.


Filialın fəaliyyətinin dayandırılması ərizəsi

Filialın fəaliyyətinin onlayn rejimdə dayandırılması ərizəsinin işlənməsi üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Filialın fəaliyyətinin dayandırılması ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Fəaliyyətinin dayandırıldığı filialın adı siyahıdan seçilir.

  2. Fəaliyyətin və əməliyyatın dayandırılma tarixi daxil edilir.

  3. Fəaliyyətin və əməliyyatın bərpa edildiyi tarix daxil edilir.

  4. İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana Filialın fəaliyyətinin dayandırılması  barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.

Qeyd:  Onlayn rejimdə Filialın fəaliyyətinin fəaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.  Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.


Obyektin fəaliyyətinin dayandırılması ərizəsi

Obyektin fəaliyyətinin onlayn rejimdə dayandırılması ərizəsinin işlənməsi üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Obyektin fəaliyyətinin dayandırılması ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Fəaliyyətinin dayandırıldığı obyektin adı siyahıdan seçilir.

  2. Fəaliyyətin və əməliyyatın dayandırılma tarixi daxil edilir.

  3. Fəaliyyətin və əməliyyatın bərpa edildiyi tarix daxil edilir.

  4. İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana Obyektin fəaliyyətinin dayandırılması barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.

Qeyd:  Onlayn rejimdə Obyektin fəaliyyətinin fəaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.  Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.


Şəhadətnamə-dublikatın alınması üçün ərizə

Bankda hesab  açılması ilə bağlı şəhadətnamə-dublikatın alınması ərizəsinin işlənilməsi  üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Şəhadətnamə-dublikatın alınması üçün ərizə

seçilir və Qəbul düyməsi basılır.

 

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Bankın adı siyahıdan seçilir.

  2. Filialın adı seçilir (hesab bankın filialında açılacağı halda).

  3. Hesabın növü seçilir.

  4. Valyuta növü seçilir.

  5. İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana bankda hesabın açılması barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.


Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi

Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsinin işlənilməsi  üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

İstifadəçi tərəfindən açılan pəncərədə Fəaliyyətin bərpa tarixi daxil edilir və İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana Fiziki şəxsin fəaliyyətinin bərpası barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.


Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi

Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsinin işlənilməsi  üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

İstifadəçi tərəfindən açılan pəncərədə Fəaliyyətin bərpa tarixi daxil edilir və İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana Hüquqi şəxsin fəaliyyətinin bərpası barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.


Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi

“Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi”ni işləmək üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

İstifadəçi tərəfindən aşağıdakı məlumatlar daxil edilir:

Rekvizitin adı İzahı

Vergi ödəyicisinin VÖEN-i

Əgər NKA STXM tərəfindən qeydiyyata alınarsa, bu rekvizit boş olur, istifadəçi tərəfindən daxil edilir və Axtar düyməsi basılır. Nəticədə ödəyicinin adı ekrana çıxır.

Əgər NKA vergi ödəyicisi tərəfindən qeydiyyata alınarsa, o zaman  VÖEN və ödəyicinin adı sistem tərəfindən avtomatik ekrana çıxarılır.
Obyekt VÖEN daxil edilərək Axtar düyməsi basıldıqdan sonra yaranan siyahıdan obyekt adı seçilir.
Kassanın markası Siyahıdan seçilir.
Zavod nömrəsi NKA-nın zavod nömrəsi daxil edilir.
Sayğacın ilk göstəricisi NKA-nın ilkin göstəricisi daxil edilir.
Qeydiyyat tarixi Qeydiyyat tarixi cari və ya əvvəlki tarix ola bilər.
STXM aktının tarixi STXM aktının tarixi cari və ya əvvəlki tarix ola bilər.
Elektron qurğunun tipi Radio düymələrdən qurğunun tipi seçilir (“ENL”, “EMQ” və ya “ENL və EMQ yoxdur”)
Nömrəsi Seçilmiş radio düymədən asılı olaraq ENL və ya EMQ-nin Nömrəsi daxil edilir.
Fiskal yaddaşın göstəricisi Seçilmiş radio düymədən asılı olaraq ENL və ya EMQ-nin Fiskal yaddaşının göstəricisi daxil edilir.
Quraşdırılma aktının tarixi Seçilmiş radio düymədən asılı olaraq ENL və ya EMQ-nin Quraşdırılma aktının tarixi daxil edilir.
STXM-in NKA quraşdırma aktı Həmin akt skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir.
NKA-nın Fiskal yaddaş çeki Çek skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir.
STXM-in EMQ quraşdırma aktı Quraşdırılma aktı skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir.
STXM ilə müqavilə Müqavilə sənədi skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir.

Hər bir rekvizitin qarşısındakı Təmizlə düyməsi həmin rekvizitin xanasını təmizləmək üçün nəzərdə tutulur.

Qeyd: Əgər “Elektron qurğunun tipi”   “ENL və EMQ yoxdur” seçilərsə, o zaman NKA-nın nömrəsi, Fiskal yaddaşın göstəricisiQuraşdırılma aktının tarixinin xanaları boş olacaq.

Sondaİrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır.  Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra “Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi barədə Bildiriş ekrana çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçündür.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.


Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsi

Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsinin işlənilməsi  üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

 

İstifadəçi tərəfindən aşağıdakı məlumatlar daxil edilir:

Rekvizitin adı İzahı

Vergi ödəyicisinin VÖEN-i

Əgər NKA STXM tərəfindən qeydiyyata alınarsa, bu rekvizit boş olur, istifadəçi tərəfindən daxil edilir və Axtar düyməsi basılır.
Əgər NKA vergi ödəyicisi tərəfindən qeydiyyata alınarsa, o zaman  VÖEN sistem tərəfindən avtomatik ekrana çıxarılır. Ödəyici Axtar düyməsini basır.

Hər iki halda Axtar düyməsindən sonra ödəyicinin adı ekrana çıxırılır.
Obyekt VÖEN daxil edilərək Axtar düyməsi basıldıqdan sonra yaranan siyahıdan obyekt adı seçilir.
Kassanın markası Obyektdə quraşdırılmış aktiv kassaların markaları siyahıdan seçilir.
Zavod nömrəsi Qeydiyyatdan çıxarılan NKA-nın zavod nömrəsi daxil edilir.
Qediyyatdan çıxma tarixi NKA-nın qeydiyyatdan çıxarılmaı tarixi cari və ya əvvəlki tarix ola bilər.
STXM-in plombun zədələnməməsi barədə aktı Həmin akt skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir.
Fiskal yaddaş çeki Fiskal yaddaş çek skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir.
EMQ STXM aktı Əgər qeydiyyatdan çıxarılan NKA-nın ENL və ya EMQ qurğusu mövcuddursa, o zaman “EMQ STXM aktı”-nın PDF faylı daxil edilir. Əks halda, bu xana boş saxlanılır.

Hər bir rekvizitin qarşısındakı Təmizlə düyməsi həmin rekvizitin xanasını təmizləmək üçün  nəzərdə tutulur.

Sonda İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır.  Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra “Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsi barədə Bildiriş ekrana çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçündür.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.


Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli qeydiyyat) - RYTN kartı vasitəsilə

 

Yerli investisiyalı hüquqi şəxsin sürətli qeydiyyatı  üçün “H/Ş elektron qeydiyyatı” -> “Sürətli qeydiyyat ərizəsi” düymələri ardıcıl basılır:


Hüquqi şəxsin sürətli qeydiyyatı

Bu pəncərəyə “Yeni müraciət” düyməsini basmaqla və Ərizə növü olaraq “Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı ərizəsi”ni seçməklə də keçmək olar.


“Ərizənin hazırlanması” bölməsi seçilir:


Hüquqi şəxsin sürətli qeydiyyatı pəncərəsi

 

Dəyiş düyməsi vasitəsilə hüquqi şəxsin şəxsi məlumatlarında dəyişiklik etmək olar. Bu məlumatlar sistem tərəfindən hüquqi şəxsin elektron Ərizəsinin, Nizamnaməsinin və Qərarının avtomatik generasiya olunması zamanı istifadə olunur.


Əgər hüquqi şəxsin təmsilçisi rəbərin özü deyilsə, o zaman “Rəhbər özüməm” adlı ifadənin işarələnməsi ləğv edilir.


Nəticədə “Rəhbər məlumatları” adlı  bölmə ekrana çıxır.


“Rəhbər məlumatları” pəncərəsi

 

İstifadəçi (təsisçi)  öz PİN kodunu daxil edir və "..." düyməsini basır. Sistem tərəfindən məlumatlar müvafiq xanalara avtomatik doldurulur.


Sonra Fəaliyyət kodu  daxil edilir və yanındakı "..." düyməsi basılır.


Fəaliyyət kodunun daxil edilməsi

 

Sistem tərəfindən Fəaliyyət sahəsinin adı sağda yerləşən xanaya çıxarılır.


Sonda İrəli düyməsi basılır.


Sistem tərəfindən istifadəçinin elektron Ərizəsi, Nizamnaməsi Qərarı avtomatik hazırlanır. Həmin sənədlərə baxmaq üçün aşağıdakı şəkildə göstərilən Ərizə, NizamnaməQərar adlı düymələrdən istifadə olunur.


H/ş məlumatlarının təsdiqlənməsi

 

Əgər məlumatlar doğrudursa, onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda isə İmtina düyməsi basılır.


Təsdiqdən sonra Bildiriş ekrana çıxır.


H/ş sənədlərinin generasiya olunması barədə Bildiriş.

 

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.


Hazırlanan sənəd istifadəçinin Gələnlər qovluğuna düşür.


Hüquqi şəxsin generasiya olunmuş sənədləri

 

Sonra istifadəçi Əsas (Ərizə)  Qoşma sənədlərin (Nizamnamə, Qərar) üzərinə vurmaqla onları öz kompüterinə köçürür.


O, “e-İmzalayıcı” proqramı vasitəsilə həmin sənədləri imzalamalıdır.


Bunun üçün əvvəlcə "e-İmza" kartı oxuyucu qurğuya daxil edilir.

"e-İmza" kartının oxuyucuya daxil edilməsi

 

Sonra istifadəçinin kompüterinə qurulmuş “e-İmzalayıcı” proqram yerinə yetirilir.


Açılan pəncərədə Yeni düyməsi basılır.

 


“e-İmzalayıcı” proqram

 

Bu zaman "Faylları əlavə etmək" düyməsi aktivləşir.

İstifadəçi həmin düymə vasitəsilə yuxarıda göstərilən faylların (Ərizə, Nizamnamə, Qərar)   birini seçir və alt bölməyə əlavə edir.


. “e-İmzalayıcı” proqram (Faylın əlavə edilməsi)

 

Sonra İmzalamaq düyməsi basılır.

 


“e-İmzalayıcı” proqram (Faylın imzalanmağa verilməsi)

 

İmzanın formatı seçilir və İrəli düyməsi basılır.

 


“e-İmzalayıcı” proqram (İmzanın formatının təyin edilməsi)

 

Ekrana kompüterdə sertifikata malik istifadəçilərin siyahısı çıxır.


“e-İmzalayıcı” proqram (İmzalayan şəxsin seçilməsi)


İstifadəçi öz adını siyahıdan seçir və sonra İrəli düyməsini basır.

Açılan yeni ekranda İmzalamaq düyməsi basılır.

 


“e-İmzalayıcı” proqram (İmzalanmağın başlanılması)

 

Növbəti pəncərədə istifadəçinin "e-İmza" kartının PİN kodu daxil edilir (bu kod məxfi saxlanılmalıdır)Login düyməsi basılır.

 


“e-İmzalayıcı” proqram (PİN kodun daxil edilməsi)

 

Nəticədə seçilmiş sənəd imzalanılır və onun adı “İmzalar” bölməsinə düşür. 

 


“e-İmzalayıcı” proqram (İmzalanma əməliyyatının başa çatması)

 

Sonra Yadda saxla düyməsi ilə həmin fayl başqa adla diskə yazılır (səhv etmə ehtimalını aradan qaldırmaq üçün seçilmiş faylın adına “_imza” sözü əlavə etmək tösiyyə olunur).


Bu əməliyyatı Ərizə, NizamnaməQərar faylları üçün ayrı-ayrılıqda etmək tələb olunur.


Sonra yenidən Onlayn Kargüzarlıq altsisteminə daxil olmaq lazımdır.

Yenidən aşağıdakı düymələr ardıcıl basılır:


“H/Ş elektron qeydiyyatı” -> “Sürətli qeydiyyat ərizəsi”.


Ərizənin göndərilməsi bölməsi seçilir.

E-İmzalayıcı proqramı vasitəsilə imzalanmış Ərizə, Nizamnamə və Qərar faylları Axtar düyməsilə sistemə yüklənilir və Qəbul düyməsi basılır.

 

Ərizənin göndərilməsi bölməsi

 

Nəticədə aşağıdakı Bildiriş ekrana çıxır:

 


Hüquqi şəxsin sürətli qeydiyyatı barədə Bildiriş

 

Bildirişi cap etmək və ya pəncərəni bağlamaq üçün müvafiq düymələrdən (Bağla, Çap)  biri basılır.


Sonda sənədin bir nüsxəsi  Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir.

Əvvələ qayıtmaq


Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (adi qeydiyyat) - RYTN kartı vasitəsilə

Yerli investisiyalı hüquqi şəxsin adi qeydiyyatı  üçün "H/Ş elektron qeydiyyatı" -> "Adi qeydiyyat ərizəsi" düymələrini ardıcıl basmaq və ya "Yeni müraciət" düyməsini basmaqla Ərizə növü olaraq "Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi"ni seçmək lazımdır.


Ekrana aşağıdakı “Ərizənin hazırlanması” bölməsi açılır:

 


Şəkil 30. Hüquqi şəxsin onlayn qeydiyyatı pəncərəsi

 

İstifadəçi tərəfindən aşağıdakı məlumatlar daxil edilir:

Rekvizitin adı

İzahı

Cəmiyyətin adı

Cəmiyyətin adı daxil edilir və "..." düyməsi basılır. Nəticədə həmin ad yoxlanılır. Əgər həmin ad sistemdə varsa, o zaman bu barədə məlumat ekrana çıxır. İstifadəçi başqa ad daxil etməlidir.

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı

Ümumi məbləğPayların ümumi miqdarı daxil edilir.

Təsisçilərin ümumi sayı

Təsisçilərin ümumi sayı daxil edilir. Ən azı 1 nəfər təsisçi olmalıdır.

Təsisçi hüquqi şəxslərin ümumi məlumatları

Əgər təsisiçi hüquqi şəxsdirsə, yuxarıda sayı daxil edilmiş hər bir təsisçinin VÖEN-i, Adı, Nizamnamə kapitalı məbləği, Paylarının ümumi miqdarı Əlavə et düyməsilə daxil edilir.

Təsisçi fiziki şəxslərin məlumatları

Əgər təsisçi fiziki şəxsdirsə, onda onun PİN kodu, Adı, Soyadı, Atasının adı, Doğum tarixi, Rayonu Əlavə et düyməsi ilə daxil edilir.

Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı

Məhdud məsuliyyətli cəmiyyətin ekranda görünən hüquqi ünvan bölməsinin xanaları doldurulur. Bu xanaların hamısının daxil edilməsi vacibdir.

Cəmiyyətin icra orqanının forması

Cəmiyyətin icra orqanının forması Təkbaşına Kollegial ola bilər.
Əgər Təkbaşına seçilmişdirsə, o zaman “Təkbaşına idarəetmə orqanının məlumatları” bölməsində həmin şəxsin PİN kodu daxil edilir və "..." düyməsi basılır. Sistem tərəfindən məlumatlar siyahılara və xanalara doldurulur. İstifadəçi siyahılardan lazım olanları seçir. O, xanalardakı məlumatlarda dəyişiklik edə bilər.
Əgər Kollegial seçilmişdirsə, onda onların sayı minimum 3(üç) və tək ədəd olmalıdır. Bundan başqa, onlardan biri kollegiya sədri seçilməlidir.

Müşahidə şurasının üzvlərinin sayı

Müşahidə şurasının üzvlərinin sayı varsa, daxil edilir. Daxil edilmişlərdən biri şuranın sədri olmalıdır.

Müşahidə şurasının tərkibi

Əgər müşahidə şurasının sayı yuxarıda daxil edilmişdirsə, o zaman, hər bir şura üzvünü məlumatları Əlavə et düyməsilə daxil edilir (PİN kodu, Adı, Soyadı, Atasının adı, Doğulma tarixi, Rayonu).
Əgər müşahidə şurası yoxdursa, onda bu bölmə boş saxlanılır.

Cəmiyyətin fəaliyyət sahəsi

Cəmiyyətin fəaliyyət sahəsi “F/S kodu” xanasına daxil edilir və Əlavə et düyməsi basılır. Bu zaman fəaliyyət sahəsinin məlumatları sistem tərəfindən alt cədvələ çıxarılır.
Əgər səhv daxil edilmişdirsə, onda Çıxart düyməsi basılır.

Sonda İrəli düyməsi basılır.


Sistem tərəfindən istifadəçinin elektron Ərizəsi, Nizamnaməsi Qərarı avtomatik hazırlanır.


Sonra ekrana məlumatların təsdiqlənməsi pəncərəsi çıxır. İstifadəçi həmin pəncərədə Ərizə, NizamnaməQərar adlı düymələrdən istifadə etməklə məlumatlarla tanış olur.


Əgər məlumatlar doğrudursa, onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda isə İmtina düyməsi basılır.


Təsdiqdən sonra ekrana Bildiriş pəncərəsi çıxır.


Həmin pəncərədə Çap düyməsi Bildirişi çap etmək, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.


Hazırlanan sənəd istifadəçinin Gələnlər qovluğuna düşür.


İstifadəçi Gələnlər qovluğunda həmin sənədin Əsas (Ərizə)  Qoşma (Nizamnamə, Qərar) fayllarını yuxarıda şərh edilmiş “Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli qeydiyyat)” bölməsində olduğu kimi öz kompüterinə endirir  və "e-İmzalayıcı" proqramı vasitəsilə imzalayır.

Qeyd: Təsisçi olan fiziki şəxslərin hamısı həmin sənədləri “e-İmzalayıcı” proqramı vasitəsilə imzalamalıdırlar.


Sonra yenidən Onlayn Kargüzarlıq altsisteminə daxil olunur.

Sonra aşağıdakı düymələr ardıcıl basılır:


"H/Ş elektron qeydiyyatı" -> “Adi qeydiyyat ərizəsi”.


Ərizənin göndərilməsi bölməsi seçilir. E-İmzalayıcı proqramı vasitəsilə imzalanmış Ərizə, Nizamnamə Qərar  faylları Axtar düyməsilə proqrama yüklənilir və İrəli düyməsi basılır.


Nəticədə Hüquqi şəxsin onlayn qeydiyyatı sistem tərəfindən həyata keçirilir və bu barədə aşağıdakı Bildiriş ekrana çıxır.


Hüquqi şəxsin onlayn qeydiyyatı barədə Bildiriş

 

Bildirişi cap etmək və ya pəncərəni bağlamaq üçün müvafiq düymələrdən (Bağla, Çap) biri basılır.


Sonda  sənədin bir nüsxəsi  Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir.

Əvvələ qayıtmaq


Obyektin qeydiyyat ərizəsi

"Obyektin qeydiyyatı ərizəsi"ni işləmək üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi
  • “Müraciətin növü” siyahısından - Ərizə
  • “Sənədin növü” siyahısından – Obyektin qeydiyyatı ərizəsi

 seçilir və Qəbul düyməsi basılır.


Nəticədə aşağıdakı pəncərə ekrana çıxır:


Obyektin qeydiyyatı (“Mülkiyyətində olan” variantı seçildikdə)

 

Burada, “Vergi ödəyicisi haqqında məlumat” bölməsindəki rekvizitlər doldurulmuş şəkildə  sistem tərəfindən ekrana çıxarılır.


İstifadəçi “İcarə vəziyyəti” bölməsində aşağıdakı variantlardan birini seçir.

  • Mülkiyyətində olan;
  • İcarəyə götürən;
  • Ödəmə mənbəyində;
  • Operativ aktı.

Əgər “Mülkiyyətində olan” variantı seçilərsə, yuxarıdakı şəkildə göstərilən

  • Obyekt haqqında,
  • Özəlləşdirmə sənədi,
  • Obyektin ünvanı

bölmələrinin rekvizitləri istifadəçi tərəfindən daxil edilir və ya açılan düymələr vasitəsilə siyahılardan seçilir.


“İcarəyə götürən” variantı seçildikdə, aşağıdakı şəkildə göstərilən  “Obyekt haqqında” bölməsi istifadəçi tərəfindən doldurulur:


Obyektin qeydiyyatı (“İcarəyə götürən” variantı seçildikdə)

 

İstifadəçi “İcarə verilən obyekt haqqında məlumat” bölməsində “İcarəyə alınan obyektin kodu” rekvizitini daxil edib Axtar düyməsini basdıqda “Obyektin ünvanı” bölməsinin bütün rekvizitləri sistem tərəfindən avtomatik doldurulur və istifadəçi tərəfindən həmin rekvizitlərdə düzəliş etmək mümkün olmur.


İstifadəçi tərəfindən “İcarə verilən obyekt haqqında məlumat” bölməsinin aşağıdakı digər rekvizitləri daxil edilməlidir:

  • İcarə müqaviləsinin nömrəsi,
  • İcarə müqaviləsinin tarixi;
  • İcarə məbləği;
  • Müqavilənin başlanma tarixi;
  • Müqavilənin bitmə tarixi.

Bu bölmədə icarəyə verən şəxsin PİN kodunu daxil edib "..." düyməsini basdıqda sistem tərəfindən həmin şəxsin məlumatları (“ŞV seriya/ŞV nömrə”, “Soyadı”,”Adı”, “Atasının adı”)  müvafiq xanalara avtomatik doldurulur.


“Ödəmə mənbəyində” variantı seçildikdə, aşağıdakı şəkildə göstərilən  “Obyekt haqqında” bölməsi istifadəçi tərəfindən doldurulur:


Obyektin qeydiyyatı (“Ödəmə mənbəyində” variantı seçildikdə)

 

İstifadəçi tərəfindən “İcarə verilən obyekt haqqında məlumat” və “Obyektin ünvanı” bölmələrinin bütün rekvizitləri daxil edilməlidir.


Bu bölmədə yuxarıda olduğu kimi  icarəyə verən şəxsin PİN kodunu daxil edib "..." düyməsini basdıqda sistem tərəfindən həmin şəxsin məlumatları (“ŞV seriya/ŞV nömrə”, “Soyadı”,”Adı”, “Atasının adı”)  müvafiq xanalara avtomatik doldurulur.

“İcra vəziyyəti” bölməsində “Operativ aktı” vatiantı seçildikdə, aşağıdakı şəkildə göstərilən məlumatlar istifadəçi tərəfindən doldurulur:


Obyektin qeydiyyatı (“Operativ aktı” variantı seçildikdə)

 

İstifadəçi tərəfindən “Obyekt haqqında”, ”Operativ aktı haqqında məlumat” və “Obyektin ünvanı” bölmələrinin bütün rekvizitləri daxil edilməlidir.

 

Yuxarıda şərh edilən “İcarə vəziyyəti” bölməsində göstərilən hər dörd variantdan biri vasitəsilə məlumatlar daxil edildikdən sonra istifadəçi tərəfindən obyektin fəaliyyət kodu daxil edilir və Əlavə et düyməsi basılır.


Nəticədə obyektin fəaliyyət kodu və adı alt cədvələ əlavə olunur. Əgər fəaliyyət sahəsi bir neçədirsə, onların hamısı bu qayda ilə daxil edilir. Səhv daxil edilən fəaliyyət sahəsi Çıxart düyməsi vasitəsilə cədvəldən çıxarılır. Əsas fəaliyyət sahəsi işarələnir.

Sonra qeydiyyat əməliyyatını yerinə yetirən vergi işçisinin “AVİS istifadəçi məlumatları” (“İstifadəçi adı”, “Parolu”) daxil edilir.

Sonda İrəli düyməsi basılır.


Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır.  Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.


Təsdiqdən sonra “Obyektin qeydiyyatı barədə barədə Bildiriş ekrana çıxır.


Obyektin qeydiyyatı barədə Bildiriş nümunəsi

 

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçündür.


Göndərilən elektron ərizə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.


POS-terminalın qeydiyyata alınması ərizəsi

POS terminallar Banklar vasitəsilə qeydiyyata alınırlar.

Bunun üçün Onlayn kargüzarlıq altsisteminə daxil olunur və aşağıdakı əməliyyatlar yerinə yetirilir.


Yeni müraciət düyməsi basılır. Açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi
  • “Müraciətin növü” siyahısından - Ərizə
  • “Sənədin növü” siyahısından – POS terminalın qeydiyyata alınması

seçilir və Qəbul düyməsi basılır.


Nəticədə aşağıdakı pəncərə ekrana çıxır:


POS-terminalın qeydiyyata alınması

 

İstifadəçi odəyicinin VÖEN-i daxil edir və Axtar düyməsini basır.


Sonra “Obyektin kodu”, “Bankın adı”, “Filialın adı” siyahılardan seçilir və “Terminalın seriya nömrəsi” daxil edilir.


Sonda İrəli düyməsi basılır.


Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır.  Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.


Təsdiqdən sonra “POS-terminalın qeydiyyata alınması barədə Bildirişekrana çıxır.


POS-terminalın qeydiyyata alınması barədə Bildiriş nümunəsi

 

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçündür.


Göndərilən elektron ərizə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.


ƏDV-nin qeydiyyatı ərizəsi

“ƏDV-nin qeydiyyatı ərizəsi”ni işləmək üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - Ərizə

  • “Sənədin növü” siyahısından - ƏDV qeydiyyatı ərizəsi

seçilir və Qəbul düyməsi basılır.

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Qeydiyyat növü siyahıdan seçilir.

  2. Qüvvəyə minmə tarixi daxil edilir.

  3. İrəli düyməsi basılır.

Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə ekranı çıxır.

Bu zaman məlumatların doğruluğuna əmin olduqda  onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.

Təsdiqdən sonra ekrana ƏDV qeydiyyatı barədə Bildiriş məlumatı çıxır.

Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.


"Sair" ərizələr

“Sair ərizə”nin qeydiyyatı üçün Yeni müraciət düyməsi basılır.

Açılan pəncərədə “Müraciətin növü” siyahısından “Ərizə” seçilir.

“Sənədin növü” kombosundan isə “Sair ərizə” seçilir və Qəbul düyməsi basılır.

Digər əməliyyatlar və ekran şəkillərı aşağıdakı paraqrafa oxşar aparılır.


Vergilər Nazirliyinə şikayət, sorgu, təklif, təşəkkür, məktub göndərilməsi

Vergilər Nazirliyinə şikayət, sorgu, təklif, təşəkkür, məktub göndərmək üçün Yeni müraciət düyməsi basılır.

  • “Kimə” siyahısından - Vergilər Nazirliyi

  • “Müraciətin növü” siyahısından - “şikayət” və ya “sorgu” və ya “təklif” və ya “təşəkkür” və ya “məktub”

seçilir və Qəbul düyməsi basılır.

 

Açılan aşağıdakı ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:

  1. Dövlət orqanı siyahıdan seçilir.

  2. “Kimə” siyahısından Vergilər Nazirliyi seçilir.

  3. “Müraciətin növü” siyahısından Ərizə seçilir.

  4. Sənədin cavabının alınma forması seçilir (“Bu ünvana gəlsin”,  “Kağız formada” adi poçtla).

  5. İstifadəçinin imzası soyadı, adı və atasının adı), vəzifəsi daxil edilir.

  6. İrəli düyməsi basılır.

 


 

Ekrana sənədin təsdiq olunması barədə məlumat çıxır.

İstifadəçi sənədi təsdiq etmək üçün "Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm" ifadəsini qeyd etməlidir. Bu zaman Göndər düyməsi aktivləşir. Həmin düymə icra olunduqda sistem tərəfindən  Bildiriş məlumatı ekrana çıxarılır və sənədə  16 rəqəmli nömrə verilir.

Həmin bildirişi cap etmək və ya bildiriş ekranını bağlamaq üçün müvafiq düymələrdən biri seçilir. Nəticədə,  sənədin bir nüsxəsi  Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir.


Tender məlumatlarının göndərilməsi

Tender məlumatı dedikdə, “Dövlət büdcəsinin vəsaiti  hesabına maliyyələşən investisiya layihələri üzrə tenderlərin qalibləri ilə bağlanılmış müqavilələr,  dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması  üzrə məbləği 50,0 min manatdan yuxarı olan bağlanılmış müqavilələr barədə” məlumat formasının doldurulması başa düşülür.

Vergilər Nazirliyinə Tender məlumatlarını göndərmək üçün aşağıdakı şəkildə göstərilən əməliyyatları ardıcıl yerinə yetirmək lazımdır.

  1. Yeni müraciət düyməsi basılır.

  2. “Kimə” siyahısından Vergilər Nazirliyi seçilir.

  3. “Müraciətin növü” siyahısından Tender məlumatı seçilir.

  4. Qəbul düyməsi basılır.

Yuxarıdakı əməliyyatlardan sonra Tender məlumatlarının daxil edilməsi ekranı açılacaq. İstifadəçi Əlavə et düyməsini basır və tender məlumatlarını daxil edir. Sonda İrəli düyməsi basılır.

Növbəti ekranda daxil edilmiş məlumatların təsdiqlənməsi tələb olunur. İstifadəçi ekrana çıxan məlumatların döğruluğuna əmin olduqdan sonra Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm ifadəsini qeyd etməli və Göndər düyməsini basmalıdır.

Ekrana tender məlumatlarının göndərilməsini təsdiqləyən bildiriş çıxır.

İstifadəçi bildirişi ya çap edir, ya da bağlayır.

Sonda yeni qeydiyyata alınmış sənəd Göndərdiklərim qovluğuna düşür. Onun digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir.


Digər vergi ödəyicilərinə sənəd göndərilməsi

Digər vergi ödəyicilərinə məktub göndərmək üçün “Kimə” sahəsindən “Digər vergi ödəyicisinə” ifadəsi  seçilir və Qəbul düyməsi basılır.


Digər vergi ödəyicilərinə sənəd göndərilməsi

 

Aşağıdakı ekrandan onun VÖEN-i daxil edilir. Sistem müəyyən məlumatları avtomatik doldurur. Digər xanalar isə istifadəçi tərəfindən daxil edilir.

 


Digər vergi ödəyicilərinə yeni sənəd göndərilməsi

Sonda Göndər düyməsi basılır.


Digər vergi ödəyicilərinə sənəd göndərilməsi barədə bildiriş ekranı

Sənəd digər vergi ödəyicisinin Gələnlər, göndərən tərəfin isə Göndərdiklərim qovluqlarına düşür.


Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış

Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışı onlayn qaydada tərtib edib göndərmək üçün növbəti şəkildə göstərilən müraciət növü seçilir:

 

Sonra ekranda görünən rekvizitlər daxil edilir.

Əgər "İl ərzində seçdiyi metodun növü" adlı rekvizit üçün radio düymələrdən "VM 151.1" seçilərsə, onda 290-296 bəndlərinə məlumat daxil edilmir.

Əgər "İl ərzində seçdiyi metodun növü" adlı rekvizit üçün radio düymələrdən "VM 151.2" seçilərsə, onda 295 və 296 bəndləri istisna olunmaqla digər bəndlərə məlumat daxil edilir.

Əgər "İl ərzində seçdiyi metodun növü" adlı rekvizit üçün radio düymələrdən "VM 151.3" seçilərsə, yalnız 295 və 296 bəndlərinə məlumat daxil edilir.

 

 

İrəli düyməsi basılır və ekrana daxil edilmiş məlumatların doğruluğunun təsdiqlənməsi pəncərəsi gəlir:

 

Göndərmək üçün İmzala və göndər düyməsi basılır (sistemə daxil olma növündən asılı olaraq bü düymənin adı fərqli ola bilər: məs, Qəbul). Nəticədə həmin Arayış vergi orqanına göndərilir.

Arayış rüb bitdikdən sonra Vergi Məcəlləsinə uyğun olaraq növbəti ayın 1-dən 15-dək tarix aralığında göndərilməlidir. Arayışda Vergi dövrü məlumatı avtomatik gəlir.

Əgər dövr bitməmiş Arayış təqdim edilərsə, aşağıdakı mesaj ekranda görünür:

 

Onda, Arayış rüb bitdikdən sonra növbəti ayın 1-dən 15-dək olan tarix aralığında göndərilməlidir.

 


 

“Vergilər” qəzetinə müraciətin göndərilməsi (H/ş ləğv edilməsi barədə)

Bu müraciət növünü İnternet Vergi İdarəsinə Asan İmza və ya Elektron İmza (məs. RYTN "e-İmza" kartı) vasitəsilə göndərmək mümkündür.

Asan İmza ilə müraciətin göndərilməsi:

Onlayn Kargüzalıqda Yeni müraciət düyməsini basmaqla (1) siyahıdan “Vergilər” qəzetinə müraciətin göndərilməsi (H/ş  ləğv edilməsi barədə) adlı sənəd növü  (2) seçilir.

 

 

Siyahıdan müvafiq bənd seçilir və Qəbul düyməsi basılır.

Növbəti pəncərə ekrana çıxır:

 

Ünvan fərqlidir” ifadəsi qeyd edilərsə (deafult – qeyd olunmur), “Kreditorların tələblərinin bildirilməli olduğu tam ünvan” adlı bölmə ekranda əks olunur.

İstifadəçi “Hüquqi şəxsin ləğv edilməsi barədə qərarın tarixini” (müraciət, qərarın qəbul olunduğu tarixdən 10 gün müddətində edilməlidir), “Kreditorların tələblərinin irəli sürülməsi müddətini” (həmin müddət 60 gündən az olmamalıdır) və  əgər “Ünvan fərqlidir” qeyd edilibsə, ünvan məlumatlarını daxil edir və sonda İrəli düyməsini basır. Nəticədə növbəti təsdiq pəncərəsi ekrana çıxır:

 

 

Məlumat təsdikləndikdən (elektron imzalandıqdan) sonra növbəti göndərilmə barədə Bildiriş ekrana çıxır:

 

 

Göndərilən sənəd barədə sətir Göndərdiklərim qovluğuna düşür.


Sənəd Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinə göndərilir.

 

Elektron İmza ilə (məs. RYTN "e-İmza" kartı) müraciətin göndərilməsi:

Elektron İmza ilə sistemə daxil olduqda "Ərizənin hazırlanması" düyməsi ilə yanaşı "Ərizənin göndərilməsi" düyməsi yaranır. Bu düymə imzalanmış sənədi göndərmək üçün nəzərdə tutulur.

İstifadəçi əvvəlcə aşağıdakı elektron formanı doldurmalıdır:

 

Şəkildə göstərilən "1" və "2" sahələri daxil edildikdən sonra İrəli düyməsi basılır. Ekrana növbəti təsdiqləmə pəncərəsi gəlir:

 

 

Qəbul düyməsini basdıqda hazılanmış müraciət sənədi imzalanmaq üçün Gələnlər qovluğuna düşür.

İstifadəçi həmin qovluğa daxil olaraq müvafiq sənədi tapır və üzərinə klik edərək onu kompüterinə endirir.

“e-İmzalayıcı” proqramı vasitəsilə həmin sənəd imzalandıqdan sonra istifadəçi təkrar sistemə daxil olaraq “Yeni müraciət” düyməsini basır və “Ərizənin göndərilməsi” bölməsi vasitəsilə sənədi sistemə yükləyir və göndərir.

Sonda sənədin göndərilməsi barədə müvafiq Bildiriş ekrana çıxır.

 


 

Sənədin əməliyyat tarixçəsinə və bildirişinə baxış

Sənədin əməliyyat tarixçəsinə və göndərilməsini təsdiqləyən bildirişinə baxmaq üçün Göndərdiklərim qovluğuna daxil olunur və həmin sənəd seçilir.

Sənəd üzərinə 2 dəfə tikladıqda idarəetmə paneldə  Əməliyyat tarixçəsi Bildiriş adlı düymələr yaranır.  

İstifadəçi onlayn rejimdə sənədin vergi orqanındakı hərəkətinə əməliyyat tarixçəsində tanış ola bilər.

 

Əməliyyat tarixçəsi düyməsini sıxmaqla aşağıdakı nümunədə göstərildiyi kimi, sənədin vergi orqanı daxilindəki hərəkətini izləmək və onun üzərində aparılan əməliyyatlara baxmaq mümkündür.

 


Əməliyyat tarixçəsi

Bildiriş düyməsi, sənədin göndərilməsini təsdiq edən məlumatın ekrana çıxarılması üçün nəzərdə tutulur.


Müraciətin qeydiyyata alınması barədə Bildiriş

 

İstifadəçi Çap düyməsini sıxmaqla Bildirişi çap edə bilər.


İstifadəçinin şəxsi məlumatları

 Şəxsi məlumatlarım adlı ekran vasitəsilə istifadəçi öz şəxsi məlumatlarına baxa və ya düzəlişlər edə bilər. Məlumatlarda düzəlişlər edildikdən sonra Yadda saxla düyməsi basılır.

Bəzi şəxsi məlumatlar sistem tərəfindən avtomatik doldurulur.


Şəkil 45. "Şəxsi məlumatlarım" pəncərəsi


Axtarış

Bu pəncərə Gələnlər Göndərdiklərim qovluqları üzrə sənəd nömrəsinə və tarix intervalına görə axtarış əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə tutulub.


"Axtarış" pəncərəsi

Gələnlər qovluğu üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün aşağıdakı əməliyyatlar yerinə yetirilir:

  1. Sənəd növündən Gələnlər seçilir.

  2. Sənəd nömrəsi məlumdursa, daxil edilir.

  3. Sənəd tarixi (intervalı) daxil edilir.

  4. Axtar düyməsi basılır.

Nəticədə, Gələnlər qovluğu üzrə axtarışın nəticəsi cədvələ düşür.

Göndərdiklərim qovluğu üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün yuxarıdakı 1-ci əməliyyatda  Göndərdiklərim seçilir. Digər əməliyyatlar isə olduğu kimi qalır.

Oxunmamış məktublar üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün Oxunmamış məktublar qeyd edilir və  Axtar düyməsi basılır.

Cədvələ yalnız oxunmamış məktubların siyahısı düşür.

Vergi ödəyicisi siyahıdakı oxunmamış məktubların hər birinin üzərinə 2 dəfə tıklamaqla onlarla tanış olmalıdır. Bu zaman oxunan məktublar həmin siyahıdan çıxır.

Qeyd: 1.  Axtarışın nəticəsi  - 50-dək sənəd.

           2. Vergi ödəyicisinin oxunmamış məktubları varsa, bu və ya digər əməliyyatları (Bəyannamə paketi göndərmək, ƏDV depozit hesabından köçürmə əməliyyatları etmək,  Vergi  hesab-fakturası (e-VHF) göndərmək  və s. ) aparmazdan öncə məktublarla tanış olması tövsiyyə olunur.


ƏDV-nin depozit hesabı

ƏDV-nin depozit hesabı altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmışdır. Sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işlərinin yerinə yetirilməsi təmin olunur.

Vergi ödəyicisi İnternet Vergi İdarəsi portalından istifadə edərək ƏDV-nin sub-uçot hesabından aşağıdakı növ köçürmələri yerinə yetirə bilər.

  • digər vergi ödəyicilərin sub-uçot hesablarına köçürmələri;
  • dövlət büdcəsinə ödənişləri;
  • idxala görə Dövlət Gömrük Komitəsinə köçürmələri.

Proqram ƏDV ödəyiciləri üçün nəzərdə tutulur.

Sistemə daxil olmaq üçün İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olub GİRİŞ düyməsi basılır.

Sonra onlayn xidmət bölməsi olaraq "E-bəyannamə, ƏDV-DH və və ŞHV" seçilir və aşağıdakı autentifikasiya üsullarından biri vasitəsilə sistemə daxil olunur:

Bundan sonra ƏDV-nin depozit hesabı menyusuna daxil olmaq lazımdır.

 

ƏDV-nin depozit hesabı menyusu

Bu menyu istifadəçinin sistemə daxil olma növündən asılı olaraq bir-birindən fərqlənir.

1) İstifadəçi kodu, parol, şifrə ilə sistemə daxil olmaq

ƏDV DH köçürməsi sənədinin yalnız hazırlanması İşçi tərəfindən həyata keçirilə bilər.

İşçi sənədi hazırladıqdan sonra Rəhbəri tərəfindən sənədin imzalanması üçün onu "İmzalanacaq sənədlər" qovluğuna göndərməlidir.

Bu halda, həmin İşçi sistemə istifadəçi kodu, parol, şifrə ilə daxil olur:

Açılan pəncərədə ƏDV depoziti hesabı altsistemi seçilir.

Nümunə üçün, aşağıdakı şəkildə "İstifadəçi kodu, parol və şifrə" ilə sistemə daxil olan İşçi tərəfindən "Digər sub-hesaba köçürmə" əməliyyatının aparılması ardıcıllığı göstərilmişdr:

İstifadəçi sənədin Rəhbəri tərəfindən imzalanması üçün "İmzalanacaq sənədlər" qovluğuna göndər düyməsini basır.

İşçi "İmzalanacaq sənədlər" qovluğuna daxil olub tarix intervalını verərək Axtar düyməsini basmaqla etdiyi əməliyyatların siyahısına baxa bilər və həmçinin ləğv etmə əməliyyatını yerinə yetirə bilər.

 

Ləğv etmək üçün "Seç" qrafasından müvafiq olan əməliyyatı seçib Ləğv et düyməsi basılır.

Bundan sonra İşçi tərəfindən hazırlanmış köçürmə əməliyyatları Rəhbəri tərəfindən göndərilir.

 

2) Asan İmza vasitəsilə sistemə daxil olmaq

Asan İmza vasitəsilə sistemə daxil olmaq qaydası ilə tanış olmaq üçün Asan İmza vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.

İstifadəçi sistemə daxil olduqdan sonra onun təmsil etdiyi Subyektin adı siyahıdan seçilir:

 

Aşağıdakı nümunədə Rəhbər İşçi tərəfində hazırlanmış sənədləri imzalamaq və göndərmək üçün aparılan əməliyyatlar adrıcıllığı göstərilir.

Burada rəhbər "İmzalanacaq sənədlər" qovluğuna daxil olur və növbəti əməliyyatları edir:

Sonra o, "Seç" sütunundan sənədi qeyd edərək imzalamağa göndərmək üçün Göndər düyməsini, köçürmə əməliyyatını ləğv etmək üçün isə Ləğv et düyməsini basır.

Növbəti əməliyyatların ardıcıllığı aşağıda təsvir edilir:

Bildirişə baxmaq üçün aşağıdakı şəkildə eyni adlı link üzərinə basmaq lazımdır:

 

Əgər Asan İmza telefonuna malik İşçiyə Rəhbəri tərəfindən "ƏDV DH - Köçürmə əməliyyatının imzalanması və göndərilməsi" səlahiyyəti verilmişdirsə, o zaman həmin işçi bu əməliyyatları özü edir. Bu halda sənədin "İmzalanacaq sənədlər" qovluğuna göndərilməsinə ehtiyac olmur.

Əgər Asan İmza telefonuna malik İşçiyə Rəhbəri tərəfindən "ƏDV DH - Köçürmə əməliyyatının aparılması" səlahiyyəti verilmişdirsə, o zaman həmin işçi köçürmə sənədini hazırlayır, lakin onu imzalayıb göndərə bilmir. Bu halda o, sənədi "İmzalanacaq sənədlər" qovluğuna göndərir. Sənədin imzalanması və göndərilməsi Rəhbər tərəfindən həyata keçirilir.

 

2) RYTN "e-İmza" kartı vasitəsilə sistemə daxil olmaq

Bu halda, "ƏDV DH - Köçürmə" barədə sənəd Rəhbər və ya İşçi tərəfindən hazırlanır. Sonra həmin sənəd kompüterə endirilir, "e-İmzalayıcı" proqramı vasitəsilə imzalanır və təkrar "ƏDV-nin Depozit hesabı" menyusuna daxil olunaraq "İmzalanmış sənədi göndər" altmenyusu vasitəsilə göndərilir.

Qeyd edilən əməliyyatları aşağıdakı büdcəyə ödəniş nümunəsində izah edək.

Əvvəlcə RYTN-in "e-İmza" kartı ilə sistemə daxil olaq. Daxil olma qaydası ilə tanış olmaq üçün RYTN "e-İmza" kartı vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.

Sonra aşağıdakı şəkildə göstərilən ardıcıllığa uyğun əməliyyatları yerinə yetirək:

Sənədi imzalamaq üçün kompüterə endirək. Fayla sistem tərəfindən ad verilir. Məsələn, "yj4if874yh.xml". Həmin fayla anlaşıqlı ad vermək tövsiyyə olunur. Məsələn: "Depozit_hesabi.xml".

Sonra "e-İmzalayıcı" proqramı vasitəsilə sənədi imzalamaq lazımdır. Bu zaman imzalanmış sənədə "edoc" formatı verilir. Məsələn: "Depozit_hesabi.edoc".

"e-İmzalayıcı" proqramın istifadəçi təlimatına buradan əldə edə bilərsiniz.

İmzalanmış sənədi göndərmək üçün aşağıdakı şəkildə göstərilən ardıcıllığa uyğun əməliyyatları yerinə yetirmək lazımdır:

 

Növbəti şəkildə ƏDV DH-dan köçürmə əməliyytının yerinə yetirilməsi göstərilmişdir. Köçürülmə barədə Bildirişə baxmaq üçün şəkildə göstərilən Bildiriş düyməsi üzərinə basmaq lazımdır.

 

 

Qeyd: ƏDV Depozit hesabı altsisteminə hər bir İşçi “İstifadəçi kodu, parol, şifrə ilə” daxil olub hazırlaya bilər. Sonra Rəhbər "e-İmza" kartı ilə sistemə daxil olaraq onu göndərə bilər.

 

Köçürmə əməliyyatlarının aparılması

Köçürmə əməliyyatlarını aparmaq üçün ƏDV-nin depozit hesabı -> Köçürmə əməliyyatlarının aparılması menyusu seçilir. Əməliyyatı Alıcı vergi ödəyicisi aparır.

Köçürmə əməliyyataları ekranına daxil olduqda, ödəyən tərəfin aşağıdakı məlumatları sistem tərəfindən avtomatik ekrana çıxarılır:

  • Sub-uçot hesabın qalığı;
  • Naməlum sub-uçot hesabın qalığı;
  • ƏDV borcu.

Bu ekran vasitəsilə aşağıdakı əməliyyatlar aparılır:

  • Digər sub-uçot hesaba köçürmə;
  • Büdcəyə ödəniş;
  • Naməlumdan digər sub-uçot hesaba köçürmə;
  • Naməlumdan idxala görə ƏDV köçürməsi;
  • Naməlumdan büdcəyə ödəniş;
  • İdxala görə ƏDV köçürməsi.

İstifadəçi yuxarıdakı əməliyyatlardan birini seçir.

Əməliyyat başa çatdıqdan sonra vergi ödəyicisinə köçürmənin aparılması barədə bildirişin çap edilməsi təklif edilir. Satıcı, Alıcıdan həmin bildirişi tələb edə bilər.

 

Digər sub-uçot hesaba köçürmə əməliyyatı

Bu əməliyyat, qarşılıqlı əməliyyatlar zamanı alınmış vergi hesab-fakturasına əsasən Alıcı vergi ödəyicisinin öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini Satıcı vergi ödəyicisnin ƏDV sub-uçot hesabına köçürülməsi məqsədilə aparılır.

Bunun üçün Alıcı vergi ödəyicisi Digər sub-uçot hesaba köçürmə bəndini seçir və Satıcının VÖEN-i, Ödənişin məbləğini, Ödənişin təyinatını daxil edir və Qəbul düyməsini basır. Nəticədə, köçürülən məbləğ Alıcının sub-hesabından Satıcının sub-hesabına köçürülür.


Digər sub-hesaba köçürmə

Büdcəyə ödəniş əməliyyatı

Bu əməliyyat növü vasitəsilə vergi ödəyicisi ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi həyata keçirir.

Bunun üçün əməliyyat növündən Büdcəyə ödəniş əməliyyatını bəndi qeyd edilir. Siyahıdan Alanın qeydiyyatda olduğu xəzinə orqanı seçilir, Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi basılır. Nəticədə, daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından büdcəyə köçürülür.

ƏDV üzrə büdcəyə olan borclar Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi halda bu məbləğ, vergi ödəyicisinin sub-uçot hesabından avtomatik olaraq büdcəyə köçürülür.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə iş günü saat 13:00-dək ödəniş həyata keçirildiyi zaman həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Vergilər Nazirliyi tərəfindən ödəniş tapşırığı, həmin gün hazırlanıb banka təqdim olunur. Ödəniş saat 13:00-dan sonra olduqda isə həmin vəsaitin dövlət büdcəsinə göndərilməsi növbəti iş günündə həyata keçirilir.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə qeyri-iş günündə ödəniş həyata keçirildiyi zaman həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Vergilər Nazirliyi tərəfindən ödəniş tapşırığı, qeyri-iş günündən sonra gələn ilk iş günündə hazırlanıb banka təqdim olunur.


Büdcəyə ödəniş

 

Naməlumdan digər sub-uçot hesaba köçürmə əməliyyatı

Bank vasitəsilə vergi ödəyicisi öz cari hesabından ƏDV məbləğini digər vergi ödəyicisinin sub-uçot hesabına köçürdüyü zaman ödəniş sənədində satıcı vergi ödəyicisinin VÖEN-i düzgün göstərilmədiyi və ya satıcı şəxs ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ alıcı vergi ödəyicisinin naməlum sub-uçot hesabına mədaxil edilir.

Bu əməliyytı etmək üçün əməliyyat növündən “Naməlum sub-uçot hesabdan digər sub-uçot hesaba köçürmə” bəndi qeyd edilir. Sonra Alanın VÖEN-i, Naməlum ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi basılır.


Naməlumdan digər sub-uçot hesaba köçürmə

Bu əməliyyatdan sonra  naməlum sub-uçot hesabdakı məbləğ Alan (ödənilən) tərəfin sub-uçot hesabına köçürülür.

Qeyd: Naməlum sub-uçot hesabdan köçürmə bəndləri yalnız vergi ödəyicisinin naməlum sub-hesabına vəsait daxil olduğu halda aktivləşir.

 

Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə əməliyyatı

Bank vasitəsilə vergi ödəyicisi öz cari hesabından ƏDV məbləğini digər vergi ödəyicisinin sub-uçot hesabına köçürdüyü zaman ödəniş sənədində satıcı vergi ödəyicisinin VÖEN-i düzgün göstərilmədiyi və ya satıcı şəxs ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ alıcı vergi ödəyicisinin naməlum sub-uçot hesabına mədaxil edilir.

Bu köçürmə üçün əməliyyat növündən “Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə” bəndi qeyd edilir. Sonra  Xəzinədarlıq orqanının adı siyahıdan seçilir , Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi basılır.


Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə

Nəticədə, naməlum sub-uçot hesabdakı məbləğ büdcəyə köçürülür və  həmin məbləğ istifadəçinin şəxsi hesab vərəqəsinə də (ŞHV-yə) qeyd olunur.

 

İdxala görə ƏDV köçürməsi əməliyyatı

Bu əməliyyat növü vasitəsilə ödəyicinin ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi həyata keçirilir.

Bunun üçün Əməliyyat növündən İdxala görə ƏDV köçürməsi bəndi Alanın VÖEN-i hissəsindən müvafiq Gömrük İdarəsi seçilir, Ödəniş məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi basılır.


İdxala görə ƏDV köçürməsi

Yuxarıdakı əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından Gömrük İdarəsinin hesabına köçürülür.

 

Naməlum sub-uçot hesabdan idxala görə ƏDV köçürməsi əməliyyatı

Bank vasitəsilə vergi ödəyicisi öz cari hesabından ƏDV məbləğini digər vergi ödəyicisinin sub-uçot hesabına köçürdüyü zaman ödəniş sənədində satıcı vergi ödəyicisinin VÖEN-i düzgün göstərilmədiyi və ya satıcı şəxs ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ alıcı vergi ödəyicisinin naməlum sub-uçot hesabına mədaxil edilir.

Bu köçürmə üçün Əməliyyat növündən Naməlum sub-uçot hesabdan idxala ƏDV köçürmə bəndi qeyd edilir. Sonra  Alanın (Gömrük orqanının) VÖEN-i siyahıdan seçilir, Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi basılır.


Naməlumdan idxala görə ƏDV köçürməsi

Bu əməliyyatdan sonra  naməlum sub-uçot hesabdakı məbləğ Gömrük orqanının hesabına köçürülür.

 

Köçürmə əməliyyatlarının hesabat-axtarışı

Köçürmə əməliyyatlarının hesabat-axtarışı menyusunun köməkliyi ilə vergi ödəyicisi aşağıdakı növ əməliyyatlar barədə müxtəlif kriteriyalar üzrə hesabatlar əldə edə bilər:

  • VÖEN-ə görə;
  • Bildiriş nömrəsinə görə;
  • Mədaxil, məxaric əməliyyatları üzrə;
  • Məbləğ üzrə;
  • Tarix aralığı  üzrə.
VÖEN-ə görə hesabat əldə etmək üçün  VÖEN xanasına nömrə daxil edilir.

Bildiriş nömrəsinə görə hesabat əldə etmək üçün Bildiriş xanasına nömrə daxil edilir.

Mədaxil, məxaric əməliyyatları üzrə hesabat əldə etmək üçün  Mədaxil, Məxaric vəziyyətlərindən biri və ya hər ikisi qeyd edilir.

Məbləğ üzrə hesabat əldə etmək üçün Məbləğ xanasına məbləğ daxil edir.

Tarix üzrə hesabat əldə etmək üçün tarix aralığı daxil edilir.

Bütün bu əməliyyatların sonunda Axtar düyməsi basılır.


Köçürmə əməliyyatlarının hesabat-axtarışı

Qeyd: Bu axtarış kriteriyaları kombinə şəklində istifadə oluna bilər.

 

Hesabdan çıxarış

Hesabdan çıxarış menyusu vasitəsilə vergi ödəyicisi müəyyən tarix intervalında sub-ucot hesabı üzrə apardığı əməliyyatlara baxa bilər.

Bunun üçün tarix intervalı daxil edilirAxtar düyməsi basılır.


Hesabdan çıxarış pəncərəsi

Nəticədə, aşağıdakı formada hesabat ekranda əks olunur:


Hesabdan çıxarışın nəticəsi


Java proqramının qurulması

JAVA köməkçi proqramını vergi ödəyicisinin kompüterinə qurmaq üçün aşağıdakı addımlar yerinə yetirilir:

1. İnternet Vergi İdarəsi saytının (www.e-taxes.gov.az)   Lazımlı proqramlar bölməsinə yerləşdirilmiş Java Runtime Environment proqramı istifadəçinin kompüterinə endirilir.

2.Endirilmiş fayl üzərinə 2 dəfə tıklanılır. Proqram qurulan zaman aşağıdakı pəncərə açılır:

3. Açılan pəncərədə I accept the terms in the license agreement ifadəsi seçilir və Next/İrəli düyməsi basılır.

4. Növbəti pəncərədə Typical seçilir və Next/İrəli düyməsi basılır.

5. Bu prosesdən sonra qurma əməliyyatı başlayır və əməliyyatın gedişi ekranda əks olunur.

6. Sonda Finish düyməsi basılır.

 7. Qurma əməliyyatının sonunda masaüstündə (desktop) Java Web Start "qısa yol çubuğu (shortcut)" yaranır. Bununla Java proqramının qurulma əməliyyatı başa çatır.


Onlayn ödəmə

İstifadəçi ödəmə əməliyyatlarını internet vasitəsilə həyata keçirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirir:

1. İnternet Vergi İdarəsi saytına (www.e-taxes.gov.az)   daxil olur və Giriş düyməsini basır.

 

2. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifrəni daxil edir (sistemə daxil olmaq üçün gücləndirilmiş elekton imzadan da istifadə etmək olar).

3. "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçir.

Sonra "Daxil ol" düyməsini sıxır.

Ekrana aşağıdakı pəncərə açılır:

 

"Onlayn Ödəmə" düyməsi sıxılır.

Ekrana növbəti pəncərə açılır:

Təsnifat kodu siyahıdan seçilir:

 

Sonra növbəti xanaya Ödəniləcək məbləğ daxil edilir:

 

Sonda "Ödə" düyməsi sıxılır.

Nəticədə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (“KÖMİS”) sörğu göndərilir və aşağıdakı pəncərə ekrana çıxır:

 

 

Göstərilən xanaya ödəmə kartının ilk 6(altı) rəqəmi daxil edilir və Ödəmək düyməsi basılır.

Növbəti pəncərədə aşağıdakı parametrlər daxil edilir:

  • Kartın nömrəsi xanasına ödəmə kartının növbəti nömrələri əlavə edilir (kartın nömrəsinin ilk 6(altı) rəqəmi yuxarıdakı pəncərədə daxil edilmişdir);
  • Kartın istifadə müddətinin bitmə tarixi (ay, il) müvafiq siyahılardan seçilir;
  • Kartın 3 rəqəmli CVV2/CVC2 kodu daxil edilir;
  • Kartın növü siyahıdan seçilir.

 

Əməliyyatı təsdiqləmək üçün Təsdiq düyməsi basılır.

Ödəmə əməliyyatının başa çatması barədə növbəti pəncərə ekrana çıxır:

 

İstifadəçi bu ekran vasitəsilə ödəmənin nəticəsi barədə məlumatı çap edə bilər və ya KÖMİS-ə qayıdıb həmin məlumatları öz “e-Mail”-nə göndərə bilər.

“KÖMİS-ə qayıtmaq” düyməsini basdıqda aşağıdakı pəncərə ekrana çıxır:

 

İstifadəçi ödəmə məlumatlarını öz “e-mail”-nə göndərmək üçün “E-mail-ə göndər” düyməsini basır.

 

İstifadəçi öz “e-mail”-nı göstərilən xanaya daxil edir və Göndərmək düyməsini basır.

 

 

Ekrana məlumatın “e-mail”-ə göndərilməsi barədə məlumat çıxır.

İstifadəçi ödəmə əməliyyatının nəticəsini çap etmək üçün Çap düyməsini basır. Nəticədə növbəti pəncərə ekrana çıxır:


 

Sonda Son düyməsi basılır.

Bununla ödəmə əməliyyatı başa çatır.

Əgər ödəmə əməliyyatı yerinə yetirilməzsə (ödəmə kartında göstərilən məbləğ olmadıqda, ödəmə katrının məlumatları səhv daxil edildikdə və ya digər texniki səbəblər olduqda), ödəmə əməliyyatı həyata keçirilmir və bu barədə ekrana növbəti pəncərə çıxır:

 

 

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (“KÖMİS”) qayıtmaq üçün “KÖMİS-ə qayıtmaq” düyməsi basılır.